Vergi qanunvericiliyinin yeni iqtisadi reallıqlar nəzərə alınmaqla optimallaşdırılması prosesində biznes cəmiyyətinin yaxından iştirakının təmin edilməsi və nəticədə dövlət-biznes münasibətlərində qarşılıqlı etimad və əməkdaşlıq mühitinin yaradılması iqtisadi siyasətin prioritet istiqamətlərindəndir.
Dövlət Vergi Xidməti tərəfindən vergi qanunvericiliyinin (inzibatçılığının) tətbiqində mövcud olan çətinliklərin öyrənilməsi və onların aradan qaldırılması ilə bağlı biznes nümayəndələri tərəfindən verilən təkliflərin operativ qaydada toplanılması məqsədilə aşağıdakı elektron poçt ünvanı təyin edilmişdir. Sahibkarlar əsaslandırılmış təkliflərini internet üzərindən həmin ünvana təqdim edə bilər.
Elektron poçt ünvanı
YunisQuliyev@taxes.gov.az