Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə
Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı rejimdə fəaliyyət zamanı göstərilən xidmətlər (iş günləri saat 09:00-dan saat 18:00-dək):
  • Vergi qanunvericiliyinə dair sualların cavablandırılması.
  • Elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması.
  • Elektron xidmətlərin tətbiqi zamanı yaranmış çətinliklərin aradan qaldırılmasında köməklik göstərilməsi.
  • Vergi qanunvericiliyinin pozulması barədə müraciətlərin qəbulu.
  • Vergi orqanının və onun vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyi barədə müraciətlərin qəbulu.
  • Buraxılmış zənglərlə əks əlaqə yaradaraq müvafiq xidmətin göstərilməsi.
  • Çağrı Mərkəzinin təmsilçiləri ilə əlaqə yaratmaq istəyini bildirmiş şəxslərlə əks əlaqə yaradaraq müvafiq xidmətin göstərilməsi.
  • ASAN imza barədə müraciətlərin cavablandırılması.
  • ASAN imza vasitəsilə canlı rejimdə sadələşdirilmiş verginin bəyannaməsinin təqdim edilməsi.

Avtomatik rejimdə fəaliyyət zamanı göstərilən xidmətlər:
  • Azərbaycanda tətbiq edilən vergilər barədə ümumi məlumatın verilməsi (qeyri-iş saatlarında).
  • VÖEN-ə əsasən vergi borcu barədə məlumatın verilməsi (fasiləsiz).
  • Zəng sifarişi - Çağrı Mərkəzinin təmsilçiləri tərəfindən sonradan zəng edilməsi üçün müraciətin qəbulu (qeyri-iş saatlarında).

Mesaj xidməti vasitəsilə göstərilən xidmətlər:
  • Vergi ödəyicilərinə məlumatların və xatırlatmaların səsli mesajla göndərilməsi.
  • Vergi ödəyicilərinə məlumatların və xatırlatmaların ünvanlı şəkildə SMS ilə göndərilməsi.
  • İkitərəfli SMS xidmətinin abunəçilərinə xatırlatmaların mütəmadi göndərilməsi və abunə olmadan qeydiyyatdan keçmiş vergi ödəyicilərinin SMS sorğularının SMS ilə cavablandırılması.