Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi ödənişsiz olaraq verilir.
ASAN İmza xidmətindən istifadə etmək üçün müraciət edən şəxs (ərizəçi) ilk növbədə bütün mobil operatorlardan (Azercell, Bakcell, Nar) Asan İmza SİM-kartını əldə etməli, sonra tələb olunan sənədlərlə və Asan İmza SİM-kartı ("ICCID" nömrəsinin sistemə daxil edilməsi üçün) ilə birlikdə ASXM-ə (Vergi ödəyicilərinə xidmət mərkəzinə və ASAN Xidmət Mərkəzlərində fəaliyyət göstərən ASXM nümayəndəsinə) müraciət etməlidir.
Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.
Bildiririk ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri hesab olunur. Təsisçi fiziki şəxsin vergi uçotunda asılı olmasından asılı olmayaraq, kommersiya hüquqi şəxslərinə qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar.
Cəmiyyətin onlayn qaydada dövlət qeydiyyatına alınması, qeydiyyat haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın cəmiyyətin elektron ünvanına göndərilməsi (prosesin sonu) - real vaxt rejimində yerinə yetirilir.
Hüquqi şəxsin elektron qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir. Zərurət yarandıqda, əlavə məlumatı Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.
Bildiririk ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.
Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.12-ci maddəsinə əsasən sənətkarlığın misgərlik, qalayçılıq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri gəlir vergisindən azaddır.
Sorğuda göstərilən halda kəlağayı istehsalı fəaliyyətini həyata keçirən şəxslərin bu fəaliyyətdən əldə etdiyi gəlirlərinin vergidən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.
Bildiririk ki, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.
Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.
Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.
Bildiririk ki, Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.
Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.
Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.
Bununla yanaşı, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.
Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 208-ci, 217-1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.
Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra - Qaydalar) ilə tənzimlənir.
Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.
Göstərilənləri nəzərə alaraq, bildiririk ki, əgər vergi ödəyici rüb bitməmiş DTA-03 forması ilə vergi orqanına müraciət edirsə və həmin rüb ərzində aparılan ödəmələrlə bağlı “Razılıq məktubu” əldə etmişdirsə, müvafiq razılıq məktubunda qeyd olunan müddətlər çərçivəsində aparılan ödəmələrə münasibətdə aşağı vergi dərəcəsini və ya vergidən tam azadolmanı tətbiq edə bilər.
Bildiririk ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər.
Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir:
- vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:
M1 = G1 : ( 100 + R) x R, burada:
M1 — vergi ödəyicinin mənfəəti;
G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir;
R — şərti rentabellik normasıdır.
- vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında;
M1 = X1 : 100 x R, burada:
M1 — vergi ödəyicisinin mənfəəti;
X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər;
Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 58.8-ci, 67-ci, 83.9-cu və 130-cu maddələri, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”.
Bildiririk ki, Azərbaycan Respublikası ilə Rusiya Respublikası arasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 03.07.1997-ci il tarixdə imzalanan Saziş qüvvədədir və rezident və qeyri-rezident şəxslər həmin Sazişin müddəalarından faydalana bilərlər.
В первую очередь следует отметить что, согласно статьe 13.2.5 Налогового кодекса Азербайджанской Республики резидентом является любое физическое лицо, отвечающее одному из следующих требований:
- фактически находящееся на территории Азербайджанской Республики в общей сложности более 182 дней календарного года;
- находящееся в зарубежной стране на государственной службе Азербайджанской Республики в календарном году или в течение одного календарного года;
- если срок пребывания физического лица на территории Азербайджанской Республики и в иностранном государстве (в каком-либо) согласно абзацам второму и третьему статьи 13.2.5.1. настоящего Кодекса не превышает 182 дней, то указанное физическое лицо признается резидентом Азербайджанской Республики по критериям, указанным в следующей последовательности:
постоянное местожительство;
центр жизненных интересов;
место обычного проживания;
гражданство Азербайджанской Республики;
Cогласно статьe 96.1. Налогового кодекса Азербайджанской Республики объектом налогообложения по доходам резидента является налогооблагаемый доход, представляющий собой разницу между совокупным доходом за налоговый год и суммой, вычитаемой из дохода за этот период, установленного настоящим Кодексом.
Кроме того, согласно статьe 97.1. Налогового кодекса Азербайджанской Республики доход налогоплательщика-резидента состоит из дохода, извлеченного им в Азербайджанской Республике и за пределами Азербайджанской Республики.
В статье 14.1 «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации об избежании двойного налогообложения в отношении налогов на доходы и имущество» (далее – Соглашение) от 3 июля 1997 года говориться «Доход, получаемый резидентом одного Договаривающегося Государства от оказания профессиональных услуг или другой деятельности независимого характера, облагается налогом только в этом Государстве, за исключением случаев, когда он имеет в другом Договаривающемся Государстве постоянную базу, используемую им для осуществления этой деятельности. Если у него имеется такая постоянная база, то доход, который связан с указанной базой, может облагаться налогом в этом другом Государстве, но только в той части, которая относится к этой постоянной базе.»
В то же время, согласно пункту 3.1 «Правил администрирования международных соглашений об избежании двойного налогообложения, заключенных между Азербайджанской Республикой и другими государствами» (далее – Правила) в целях применения международного соглашения налоговый орган Азербайджанской Республики выдает сертификат резидентства резиденту Азербайджанской Республики. В пункте 3.2 указывается что, лицо, желающее получить сертификат резидентства, должно обратиться в налоговый орган, заполнив на бумажном или электронном носителе Заявление “о получении сертификата резидентства” (далее – форма DTA-01) (Приложение №–1).
Кроме того, согласно пункту 4.1 Правил для вычета налога, уплаченного в другом договаривающемся государстве, из налога, насчитанного в Азербайджанской Республике в соответствии со Статьей 127 Налогового Кодекса и положениями международных соглашений, резидент должен представить в налоговый орган по месту своего учета Заявление “о вычете налога, уплаченного в другом договаривающемся государстве, из налога, начисленного в Азербайджанской Республике” (далее - форма DTA-02) (Приложение №3), заполненное в электронной форме или на бумажном носителе.
В связи с вышеуказанным, хотим сообщить что, если лицо является резидентом Азербайджанской Республики то обязан декларировать все свои доходы, полученные в Азербайджанской Республике и за пределами Азербайджанской Республики и может пользоваться всеми льготами Соглашения;
Bildiririkk ki, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.
Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən vergi Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq bu maddədə göstərilən dərəcə ilə tutulur. Qeyd olunan gəlirlər “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1602.2-ci sətrində müvafiq xanalarda qeyd olunur.
Əsas: Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 yanvar 2023-cü il tarixli 2317040100066100 №-li Əmri ilə təsdiq edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası.
Bildiririk ki, www.edvgerial.az portalında sizə məxsus elektron kabinetin idarə olunması ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.
Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.
Müharibə veteranı olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ümumi qaydada vergiyə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri.
Bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.
Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.
Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi.
Bildiririk ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 1 yanvar 2020-ci ildən sonrakı tarixdə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .
Bildiririk ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir.
Eyni zamanda, Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata dura bilər.
Göründüyü kimi, Vergi Məcəlləsinin 177.5-ci maddəsinin müddəaları yalnız könüllü ƏDV qeydiyyatı zamanı tətbiq olunur.
Bununla yanaşı, vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindikdən sonra vaxtilə təqdim edilmiş mala görə alıcıya verilmiş elektron qaimə-faktura dəqiqləşdirilməklə satılmış malın ƏDV-siz dəyəri və ƏDV məbləği müvafiq xanalarda əks etdirilməsinə vergi qanunverciliyində məhdudiyyət nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 157-ci və 177-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən Cəmiyyət tərəfindən 2023-cü il fevralın 1-dən sonra elan edilmiş dividendlər kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənildiyi halda, gəlir vergisindən azadolma tətbiq ediləcəkdir.
Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.
Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi (sorğunuzda 1300 manat) çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır.
Eyni zamanda, sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.
Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.
Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2800 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.
Eyni zamanda, Vergi Məcəlləsinin 98.3-cü maddəsinin müddəalarına əsasən faktiki ezamiyyə xərclərinin ödənilməsi muzdlu gəlirə daxil deyildir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, ezamiyyə haqqından başqa, işəgötürən tərəfindən Sizə ödənilən kirayə haqqı məbləği ilə birlikdə aylıq əmək haqqınız 2500 manatdan artıqdırsa, bu zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən 200 manat vergi azadolması tətbiq edilmir.
Əsas: Vergi Məcəlləsinin 98-ci və 102-ci maddələri.