Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Fərhad Nəsibov Əlirza oğlu sn***@yandex.ru ID: 8496
Şəxsi mülkiyyətim olan torpaq sahəsini satdığıma görə vergi ödəməliyyəmmi?
05/09/2023 Oxunub: 239 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. 

Belə ki, fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən torpaq sahələrinin hər kvadrat metri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən bu maddə ilə müəyyən olunmuş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Müraciətiniz barədə ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazi haqda məlumat verərək, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 218-ci və 220-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Samir Babayev sa***@gmail.com ID: 8584
Salam. Mənim adıma 1006235282 nömrəli VÖEN var. Çoxdandır istifadə etmirəm. Bu VÖEN'i bağlatmaq (dondurmaq) istəyirəm. Xahiş edirəm, mənə kömək edin. Mənim anlayışım yoxdur.
05/09/2023 Oxunub: 155 Orta qiymət: 0

Bildiririk ki, Babayev Samir  Sabir oğlu (VÖEN 1006235282) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Müraciətiniz barədə ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseyn Həsənov Nağı oğlu hu***@gmail.com ID: 8582
Salam. Əgər hüquqi şəxs bank hesabından aylıq cari xərclər üçün 30 000 manatadək vəsait nağdlaşdırmışdırsa və bu vəsaiti təyinatı üzrə xərcləməmişdirsə (və xərcə salmamışdırsa) bu vəsait üzrə ÖMV yaranırmı? Əgər yaranırsa, ÖMV bəyannaməsində hansı xanada qeyd olunmalıdır?
04/09/2023 Oxunub: 165 Orta qiymət: 0

Bildiririk ki, ödəmə mənbəyində verginin (ÖMV) tutulması vaxtı və qaydası Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir. 

Vergi Məcəlləsinin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.

Sorğunuzda qeyd olunan xərcin təyinatı haqda məlumat verilmədiyi üçün ÖMV-yə cəlb olunub-olunmaması haqda məlumatın verilməsi imkan xaricindədir. Bundan əlavə, fəaliyyətinizlə bağlı vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlərlə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 150-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərov Əli İldırım da***@gmail.com ID: 8520
Salam mənim adıma olan VÖEN 1301319052 bağlanmışdı. (2007) Hal-hazırda onun bağlı olması haqda rəsmi sənədi necə əldə ede bilərəm?
04/09/2023 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, Cəfərov Əli İldırım oğlu (VÖEN 1301319052) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin 4 sentyabr 2023-cü il tarixinə olan məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Məlumat üçün bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Quliyeva Günay Vüqar qızı gu***@mail.ru ID: 8512
Salam. VÖEN itirildikdə və viza üçün lazım olduqda, başqa hansı sənəd vermək olar və yaxud necə etmək olar?
04/09/2023 Oxunub: 117 Orta qiymət: 5

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. 

Eyni zamanda, vergi orqanına müraciət edərək vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayış əldə edə bilərsiniz. Qeyd olunan arayış 5 iş günü ərzində təqdim edilir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseyn Əliyev Səyahət al***@gmail.com ID: 8573
Salam, VM-də amortizasiya ayırmaları ilə bağlı 114.4-cü maddəsində qeyd olunmuşdur ki, hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər. Sualım onunla bağlıdır ki, aşağı norma ilə amortizasiya tətbiq edildikdə, aktivin qalıq dəyərindən aşağı faiz dərəcəsi ilə hesablanmış məbləğ çıxılmalıdır, yoxsa həmin aktivin uyğun olduğu kateqoriyanın maksimum faiz göstəricisinə əsasən hesablanmış məbləğ çıxılacaq? Misal üzərində nəzərdən keçirsək, 10 000 azn dəyərində nəqliyyat vasitəsini alışla rəsmiləşdirən müəssisə tutaq ki ilk ilində 15% amortizasiya tətbiq etmişdir. İlin sonunda aktivin qalıq dəyəri 10 000 - (10 000*15%) olmalıdırmı, yoxsa 10 000-(10 000*25%) kimi qalmalıdır? Qeyd edək ki, müəssisə aradakı fərqi (10 000* (25%-15%)) il sonunda 114.4-cü maddəyə əsasən gələcək illərin mənfəət vergisi zamanı nəzərə alacaq və MV bəyannaməsinin 247-ci sətrində əks etdirəcək.
01/09/2023 Oxunub: 151 Orta qiymət: 1

Bildiririk ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı normalar tətbiq etdiyi halda yaranan fərqin azadolmadan sonrakı illərdə gəlirdən çıxılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 114.4-cü maddəsi.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Rüfət Aslanov Rövşən oğlu ru***@hotmail.com ID: 8567
Salam, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən ASC-nin (açıq tipli səhmdar cəmiyyətinin) fiziki şəxs olan səhmdarlarına ödənilən dividenddən 10% ödəmə mənbəyindən azad edilir?
30/08/2023 Oxunub: 202 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunan maddədə səhm və istiqrazların emissiyasını həyata keçirən emitent şəxsdən asılı olmayaraq, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istənilən səhm və istiqrazlar üzrə ödənilən gəlirlərə vergi güzəştinin tətbiqi nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əliyeva Lamiyə Vaqif qızı la***@gmail.com ID: 8566
Salam. Mənim atam Birinci Qarabağ müharibəsi veteranıdır və hal-hazırda həyatdadır. Mən özüm dövlət işində işləyirəm. Bilmək istəyirəm, atamın veteranlığı mənim vergidən azad olunmağım üçün əsasdır?
29/08/2023 Oxunub: 203 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Həmçinin, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Qeyd olunan güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Kəmalə Həsənzadə ca***@gmail.com ID: 8562
Salam, mən yutubdan pul çıxarmaq üçün VÖEN-ə bağlı kart müraciəti etmək istəyirəm, amma Asan imza çıxır qarşıma. 2024 dən məcburidir, amma hal-hazırda məcburi deyil. Çox guman mən tapmıram o linki. Zəhmət olmasa, yönlendirərdiniz onlayn olaraq VÖEN-ə bağlı kart necə ala bilərəm?
28/08/2023 Oxunub: 200 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

QeydVergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Samir İmanov Natiq sa***@gmail.com ID: 8557
Salam. Vergi Məcəlləsi 102.1.22-2 maddəsinə əsasən 5 il müddətində kütləvi bazarlarda alınan səhmlər əsasında əldə olunan divident vergidən azaddır. Bank, bank olmayan kredit təşkilatı və s. fiziki şəxs olan səhmdarlarına dividend ödəyəndə ödəmə mənbəyindən 10% vergiyə cəlb etməməlidirmi? Azadolma banklara şamil edilmirsə, burada kütləvi təşkil edilmiş və tənzimlənən bazarlarda əldə olunan səhm dedikdə nə nəzərdə tutulur? Mümkünsə, nümunə göstərəsiniz. Təşəkkürlər!
26/08/2023 Oxunub: 295 Orta qiymət: 5

Bildiririik ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənilən dividend gəlir vergisindən azaddır.

Eyni zamanda, Mülki Məcəllənin 100.1-ci maddəsinə əsasən səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə yazılışı apara bilməz və ya başqa şəkildə onları əldə edilmək üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz.

Bununla yanaşı, Azərbaycan Respublikasında investisiya qiymətli kağızlarının buraxılışının, dövlət qeydiyyatının, kütləvi təklifinin, depozitar və ticarət sonrası sistemlərin, qiymətli kağızların və törəmə maliyyə alətlərinin tədavülünün, qiymətli kağızlar bazarında lisenziyaya malik olan şəxslərin və mərkəzi depozitarın təşkilinin, idarə edilməsinin və ləğvinin prinsip və qaydalarını, investorların hüquqlarının müdafiəsi sahəsində münasibətlərin, habelə qiymətli kağızlar bazarında tənzimlənmə və nəzarətin hüquqi və iqtisadi əsasları “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu (bundan sonra – Qanun) ilə müəyyən edilir. 

Qanunun 1-ci maddəsinin müddəalarına əsasən tənzimlənən bazar – fond birjasının daxili qaydalarına uyğun olaraq ticarətə buraxılmış qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə üçüncü şəxslərin alğı-satqı maraqlarını özündə əks etdirən fond birjası tərəfindən təşkil və idarə olunan sistemdir.

Qanunun 8-ci maddəsinin müddəalarına əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. İnvestisiya qiymətli kağızlarının (dövlət müəssisələri özəlləşdirilərkən yaradılan səhmdar cəmiyyətlərinin səhmləri istisna olmaqla) kütləvi təklifi fond birjası vasitəsilə həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, Mülki Məcəllənin 100-cü maddəsi və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununu.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynxanova Gülnarə Çərkəz bc***@gmail.com ID: 8556
9313001 SAĞLAMLIQ KLUBLARININ VƏ BƏDƏN TƏRBİYƏSİ MƏRKƏZLƏRİNİN FƏALİYYƏTİ kodu üçün hansı tələblər var? Lisenziyaya ehtiyac varmı?
26/08/2023 Oxunub: 125 Orta qiymət: 0

Bİldiririk ki, sorğunuzda qeyd olunan fəaliyyətə dair tələblər haqda ətraflı məlumatla saytımızın "Xidmətlər" bölməsinin "Vahid standartlar" alt bölməsində yerləşdirilmiş "İqtisadi fəaliyyət növləri üzrə vergi münasibətlərinin vahid standartları"nda tanış ola bilərsiniz:

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gunay Mikayılzadə gu***@gmail.com ID: 8555
Salam, hər vaxtınız xeyir olsun. Mən işə qəbul olmaq istəyirəm. CV formamım sizə necə yollaya bilərəm? Öncədən təşəkkürlər
25/08/2023 Oxunub: 94 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən  əldə edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ceyhun Əsədov Cavanşir oğlu ce***@gmail.com ID: 8554
Öyrənmək istəyirdim ki, mikro, kiçik, orta və iri sahibkarlıq fəaliyyəti subyektləri ilin sonunda ayrı-ayrılıqda hansı növ vergi hesabatlarını təqdim edirlər?
25/08/2023 Oxunub: 182 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması ilə bağlı vergi qanunvericiliyində xüsusi bəyannamə (hesabat) forması nəzərdə tutulmamışdır.

Vergi ödəyicisinin öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq edildiyi halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir (mənfəət) vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir (mənfəət) vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin (mənfəətinin) 75 faizi gəlir vergisindən azaddır.

Bununla yanaşı, sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən doldurulması qaydaları ilə internet səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 96-cı, 101-ci, 102-ci, 104-cü, 106-cı, 155-ci, 159-cu, 218-ci və 219-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ənvər Hüseynov Əsəd hu***@mail.ru ID: 8552
Salam, zəhmət olmasa mənə məxsus 1.28 ha biçənək və 1.88 ha əkin sahəsi üçün nə qədər vergi ödəyəcəyim barədə məlumat verəsiniz.
25/08/2023 Oxunub: 147 Orta qiymət: 0

Bildiririk ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə torpaq vergisi Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarına əsasən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyən edilmiş şərti ballar əsasında hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. 

Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş  “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 206-cı və 208-ci maddələri, Nazirlər Kabinetinin "Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi haqqında" 2000-ci il 29 dekabr tarixli 230 nömrəli Qərarı.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova Aytac Nadir qızı ay***@mail.ru ID: 8551
Xarici vətəndaşın Azərbaycanda qeydiyyatda olan şirkətin təsisçi olması üçün hansı sənədlər və hansı formada tələb olunur?
24/08/2023 Oxunub: 121 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Kommersiya və ya publik hüquqi şəxsin təsisçisinin dəyişdirilməsi ilə bağlı ətraflı məlumat üçün Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və ya (195-1) Çağrı Mərkəzinə müraciət edə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Baxışov Rəşid Xaliq oğlu re***@gmail.com ID: 8543
Salam. Mən 1 həftə öncə VÖEN açdırmışam. Bağlatdırmaq istəyirəm. Necə edim? Yaxınlaşım ofisinizə ya onlayn bağlamaq olur?
22/08/2023 Oxunub: 127 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki  “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

QeydVergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Salahov Rüfət Rauf Ru***@almarket.az ID: 8539
Salam. Bilmək istəyirəm ki, 1006209600 mal koduna aid Dən Pərdəsi Təmizlənmiş Düyü (pardaxlanmamış) kənd təsərrüfatı məhsulu kimi qəbul edilirmi və ƏDV-yə cəlb olunurmu?
21/08/2023 Oxunub: 262 Orta qiymət: 0

Bildiririk ki, 2014-cü il yanvarın 1-dən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri gəlir və mənfəət vergisindən, həmin fəaliyyət prosesində istifadə olunan əmlakları əmlak vergisindən, istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azaddır və istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.

Sorğunuzda qeyd olunan təmizlənmiş düyü kənd təsərrüfatı məhsulu hesab olunmadığı və emal sənayesi məhsulu hesab olunduğu üçün, təqdim olunması ümumi qaydada vergiyə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 102.1.11-ci, 106.1.14-cü, 159-cu, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 oktyabr 2018-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsgəndərov Ülvi İlham ui***@gmail.com ID: 8538
Salam. Nağd hesablaşmalar zamanı qarşı tərəfdən avans pul ödənişi zamanı həmin vəsait Nəzarət-kassa aparatında qeyd edilməməsi gələcəkdə hansı problemləri yarada bilər? Zəhmət olmasa, bu barədə məlumat verərdiniz.
21/08/2023 Oxunub: 174 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Qarayev Xalid oğlu el***@gmail.com ID: 8527
Salam açıq səhmdar cəmiyyəti məhdud məsuliyyətli cəmiyyətə çevirmək üçün təlimat necədi xahiş edirəm köməklik göstərəsiniz.
17/08/2023 Oxunub: 125 Orta qiymət: 5

Bildiririk ki, dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi üçün müraciət “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” və “Publik hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə formalarında edilir. Bu zaman müraciət edən ərizənin dəyişiklik aparılması məqsədilə təqdim edildiyini işarə edir və ərizədə hüquqi şəxsin adını (adı dəyişdikdə yeni adını), VÖEN-ni və dəyişiklik barədə məlumatı qeyd edir. Ərizəyə aparılacaq dəyişikliyi təsdiq edən sənədlər (qərar və s.), habelə zərurət yarandıqda nizamnamənin yeni redaksiyası və ya nizamnaməyə dəyişiklik layihəsi əlavə edilməlidir.

Dəyişiklik yenidən təşkil olunma ilə əlaqədardırsa, bu halda yenidən təşkil haqqında qərar, təhvil aktı və ya bölünmə balansı, yeni redaksiyada nizamnamə və ya nizamnaməyə dəyişiklik, “Vergilər” qəzetində elektron qaydada dərc olunmuş müvafiq elan ərizəyə əlavə edilməlidir.

Yenidən təşkil edilmiş hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün təqdim edilməli sənədlər ilə bağlı "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" faylını yükləməklə (1.1.3. bənd) məlumat ala, aydın olmayan məqamlar barədə Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Mülki Məcəllənin 55-58-ci maddələri, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanun.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Marıya Məmmədova Ərəstun ma***@gmail.com ID: 8526
Salam mən bilmək istərdim ki, vöen açdırıb hər ay vergi ödəyən şəxs pensiyaya çıxa bilərmi ? Yəni vergi ödəyirik bu ödədiyimiz vergi əmək kitabçası kimi qalırmı bizdə. Hər ay vergi ödəyirik deyə gələcək də pensiya ala biləcəyikmi?
17/08/2023 Oxunub: 95 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi kimi uçota alınan şəxsin ödədiyi məcburi dövlət sosial sığorta haqqı həmin şəxsin pensiya kapitalını formalaşdırır. Pensiya təminatı ilə bağlı ətraflı məlumat əldə etmək üçün isə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: