Maliyyə sanksiyası və faizlər
1
VM maddə 57.1 Hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
2
VM maddə 59.1 — 59.2 Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi tutulur. Bu faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Səyyar vergi yoxlaması və üfüqi monitorinq nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin məbləğlərin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir.
İnzibati cərimə
1
İXM maddə 461.1 Beynəlxalq müqavilələr, hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər çərçivəsində fəaliyyət üzrə vergi hesabatlarının əsas olmadan müəyyən edilən müddətdə Dövlət Vergi Xidmətinə təqdim edilməməsi (həmin sazişlərdə başqa qaydalar nəzərdə tutulduğu hallar istisna olmaqla) — vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
2
İXM maddə 461.2 "Dövlət rüsumu haqqında" Qanun ilə müəyyən edilmiş hallarda dövlət rüsumunun tutulması barədə hesabatın Dövlət Vergi Xidmətinə təqdim edilməməsi — vəzifəli şəxslər 50 manat miqdarında cərimə edilir.
3
İXM maddə 467 Dövlət rüsumunun ödənilməsi qaydalarının pozulmasına görə — dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxs tərəfindən dövlət rüsumunun düzgün tutulmaması, yaxud dövlət büdcəsinə vaxtında və ya tam ödənilməməsi — vəzifəli şəxslər 500–700 manat miqdarında cərimə edilir.