Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Qeyd: Müraciətinizə dair hazırlanmış cavab məktubu daha rahat və operativ şəkildə əldə etməyiniz üçün qeyd etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.


Eyni predmet üzrə öncədən müraciət etdiyiniz vergi orqanı və müraciətinizin araşdırılmasında iştirak etmiş əməkdaş(lar) barədə məlumat:

Hörmətli istifadəçi!

Müraciətdə göstərilən məlumatların dürüst olması, habelə müraciətin məzmununun mümkün qədər ətraflı və təfsilatı ilə qeyd edilməsi müraciətə baxılmasının effektivliyini artıracaqdır. Bu baxımdan müraciətdə aşağıdakı məlumatların öz əksini tapması zəruridir:

  • Hüquqpozma halının baş verdiyi tarix, saat, yer və şərait;
  • Hüquqpozma halına yol vermiş vəzifəli şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, işlədiyi vergi orqanının (departament, baş idarə, idarə, şöbə, bölmə) adı;
  • Hüquqpozma halı ilə əlaqədar atdığınız addımlar, o cümlədən bu barədə etdiyiniz yazılı və ya şifahi müraciətlər və onların nəticələri.
Əlavə məlumat verilmə imkanları:

Elektron formada:

Vergi ödəyiciləri əlavə olaraq, "İnternet Vergi İdarəsi"ndə hər bir istifadəçi üçün ayrılmış fərdi elektron qutu vasitəsilə öz məlumatlarını göndərə bilərlər.


Poçt vasitəsilə:

Siz Dövlət Vergi Xidmətinin poçt ünvanına məktublarınızı göndərə bilərsiniz.

Ünvan:

AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti


Şəxsən:

Məlumatınızı şəxsən Dövlət Vergi Xidmətinin inzibati binasına gəlməklə də (inzibati binada yerləşən poçt qutusu vasitəsi ilə) çatdıra bilərsiniz.

Ünvan:

AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti


Telefon vasitəsilə:

Siz məlumatınızı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin prefiks telefon nömrəsi ilə əlaqə saxlayaraq verə bilərsiniz. Prefiks telefon nömrəsi: "195-1".

 

Qeyd: Siz vergi orqanlarının və vergi əməkdaşlarının fəaliyyətində rast gəldiyiniz nöqsanlar barədə məlumat verməklə, bu nöqsanların və onların baş vermə səbəblərinin aradan qaldırılması işinə əvəzsiz töhfə vermiş olursunuz. Buna görə də Sizə öz minnətdarlığımızı bildiririk.