Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
01
Haqqımızda
Vergi ombudsmanı xidməti baş idarəsi Dövlət Vergi Xidmətinin Aparatının müstəqil struktur bölməsidir.

YARADILMA TARİXÇƏSİ

2019
 
Azərbaycan Vergi ombudsmanı İnstitutu fəaliyyətə başlamış və Elçin Məmmədov Azərbaycanın ilk vergi ombudsmanı təyin edilmişdir.
2023
 
Vergi ombudsmanı xidməti baş idarəsi yaradılmışdır.
2024
İqtisadiyyat nazirinin əmri ilə Vergi ombudsmanı xidməti baş idarəsinin Əsasnaməsi təsdiq edilmiş və Baş idarə kadrlarla komplektləşdirilmişdir.
ƏSAS VƏZİFƏLƏR
  • Vergi ödəyicilərinin hüquqlarının qorunması istiqamətində preventiv tədbirlərin görülməsi
  • Vergi ödəyicilərinin hüquqlarının pozulması hallarının aşkarlanması
  • Əlverişli biznes mühitinin yaradılması istiqamətində təkliflərin hazırlanması
  • Vergi proseslərinin səmərəli təşkilinə dair tövsiyələrin verilməsi
  • Vergi ödəyiciləri ilə mütəmadi olaraq görüşlərin və sorğuların keçirilməsi
  • Müraciətlərin təhlil edilməsi
02
Məqsədimiz və fəaliyyət istiqamətimiz
  • Vergi ödəyicilərinin hüquqlarının pozulmaması və pozulmuş hüquqların bərpası məqsədilə təhlillər aparmaq, iş proseslərinin keyfiyyətinin monitorinqini həyata keçirmək, müvafiq təkliflər hazırlamaq
  • Vergi ödəyiciləri tərəfindən verilmiş şikayətlərin yaranma səbəblərini araşdıraraq qarşısının alınması üçün preventiv tədbirlər görmək
  • Şikayət və müraciətlərin məhkəməyə çıxmadan həllini təmin etmək
  • Adil və ədalətli davranıb vergi ilə bağlı problemlərin ədalətli həllinə nail olmaq
  • Vergi ödəyicilərinə hüquq və vəzifələrini izah etmək
  • Vergi ödəyicilərinə göstərilən bütün xidmətləri daha yaxşı etmək üçün təkliflər vermək
  • Vergi orqanları ilə vergi ödəyiciləri arasında əməkdaşlıq formatında münasibətləri tənzimləmək
  • Vergi qanunvericiliyi və vergi siyasəti ilə bağlı qərarların hazırlanmasında iştirak etmək
  • Vergi sahəsinin inkişafı üçün tədbirlər görmək
  • Vergi sahəsində normayaratma fəaliyyətində iştirak etmək
03
Komandanın əsas üzvləri
Elçin Məmmədov
Vergi ombudsmanı · DVX rəisinin müşaviri · Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi
Arif Quliyev
Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi
Məmməd Quliyev
Müraciətlərin araşdırılması şöbəsinin rəisi
Şəhla Xankişiyeva
Proseslərin təhlili şöbəsinin rəisi
Səbuhi Əhliyyətli
Keyfiyyətə nəzarət şöbəsinin rəisi
04
Strukturumuz
Struktur sxemi
05
Əsas vəzifələrimiz
Proseslərin təhlili şöbəsi
  • Vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından iş proseslərini təhlil etmək
  • Təhlil nəticələrinə əsasən təkliflər və tövsiyələr hazırlamaq
  • Təhlillərin nəticələrini Vergi ombudsmanına təqdim etmək
  • Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələr
Müraciətlərin araşdırılması şöbəsi
  • Vergi ödəyicilərindən daxil olmuş müraciətləri təhlil etmək
  • Vergi ombudsmanının görüşlərini təşkil edib müraciətləri ümumiləşdirmək
  • Əlverişli biznes mühitinin yaradılması istiqamətində təkliflər hazırlamaq
  • Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələr
Keyfiyyətə nəzarət şöbəsi
  • Ombudsmana ünvanlanmış müraciətlərin icrasına nəzarət etmək
  • İş proseslərinin keyfiyyətinin monitorinqini həyata keçirmək
  • Fəaliyyətin daha səmərəli təşkilinə dair təkliflər hazırlamaq
  • Əsasnamə ilə müəyyən edilmiş digər vəzifələr