Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Rəna Mahmudlu os***@gmail.com ID: 6551
Salam. Mən öz qeyri-yaşayış obyektimi gözəllik salonu kimi fəaliyyət göstərməsi üçün bir neçə şəxsə kirayə vermək istəyirəm. Bunun üçün qanuni olaraq hansı addımları atmalıyam? Asan xidmətdə bildirdilər ki, mənim öz adıma VÖEN açmağıma ehtiyac yoxdur. Lakin, daha geniş məlumat vermədilər. Zəhmət olmasa, hansı mərhələlər olduğunu, vergi ödəmək haqqında məlumat vermənizi və ya məlumatı almaq üçün hara yaxınlaşmaq lazım olduğunu qeyd edərdiniz. Əvvəlcədən təşəkkür edirəm!
01/06/2022 Oxunub: 129 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü və 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aytən Quliyeva Rauf ay***@mail.ru ID: 6550
Salam. Mən yay düşərgəsi yaratmaq istəyirəm. Bunun üçün nə etməliyəm? Hansı qurumlardan icazəm olmalıdır? Zəhmət olmasa, ətraflı məlumat verərdiniz.
01/06/2022 Oxunub: 80 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 155-ci, 157-ci, 159-cu və 218-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kamran Şıxlı Mo***@gmail.com ID: 6548
Salam. Vergi ödəyicisi mal sifariş edərkən malların Türkiyədən Azərbaycana gətirilməsi üçün rezident olan və vergi ödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxsin daşıma xidmətindən istifadə etmişdir. Sual odur ki, sifarişçi hansı vergiləri tutmalıdır?
01/06/2022 Oxunub: 95 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxs tərəfindən xidmətlərin göstərilməsi üçün vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslər işlərin görülməsinə cəlb edildiyi halda (əmək müqaviləsinin bağlandığı hallar istisna olmaqla) onlara aparılan ödənişlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq aylıq gəlirinin 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat əlavə edilsin 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi, ödənişlərin tam məbləğindən 25 faiz dərəcəsi ilə məcburi dövlət sosial sığorta və gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi həcmində icbari tibbi sığorta üzrə sığorta haqları tutulmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 108-ci, 150.1.7-ci maddələri, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nağıyev Ruslan Cəfər oğlu ge***@mail.ru ID: 6547
Salam. Mən neft sənayesində işləyirəm, himayəmdə 9 yaşlı əlil uşaq var. Bilmək istərdim, məndən gəlir vergisi tutulmaya bilər?
01/06/2022 Oxunub: 89 Orta qiymət: 0

Bildiririk ki, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

- uşağın doğulması haqqında şəhadətnamənin surəti;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasova Zulfiyye Islam qizi zu***@mail.ru ID: 6546
Salam. Müraciətim belədir ki, eşitdiyimə görə Dövlət qurumu olan təşkilat 5000.00 manatdan artıq xərci kotirovka sorğusu olmadan xərcləyə bilməz. Xahiş edirəm əsaslı olaraq cavablandırardınız, bu hansı qanunla və hansı maddə ilə tənzimlənir?
01/06/2022 Oxunub: 132 Orta qiymət: 0

Bİldiririk ki, kotirovkalara dair xüsusi tələblər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 20 may 2013-cü il tarixli № Q-12 “ Malların (işlərin və xidmətlərin) dövlət satınalmalarının açıq tender və kotirovkalar sorğusu üsulları ilə aparılması üçün minimum məbləğlərin və satınalınan xidmətlər barədə bildirişin beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi üçün məbləğin müəyyən edilməsi barədə” Qərarı ilə tənzimlənir.

Qərara əsasən, dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 50 (əlli) min manat müəyyən edilib. Dövlət satınalmalarının kotirovkalar sorğusu üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləği 5 (beş) min manat müəyyən edilib.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ceyhun Aslanov as***@gmail.com ID: 6387
Salam. Mən Yapon şirkəti ilə müqavilə əsasında ölkədən kənarda xidmət göstərirəmsə və mənim vergi tutulmalarımı Yaponiya hökuməti ödəyirsə, mən vergi ödəməliyəm? Bildirirəm ki, ölkədən kənarda qalma müddətim bir ildən çox olan halda.
31/05/2022 Oxunub: 309 Orta qiymət: 4

Bildiririk ki, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun. Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilməyən gəlirlərindən verginin tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü,, 33-cü, 96-cı, 101-ci, 127-ci, 149-cu, 152-ci maddələri.

4/5 (7 Orta qiymət)
Qiymət ver:
Yusif Səfərov Yalçın el***@mail.ru ID: 6395
Mən fiziki şəxs - sahibkaram. 2021-ci ilin son rübü və 2022-ci ilin birinci rübündə dövriyyəmə dair möhürlə təsdiq olunmuş arayış almaq istəyirəm. Hara müraciət etməliyəm?
31/05/2022 Oxunub: 157 Orta qiymət: 5

Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Əliyev Anar Eldar oğlu an***@mail.ru ID: 6313
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən həmin məcəllənin 164.1.7-ci maddəsinə uyğun olaraq, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır. Lakin həmin siyahılar hələ təsdiq edilməmişdir. Bilmək istərdik, hal-hazırda kitabların alğı-satqısı zamanı ƏDV ödənilməlidirmi?
31/05/2022 Oxunub: 219 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən siyahısı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azaddır.

Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bununla belə, azadolmanın verilməsi nəzərdə tutulan 2022-ci il yanvarın 1-i tarixindən Nazirlər Kabineti tərəfindən müvafiq siyahının təsdiq edilməsinə qədər olan dövr ərzində bir sıra vergi ödəyiciləri tərəfindən müvafiq kateqoriyalı malların satışı ƏDV tətbiq edilməklə həyata keçirilmişdir.

Yuxarıda qeyd olunanlara əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən sözügedən siyahı təsdiq olunan dövrə qədər vergi ödəyiciləri tərəfindən ƏDV tətbiq edilməklə satılmış həmin mallara görə hesablanmış ƏDV məbləğləri dəqiqləşdirilmiş hesabatlar təqdim edilməklə azaldılacaq. Eyni zamanda müvafiq məhsulların siyahısı təsdiq olunan tarixədək olan dövr ərzində vergi ödəyiciləri tərəfindən idxal edilmiş həmin məhsullara görə gömrük orqanlarına ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri bərpa olunmur və əvəzləşdirmələr vergi orqanları tərəfindən nəzərə alınır.

Əsas:  Vergi Məcəlləsinin 164.1.7-ci maddəsi və Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 184 nömrəli Qərarı.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Vasif İsmayılov is***@gmail.com ID: 6545
Salam. Mən bir neçə ay əvvəl kreditlə bağlı bir yerə müraciət etmişdim. Orada bildirdilər ki, 4000 AZN-dən çox artıq vergi ödəməm var. Hər ay lazım olandan çox vergi ödəyirəm. Mən bu artıq ödənilmiş vergini geri ala bilərəm?
30/05/2022 Oxunub: 142 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahir Şahin oğlu za***@mail.ru ID: 6540
Salam. Mən fərdi sahibkar olaraq şirniyyat istehsalına başlamaq istəyirəm. İcarəyə götürəcəyim obyekt 1 kod ilə qeydiyyatdadır. Həmin obyekti icarəyə götürərkən 3 fərqli hissələrə böləcəyəm (anbar, istehsal və satış ofisi). Qanunvericilikdə bu necə tənzimlənir? Eyni obyektə 3 fərqli kod almaq mümkündürmü? Xahiş edirəm sualımı ətraflı cavablandırasınız. Təşəkkür edirəm.
29/05/2022 Oxunub: 136 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır.

Vergi ödəyicisi tərəfindən filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir. 

Sorğunuzda qeyd olunan halda, tərəflər arasında bağlanmış icarə müqaviləsində təsərrüfat subyektinin bölgüləri ayrı-ayrılıqda qeyd olunmaqla və ya hər bir hissə üçün ayrılıqda icarə müqaviləsi bağlanaraq olduğu yer üzrə uçota alına bilər. Bununla belə, müvafiq sənədlərlə birlikdə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad Məmmədov İsmayıl mu***@gmail.com ID: 6538
Salam. Fərz edək ki, Azərbaycan vətəndaşı ƏDV ödəyicisi fərdi sahibkar xaricə kompüter xidmətləri göstərir və hər bir ödənişi muqavilə əsasında VÖEN-ə bağlı bank hesabına alır. Bundan başqa xidmət əsnasınsa yuxarıda qeyd olunan iş üçün bəzi köməkçi xidmətləri başqa xarici ölkələrdəki fiziki və hüquqi şəxslərdən alır və ödənişi VÖEN-ə bağlı bank hesabından görülən işlərə görə müqaviləyə uyğun ödəyir. Sualım budur ki, bu halda fərdi sahibkar hansı vergiləri ödəməlidir?
29/05/2022 Oxunub: 215 Orta qiymət: 5

Bildiririk ki, sorğuda qeyd olunan fəaliyyət üzrə əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanaraq dövlət büdcəsinə ödənilir. 

Həmçinin, vergi ödəyicisi mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu Vegi Məcəlləsi ilə müəyyən olunmuş qaydada aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilər.

Eyni zamanda Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən elektron şəbəkələr vasitəsilə göstərilən xidmətlər həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.

Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinin müddəalarına görə bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracı ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir. 

Həmçinin bildiririk ki, sorğuda göstərilən halda qeyri-rezidentin göstərdiyi xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlərə aid edildiyi halda, qeyri-rezidentin göstərdiyi bu xidmətlərə görə ona ödənilən xidmət haqlarının tam dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 165-ci, 168-ci və 169-cu maddələri. 

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 6537
Salam, idxal olunmuş əsas vəsaitə görə (məsələn Kamaz yük maşını) gömrükdə ödənilmiş ƏDV əvəzləşdirilir ya yox?
28/05/2022 Oxunub: 169 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.10-cu maddəsinə əsasən gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq Vergi Məcəlləsinin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Buna əsasən, sorğunuzda qeyd olunan halda ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Мамедов Теймур ti***@bk.ru ID: 6536
Здравствуйте! Рассматриваю возможность стать фрилансером. Есть пара вопросов по поводу самозанятости: 1. Какой процент от дохода должен уплачивать самозанятый? Обязательны ли пенсионные взносы и входят ли они в этот процент? Есть ли еще какие-то взносы, которые обязан уплачивать самозанятый? 2. Как конкретно происходит уплата налога? Раз в месяц или сразу за весь год и тд.
28/05/2022 Oxunub: 127 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vergi ödəyicisi kimi uçota alınmalısınız. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir. 

Sorğunuzda qeyd edilən sahibkarlıq fəaliyyətinin Bakı şəhərində həyata keçirildiyini nəzərə alaraq, aylıq məcburi dövlət sosial sığorta haqqının məbləği 75 manat (minimum aylıq əməkhaqqı 300 * 25% * Bakı şəhəri üzrə 100%) olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri, “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Təhminə Həsənova Saleh se***@gmail.com ID: 8215
Salam, mən kənd təsərrüfatı ili VÖEN açdırmışam. Öyrənmək istəyirdim, ona vergi ödənir?
28/05/2022 Oxunub: 123 Orta qiymət: 0

Bildiririk ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Məlumat üçün bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi ilk növbədə vergi orqanında uçota durmalı, bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 218-1-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad İslam Dadaşov re***@mail.ru ID: 6534
Salam, müəssisə VÖEN-i olmayan fiziki şəxsdən icarəyə obyekt götürüb. Məbləği 1000 manat. Fiziki şəxsə ÖMV tutularaq 860 manat ödənilir. Bu zaman Mənfəət vergisi bəyannaməsi 221.5 sətirində icarə haqqı neçə manat qeyd edilməlidir? Lokal Gəlirlər departamenti bəyannamələr şöbəsində telefonla deyirlər ki, 860 manat yazılmalıdır. Siz necə şərh verirsiz?
27/05/2022 Oxunub: 119 Orta qiymət: 0

Bildiririk ki, icarə haqqı ilə əlaqədar çəkilmiş xərclər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda “Mənfəət vergisinin bəyannaməsi” təqdim edilərkən bəyannamənin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı Xərclər” hissəsinin 221.5-ci sətrində həmin dövr üzrə vergi uçotu metodundan asılı olaraq ödənilmiş və ya hesablanmış icarə haqqı məbləğləri (icarə haqqına görə ödəmə mənbəyində tutulmuş vergi çıxılmadan) əks etdirilməklə (sorğunuzda qeyd olunan halda 1000 manat) gəlirdən çıxılır.

Əsas:Vergi Məcəlləsinin 108-ci və 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mübariz Rəhimov Ənvər o ra***@mail.ru ID: 6532
Salam. Sualım ixracla əlaqədardır. İxracla əlaqədar mal satan müəssisənin anbarından mal 28.12.2021 tarixində çıxıb və Gömrük bəyannaməsində satış 28.12.2021 tarixində təsdiqini tapıb. Amma AR Dövlət Gömrük Komitəsi portalda ixracla əlaqədar həmin satış 05.01.2022 tarixdə rəsmiləşmə görünür. Məlum məsələdir ki, Vergi orqanları da bəyannamə üçün 05.01.2022 tarixini əsas götürür. Bu halda müəssisə sənədləşmə və hesabatlarda necə hərəkət etməlidir (Yolda olan mallar və ya anbar qalığı əksikliyi). Qeyd etdiyimiz kimi mal 28.12.2021 tarixində anbardan çıxıb, amma sənədləşmə 05.01.2022 tarixində olub. Zəhmət olmazsa, köməklik göstərərdiniz.
27/05/2022 Oxunub: 88 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Təqdim edilmiş bəyannamələr üzrə kameral vergi yoxlaması aparılan zaman müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri kameral vergi yoxlamasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zamanov Vüsal Əbülfəz ac***@gmail.com ID: 6529
Salam. Bildirirəm ki, qeydiyyatda olduğum yer Füzuli şəhəri, faktiki yaşadığım yer isə Bakı şəhəridir. Vergi idarəsi tərəfindən təqdim olunan istifadəçi adı, kod və parol itirilmişdir. Bu səbədən vergi saytında daxil olub müəyyən hesabatların verilməsi gecikir. Yeni istifadəçi adı, kod və parol ala bilmək üçün onlayn olaraq addımları (hansı mənbədən hansı formanı doldurmaq, hara göndərmək və s.) qeyd etməyinizi sizdən xahiş edirəm. Öncədən təşəkkürlər.
25/05/2022 Oxunub: 57 Orta qiymət: 0

Dövlət Vergi Xidməti ilə elektron məlumat mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin yenidən verilməsi (dəyişdirilməsi) üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur. Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevinc Pirəliyeva Şahmirzə se***@mail.ru ID: 6528
Salam. Mən hal-hazırda Almaniyada yaşayıram və mənə 2019-2020-ci illər ərzində Azərbaycanda işsiz olduğum və vergi ödəyicisi olmadığım haqqında sənəd lazımdır. Çox xahiş edirəm kömək edəsiniz. Təşəkkür edirəm.
25/05/2022 Oxunub: 65 Orta qiymət: 0

Bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, "Vergi ödəyicisinin vergi orqanında qeydiyyatı barədə arayış"ı vergi ödəyicilərinə xidmət mərkəzlərindən əldə etmək mümkündür. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə və ya etibarnamə əsasında səlahiyyətli nümayəndəsinə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Əliyev Samir vu***@mail.ru ID: 6527
Bizə lazımdır ki, bilək Rusiyadan qida məhsullarının gətirilməsinə görə hansı sənədlər lazımdır? Biz Rusiyadan qida məhsulu, it pişik yemi və quş dənləri müqavilə əsasında Rusiyada firma ilə müqavilə bağlayıb malların Azərbaycana gətirilməsini istəyirik, bunun üçün Rusiyada ki firma bizdən Azərbaycana hansı sənədlərin lazım olduğunu soruşur? Zəhmət olmasa, cavablandırın.
25/05/2022 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən sorğunuzda qeyd olunan malların idxalı üçün tələb olunan sənədlər barədə ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülməmmədli Valeh Vəli gu***@gmail.com ID: 6526
Salam. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 15 aprel tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı -1.7.3. əvvəllər dövlət vergi orqanlarında xidmət etmiş (xidməti intizamı bir dəfə kobud şəkildə pozması və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirməməsi səbəbindən vergi orqanlarında xidmətinə xitam verilmiş şəxslər istisna olmaqla) şəxslər; Hal hazirda NMR Dövlət Vergi Xidmətində işləyən vəzifəli şəxslərə şamil olunurmu?
25/05/2022 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver: