Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Hörmətli vergi ödəyiciləri! Siz artıq banka getmədən onlayn üsulla və ya nağd qaydada ExpressPay terminalları vasitəsilə vergilərinizi ödəyə bilərsiniz.

Vergi ödəyicisi https://new.e-taxes.gov.az/ saytına daxil olur və "Giriş" düyməsini sıxır. Sistemə giriş səhifəsində Asan İmza və ya Sima İmza ilə daxil olmaq mümkündür. İstifadəçi gücləndirilmiş elektron imzalardan birini seçir və müvafiq məlumatları qeyd edərək "Daxil ol" düyməsini sıxır.

Asan İmza ilə daxil olarkən istifadəçinin Asan İmza olan telefonuna yoxlama kodu göndərilir. Bu kodu təsdiq etdikdən sonra sistemə daxil olmaq mümkündür. Giriş uğurla başa çatdıqdan sonra istifadəçi ilk növbədə yeni pəncərədən "Ödəniş" bölməsini seçir. Bu zaman sistem tərəfindən ekrana həmin tarixə istifadəçinin büdcəyə və müvafiq sığorta fondlarına olan borcu barədə məlumat çıxarılır. "Təsnifat kodu", "Ödənişin təyinatı", "Ad""Məbləğ" xanaları sistem tərəfindən avtomatik əks olunur. Borc olduğu halda istifadəçi tərəfindən ödənilməli məbləğin qarşısında işarə qoyularaq "Ödə" düyməsi sıxılır.

İstifadəçi həmçinin ödənilməli olduğu məbləğdə dəyişiklik edə bilər. Borc olmadığı halda isə istifadəçi "Yeni ödəniş" düyməsindən istifadə etməklə ödənişin təyinatını və büdcə təsnifat kodunu seçməklə əvvəlcədən ödənişlər apara bilər. Ödənişin təyinatını və büdcə təsnifat kodu seçildikdən sonra "Əlavə et" düyməsi sıxılır. İstifadəçi ödəniləcək məbləği daxil edir və məbləğin qarşısında işarə qoyaraq "Ödə" düyməsini sıxır. İstifadəçi bank kartı nömrəsinin ilk 6 rəqəmini daxil edir və "Davam et" düyməsini sıxır. Açılan yeni pəncərədə bank kartının növbəti nömrələri daxil edilərək "İrəli" düyməsi sıxılır. Bu zaman telefona yoxlama kodu göndərilir. Bu kodu daxil etdikdən sonra aparılan ödəniş üzrə mədaxil qəbzi ekranda əks etdirilir. Sonda "Bağla" düyməsi sıxılır və bununla da ödəniş tamamlanmış hesab edilir.

Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə edə bilərsiniz:
Əməliyyatın video təlimatı: https://www.youtube.com/watch?v=8bPtqUOKu2E
Elektron xidmətin inzibati reqlamenti: https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

 

Vergi ödəyicisi "ExpressPay" ödəniş terminalının menyusunda "Hökumət ödənişləri" bölməsinə daxil olub "Dövlət Vergi Xidməti" düyməsini seçir. Daha sonra VÖEN-i daxil edib "İrəli" düyməsini sıxır. Açılan pəncərədə siyahıdan ödəyəcəyi vergi növünün (məsələn: Sadələşdirilmiş vergi) üzərinə vurub alt siyahıdan fəaliyyət növünə uyğun xananı (məsələn: 14323 - Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi) seçir. Nağd pulu qurğuya daxil edib "Ödəmək" düyməsini sıxır və bununla "Nağd ödəmə" əməliyyatı həyata keçirilmiş olur.

Əməliyyatın şəkilli təsviri: http://www.taxes.gov.az/uploads/epay/EpayTelimat.pdf
Əməliyyatın video faylı: https://youtu.be/_eD8UvaKVrI
ExpressPay ödəniş terminallarının yerləşdiyi ünvanların siyahısı: http://www.taxes.gov.az/uploads/epay/epay.pdf 

Qeyd: Kart sahibindən aparılmış hər bir əməliyyata görə minimum 40 qəpik olmaqla ödənilmiş məbləğin 0,15 faizi həcmində bank idarəsinin xeyrinə xidmət haqqı tutulur.

Vergi borcu barədə məlumatı necə əldə etməli?
Büdcə rekvizitləri barədə məlumatı necə öyrənmək olar?