Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Qurbanova Əminə Bilal qızı am***@socardalgidj.az ID: 6499
A şirkəti B şirkətinə PO-ya əsasən xidmət göstərir. PO-da ödəniş şərti 100% avans kimi qeyd olunsa, B şirkəti 100% avans ödənişini EQF tələb etmədən eləyə bilər, ya yox? Xidmət tam göstərilməmiş ödənişi 100% avans kimi köçürmək olar, ya yox? Xahiş edirəm Vergi Məcəlləsinin maddələrinə istinadən sualı cavablandırasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
19/05/2022 Oxunub: 88 Orta qiymət: 0

Bildiririk ki, göstəriləcək xidmətlərə görə avansın ödənilməsinə vergi qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad İslam Dadaşov re***@mail.ru ID: 6344
Müəssisə üçüncü şəxslərin vasitəsilə beynəlxalq yükdaşıma fəaliyyəti göstərir (Yəni Nəqliyyat vasitələri müəssisə balansında yoxdur). Bu halda satış tam olaraq 0%-lə həyata keçirilir yoxsa ticarə əlavəsi qaimədə 18%-lə qeyd edilməlidir.
19/05/2022 Oxunub: 359 Orta qiymət: 5

Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar sırasına aid edilib. 

Buna əsasən, qeyd olunan xidmətlərin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb ediləcək. 

Əsas: Vergi Məcəlləsinin 165.1.4-cü maddəsi.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Adil Vəliyev Vaqif ve***@gmail.com ID: 6490
Salam. Mənə tez-tez vergidən SMS gəlir ki, sizin filan qədər borcunuz var. VOEN 6800012182 olan şəxsin əlaqə nömrəsi səhv yazıldığı üçün sisteminizdə düzəliş etmənizi və mənə bildiriş gəlməməsini xahiş edirəm.
18/05/2022 Oxunub: 107 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Telefon nömrənizə vergi orqanından mesaj səhvən gəldikdə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Юлия Алексеевна Шатрова sh***@lotus.love ID: 6489
Здравствуйте. Резидент Азербайджана получил доход от реализации доли в уставном капитале Российской компании. По какой ставке будет облагаться данный доход и какие сроки уплаты и подачи декларации?
18/05/2022 Oxunub: 98 Orta qiymət: 0

Bildiririk ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Sorğunuzda qeyd olunan şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci və 149-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyarova Nəzakət Seyfulla na***@gmail.com ID: 6485
Salam. Mən VÖEN-imi təxminən 2016-cı ildə bağlatmışam və heç bir borcum olmayıb. Dünən mənə xəbədarlıqla 26 manat borcum olduğu göndərilib. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz.
18/05/2022 Oxunub: 76 Orta qiymət: 0

Bildiririk ki, Əliyarova Nəzakət Seyfulla qızı (VÖEN 2903153402) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 30-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Cəlal Nürəddin oğlu gu***@gmail.com ID: 6484
Mənim adıma olan nömrəmə 98-azn (VOEN 2301942762) Məcburi dövlət sosial siğorta haqqı üzrə borcum olduğuna görə SMS gəlib. Bunun nə borc olduğunu bilmirəm.
18/05/2022 Oxunub: 70 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan (VÖEN 2301942762) Hüseynova Elmira Xansəfər qızına aiddir. Telefon nömrənizə mesaj səhvən gəldikdə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elşad Bayramov İmir oğlu el***@mail.ru ID: 6480
Əgər bir müəssə lisensiyasız diş implant edirsə, buna hansı idarə baxır? Və burada cinayət işi varmı?
18/05/2022 Oxunub: 109 Orta qiymət: 5

Bildiririk ki, xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin əhatə sahələrinə aid edilir. 

Eyni zamanda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət əməli hesab olunur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 50-ci və Cinayət Məcəlləsinin 192-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəlilov Akif Ələkbər oğlu ak***@gmail.com ID: 6260
Salam. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu məqsədlə qeyri-yaşayış sahəsindən istifadə edir. Sahə Sabail rayonun yaşayış binasında yerləşir və sahibkarın öz adınadır. Birinci sual - əmlak vərgisi necə hesablanmalıdır? İkinci sual - fəaliyyətində istifadə olunan əsas vəsait hansı qiymətindən vergiyə cəlb edilməlidir? Sag olun.
17/05/2022 Oxunub: 296 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, binalar istisna olmaqla, fərdi sahibkarların balansında olan əsas vəsaitlərə görə əmlak vergisi dövlət büdcəsinə ödənilir. Fərdi sahibkarın xüsusi mükiyyətində olan binalara görə əmlak vergisinin hesablanıb ödənilməsi mexanizmində hər hansı dəyişiklik yoxdur və fərdi sahibkarın mülkiyyətində olan binalara, o cümlədən qeyri-yaşayış sahəsinə görə əmlak vergisi əvvəlki qaydada bələdiyyə tərəfindən təqdim edilmiş tədiyyə bildirişi əsasında bələdiyyə büdcəsinə ödənilir.

Yuxarıda qeyd edildiyi kimi, fərdi sahibkarlar balansında olan əsas vəsaitlərə (binalar istisna olmaqla) görə əmlak vergisini dövlət büdcəsinə ödəməlidir. Bu zaman fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyərindən 1 faiz dərəcəsi ilə əmlak vergisi hesablanır.

Bununla yanaşı, mikro sahibkarlıq subyekti hesab olunduğunuz halda (illik gəlirləriniz 200.000 manatdan, işçi sayı 10 nəfərdən çox olmadığı halda) Vergi Məcəlləsinin 199.14-cü maddəsinin müddəalarına uyğun olaraq, əmlak vergisi üzrə vergi öhdəlikləriniz yaranmır. Belə ki, Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla).

Əsas: Vergi Məcəlləsinin 196 - 202-ci maddələri.

5/5 (8 Orta qiymət)
Qiymət ver:
Məmmədova Sevil Əhmədşah qızı se***@mai.ru ID: 6473
Dövlət vergisinə aid olmayan vergilər hansılardır?
17/05/2022 Oxunub: 154 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergilər dövlət, muxtar respublika və yerli (bələdiyyə) vergilər olmaqla 3 qrupa bölünür.

Dövlət vergilərinə fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi və sadələşdirilmiş vergi aiddir.

Muxtar respublika vergilərinə Naxçıvan Muxtar Respublikasında tutulan yuxarıda  sadalanan dövlət vergiləri aiddir.

Yerli vergilərə (bələdiyyə vergiləri) isə aşağıdakılar aiddir. 

  • Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
  • Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi;
  • yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Əsas: Vergi Məcəlləsinin 4-cü, 6-cı, 7-ci, 8-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsədov Seyyub Əsəd se***@gmail.com ID: 6316
Salam. Mən qrant müsabiqəsində təlimçi kimi 3 (üç) aylıq fəaliyyət göstərmişəm. Bağlanılmış müqavilə üzrə 450 (dörd yüz əlli) AZN pul almalıyam. VÖEN varımdır. Lakin elektron qaimə vermək üçün asan imza tələb olunur. Olar ki, asan imza açdırmayım? Qeyd edim ki, cəmi bir dəfə asan imzadan istifadə edəcəyəm. Təşəkkür edirəm.
17/05/2022 Oxunub: 251 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı qarşı tərəfə təqdim etməlidir. 

Həmçinin bildiririk ki, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində hazırlanır. Vergi ödəyicisi gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə Portala daxil olaraq elektron qaimə-fakturanı hazırlayır, təsdiq edir və göndərir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Nazirlər Kabinetinin-nin 02.02.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Ирина Тарасенко ir***@gmail.com ID: 6461
Здравствуйте. Подскажите пожалуйста у меня есть "VÖEN", я его открывала когда работала в Фаберлик. Сейчас давно не работаю и не пользуюсь.Только контуры с номера телефона летят в пустую. Могу ли я как то закрыть в режиме онлайн? Если да, то как это сделать?? У меня проблемы с передвижением, проблемы с ногами. Помогите, пожалуйста решить этот вопрос. Спасибо.
16/05/2022 Oxunub: 146 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Həmçinin, sorğunuzda qeyd olunanlara əsasən "İkitərəfli SMS xidməti"-nə abunə olduğunuz qənaətinə gələrək bildiririk ki, xidmətə abunəliyin passivləşdirilməsi üçün “stop” yazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çağrı Mərkəzində SMS vasitəsilə daxil olmuş müraciətlərin SMS ilə cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayeva Lalə İman qızı l.***@gmail.com ID: 6456
Salam. Hüquqi şəxs olan muəssisə öz işçiləri üçün komanda quruculuğu (teambuilding) tədbiri (sosial yönümlü) keçirir Şamaxıda yerləşən bir mehmanxanada. Mehmanxana xidməti üçün ödəniş müqavilə olmadan müəssisəyə məxsus biznes kart vasitəsilə ilə pos-terminalla aparılır. Sualım ondan ibarətdir ki, bu halda müəssisəyə sənədləşmə aparmaq üçün lazım olan sənədlər hansılardır? Pos-terminal qəbzi, nəzarət-kassa aparatının qəbzi və elektron qaimə-faktura?
15/05/2022 Oxunub: 218 Orta qiymət: 0

Bildiririk ki, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək mehmanxana (hotel) və mehmanxana tipli digər fəaliyyət növü ilə məşğul olan vergi ödəyicilərinin vəzfiələrinə aid edilir. 

Həmçinin, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. 

Qeyd olunanlara əsasən sorğuda qeyd olunan halda vergi ödəyicisinə NKA çeki, POS-terminal qəbzi ilə yanaşı elektron qaimə-faktura təqdim edilməlidir. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 108-ci və 109-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fariz Sadiyev Zamanxan fa***@mail.ru ID: 6452
Salam. Xahiş edirəm ki, məni əmlak vergisinin hesablanması və əmlak vergisində güzəştlərin kimlərə şamil edilməsi haqda məlumatlandırasınız. Mən Yardımlı rayonunda yaşayıram və əliləm, Bakı şəhərində mənə məxsus evə əmlak vergisi hesablanmışdır. Dəfələrlə etdiyim müraciətə baxmayaraq, mənə verilən cavablarda qeyd edilir ki, sənin qeydiyyatın Bakı şəhərində olmadığı üçün əmlak vergisində güzəştlərdən yararlana bilməzsiniz. Əmlak vergisinin hesablanması və güzəştlərlə hesablanma qaydaları Azərbaycan Respublikasında yaşayan qeydiyyatından aslı olmayaraq hər bir vətəndaş yararlana bilərmi? Xahiş edirəm, qaydalar haqqında məni məlumatlandırasınız.
14/05/2022 Oxunub: 114 Orta qiymət: 0

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 199.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Ceyhun Nadir oğlu ce***@gmail.com ID: 6451
Yazıb öyrənmək istərdim ki, təsisçi öz əmlakını öz təsis etdiyi firmaya əvəzsiz istifadəyə verə bilərmi? Yoxsa ki, yalnız bu işi icarə müqaviləsi ilə ödənişli həyata keçirməlidir?
14/05/2022 Oxunub: 205 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxsin təsisçiləri və onların təsis etdikləri hüquqi şəxslər mülki hüququn ayrı-ayrı subyektləri hesab edilir və hüquq münasibətlərində yalnız öz adlarından iştirak edirlər.

Həmçinin, Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında aparıldıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən fiziki şəxs tərəfindən ona məxsus əmlak təsisçisi olduğu hüquqi şəxsə əvəzsiz olaraq verildikdə tərəflər arasında bazar qiymətləri nəzərə alınmaqla icarə haqqı müəyyən edilməli və ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 124-cü və 150-ci madələri .

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xəlilov İlqar Zirəddin xe***@mail.ru ID: 6448
Salam. Sualım müharibə veteranlarına tətbiq edilən (102.2.7 maddə) gəlir vergisindən güzəşt ilə bağlıdır. Veteranlıq vəsiqəsi olmayan, lakin veteranlara (vətən müharibəsi iştirakçılarına) verilən 80 AZN təqaüd alan, 2-ci Qarabağ müharibəsində rayonların azad olmasına görə medalları olan, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətindən verilən döyüş əməliyyatlarında iştirakı ilə bağlı arayışı olan, DOST mərkəzindən verilmiş və ya e-sosialdan çıxarılmış arayışı olan şəxslərə vergi məcəlləsinin 102.2.7 ci maddəsində göstərilən 400 manat məbləğində gəlir vergisindən güzəşt tətbiq edilməlidirmi? Çox xahiş edirəm sualı cavablandırarkən ətraflı izah və maddələr göstərilməklə və konret olaraq güzəştin tətbiq edilib-edilməməsi barədə məlumat verməyinizi Sizdən xahiş edirəm.
13/05/2022 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiq edici sənədlərdən birini iş yerinizə təqdim etməklə 1 yanvar 2022-ci il tarixdən etibarən vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsgəndərov Vidadi Əsgər oğlu em***@gmail.com ID: 6446
Mənə məktub gəlmişdir ki, mən 66150 manat dəyərində mal və ya xidmət etmişəm. Mənim bu işlərdən hec bir xəbərim yoxdur.
13/05/2022 Oxunub: 71 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan hal araşdırma tələb etdiyi üçün, bununla bağlı saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat ala bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ceyhun as***@gmail.com ID: 6240
Salam. Bilmək istərdim ki, mənim dostum Azərbaycan vətəndaşı olaraq Yapon şirkəti ilə Malayziyada bir illik müqavilə bağlayıb. Orada çalışacaq. Onun gəlirindən vergi tutulurmu? Bank hesabları VÖEN-ə bağlıdırsa? Öncədən təşəkkür.
12/05/2022 Oxunub: 304 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 149-cu və 152-ci maddələri.

5/5 (9 Orta qiymət)
Qiymət ver:
Sevda Əhmədova Əliağa qızı ah***@bk.ru ID: 6266
Salam. Mənim 2021-ci ilin avqust, oktyabr, noyabr, dekabr, 2019-cu ilin yanvar, fevral, mart, 2018 ci-ilin yanvar-sentyabr, 2017-ci il üzrə isə ümumiyyətlə pensiya sığortam e-sosial portalında qeyd olunmayıb. Xahiş edirəm ki, qeyd etdiyim aylar e-sosial portalında görünsün.
12/05/2022 Oxunub: 196 Orta qiymət: 5

Bildiririk ki, məcburi dövlət sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir. 

Eyni zamanda məlumat üçün bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı sorğunuzu aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Səbinə Məcidova Süleyman qu***@gmail.com ID: 6439
Salam. Neft və qaza ƏDV geri verilir?
12/05/2022 Oxunub: 83 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Qeyd olunanlardan göründüyü kimi, neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmin Rüstəmov el***@gmail.com ID: 6244
Salam aşağıdakı sualı cavablandırmağınızı Sizdən xahiş edirəm. Sual: Vətəndaş Bank vasitəsi ilə xeyriyyəçilik məqsədləri üçün xaricə pul köçürüb bu zaman köçürülən vəsaitə görə bank ƏDV tutmalıdır ya yox?
12/05/2022 Oxunub: 295 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Sorğunuzda qeyd olunan vəsaitin ödənilməsi elektron ticarət qaydasında göstərilən iş və xidmətlərin alışı ilə bağlı olmadığı halda həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

4/5 (8 Orta qiymət)
Qiymət ver: