Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

 

Vergi ödəyicilərinin, habelə əhalinin vergi qanunvericiliyi və onun tətbiqi, Dövlət Vergi Xidmətinin təqdim etdiyi elektron xidmətlər barədə operativ, düzgün, vergi orqanlarına gəlmədən məlumat almalarını, eyni zamanda vergi qanunvericiliyinin pozulması halları barədə müraciətlərin qəbulunu təmin etmək məqsədilə Dövlət Vergi Xidmətinin "195-1" nömrəli Çağrı Mərkəzi fəaliyyət göstərir.


"195-1" nömrəli Çağrı Mərkəzi 2003-cü ilin sonunda Bakı şəhərini əhatə etməklə fəaliyyətə başlasa da 2006-cı ilin may ayının əvvəlindən etibarən əhatə dairəsi genişləndirilərək respublikanın bütün regionlarından olan sual və müraciətlərin qəbul edilməsini həyata keçirir.

2011-ci ildə "Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu" tərəfindən keçirilmiş auditin nəticəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə Standartlaşma üzrə Avropa Komissiyası ("Austrian Standards plus") tərəfindən EN-15838 Standartlarına uyğunluğu barədə "Nr.S 2011 043" nömrəli 15 oktyabr 2011-ci il tarixli keyfiyyət Sertifikatı verilmişdir.

2012-ci və 2014-cü illərdə keçirilmiş növbəti audit hesabatına əsasən Standartlaşma üzrə Avropa Komissiyası Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinin fəaliyyətinin standartın tələblərinə cavab verdiyini təsdiq etmişdir.

Respublikanın istənilən regionundan stasionar (kənd, şəhər) nömrələrdən birbaşa "195-1" nömrəsinə edilən zəng və danışıq, habelə bu zaman Çağrı Mərkəzi tərəfindən göstərilən xidmətlər ödənişsizdir.

Hazırda "195-1" Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün nömrələrdən, heç bir koddan istifadə etməyərək birbaşa "195-1" nömrəsinə zəng edilə bilər. Daha sonra səsli menyunun köməkliyi ilə və ya birbaşa müvafiq düymələrdən birini seçərək aşağıdakı dövlət orqanlarına müraciət edilə bilər.

Çağrı Mərkəzinin fəaliyyəti barədə irad və təkliflərinizi callcentre@taxes.gov.az ünvanına göndərə bilərsiniz.