Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Cəfərova Nərmin Rahim c.***@gmail.com ID: 8763
Xidmət müəssisələrində mühasibat uçotunun təşkilinin hüquqi əsasları dedikdə nə nəzərdə tutulur?
22/10/2023 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, mühasibat uçotuna dair qanunvericilikdə nəzərdə tutulmuş tələblər haqda aidiyyəti üzrə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad Nəbiyev Cümşüd mu***@hotmail.com ID: 8744
Salam. Mən öyrənmək istəyirdim, şirkətin kapitalını azaltmaq və ya çoxaltmaq mümkündür? Zəhmət olmasa, tez bir zamanda geri dönüş edərdiniz və indidən təşəkkür edirəm.
21/10/2023 Oxunub: 148 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalının azaldılması və ya artırılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu haqda ətraflı məlumatla Mülki Məcəllənin 43-113-cü maddələrində tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aynur Cavadova Fərman qızı ha***@yahoo.com ID: 8742
Vergi ödəyicisinin fəaliyyət kodunu necə bilmək olar? Hansısa link və ya saytda necə tapmaq olar?
20/10/2023 Oxunub: 147 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyyət növü haqda məlumat vergi sirri hesab edilir və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər. 

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Misir Mövsüm oğlu mi***@gmail.com ID: 8730
Salam Mənfəət vergi bəyənnaməsi təqdim edilərkən sağ tərəfdə 12-yə qədər QR-kod olur. Bu bəyənnamə vergi orqanı tərəfindən təsdiqli sayılırmı? Əlavə olaraq bildirirəmki Bəyənnamənin üzrəində "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 yanvar 2023-cü il tarixli 2317040100066100 №-li Əmri ilə təsdiq edilmişdir. " yazısı mövcuddur.
17/10/2023 Oxunub: 95 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 15 gün müddətində təqdim edilir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Quliyev Kəklik Rəşid il***@inbox.ru ID: 8727
Salam. Mənə adıma olan VÖEN nömrəsinin bağlanması üçün arayış verməyinizi sizdən xahiş edirəm. DSMF təqdim etmək üçün.
16/10/2023 Oxunub: 82 Orta qiymət: 0

Bildiririk ki, "vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışı" vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmira Nəcəfova Tahir el***@gmail.com ID: 8670
Salam, mən 646 manat maaş alıram, kollecde işləyirəm. Özüm də məcburi köçkünəm. Bilmək istəyərdim ki, məndən nə qədər vergi tutulacaq?
16/10/2023 Oxunub: 380 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Həsənova Zərifə Məhyəddin qızı ha***@mail.ru ID: 8673
Salam! Təsisçi borc müqaviləsi ilə şirkətə pul vəsaiti verir. Şirkət sonra həmin pulu təsisçiyə geri qaytarır. Pul təsisçiyə geri qaytarıldıqda vergi necə hesablanır? Mərkəzi bankın uçot dərəcəsi ilə və yaxud necə? Xahiş edirəm, bu haqda ətraflı məlumat verəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
16/10/2023 Oxunub: 478 Orta qiymət: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Tofiq Hüseynov Kamil as***@gmail.com ID: 8653
Salam. Telefonumu dəyişmişəm. Əvvəlki telefonumda "ədv geri al"a indiyə kimi girə bilməmişəm. İstifadəçi razılaşması bildirişi asılı vəziyyətdə qalıb. Yeni telefonumda da vəziyyət o cürdür. "Davam et" düyməsini sıxıram, yenə həmin vəziyyət. Birbanka müraciət etdim, dedilər ki, vergi xidmətinə müraciət edin. Xahiş edirəm köməklik göstərəsiniz.
16/10/2023 Oxunub: 203 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərov Azər Ağakişi oğlu az***@gmail.com ID: 8642
Salam hörmətli vergi əməkdaşları! Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.16, 125-ci, 168.1.3 maddələrinə əsasən ödəmə mənbəyindən vergi və ƏDV öhdəlikləri barədə məlumatlar verilmişdir. Lakin, bəzən praktikada elə hallar mövcud olur ki, vergi ödəyiciləri çətinliklərlə üzləşirlər. Xahiş edirəm, qeyd edəcəyim məsələ ilə bağlı VM-nin müddəaları və vergi öhdəliklərim barədə barədə məlumat verərdiniz. Rezident hüquqi şəxs (icraçı) Azərbaycan Respublikası əraizsində konsertlərin təşkili ilə məşğul olur. Konsertlərdə ifaçılar əsasən xaricdən dəvət edilən müğənnilərdir (qeyri-rezident fiziki şəxslər). VM 125.1.5 maddəsinə əsasən müğəninin əldə etdiyi gəlirlərin mənbəyi (ödənilən qonorar) Azərbaycan Respublikası olduğu üçün 10% dərəcə ilə ÖMV-yə cəlb edilir. Bilmək istəyirəm ki, VM 168.1.5 və 169.2 maddələri qeyri-rezident fiziki şəxsə ödəniş zamanı tədbiq edilməlidirmi?
16/10/2023 Oxunub: 441 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrlə vergiyə cəlb edilir.

Bunlarla yanaşı, Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir.

Əlavə olaraq bildiririk ki, ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. 

Buna əsasən sorğuda qeyd olunan qeyri-rezident şəxsin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

 

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Mustafayev Həmid Çingiz oğlu ha***@bk.ru ID: 8665
Salam. Müəssisə sifariş əsasında kənd təsərrüfatı (meyvələrin saxlanılması üçün) təyinatlı soyuducu anbarın quraşdırılmasını həyata keçirəcək. Bilmək istəyirdik ki, bu əməliyyat ƏDV-yə və Mənfəət vergisinə cəlb edilirmi?
16/10/2023 Oxunub: 291 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır.

Bununla əlaqədar olaraq bildiririk ki, müraciətdə qeyd olunan soyuducu anbarın satışının ƏDV-yə cəlb edilməsi məsələsinə həmin avadanlıqların bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşınlar, avadanlıqlar və texnikalara aid edilib-edilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı.

 

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Kərimov İlham Rəhim o bi***@gmail.com ID: 8658
Salam. Mən mikro sahibkaram və fəaliyyətə yeni başlamışam. 3101001 kodlu fəaliyyətlə məşğulam. Mənim ödəməli olduğum bütün vergilərin miqdarı barəsində məlumat əldə etmək istəyirəm.
16/10/2023 Oxunub: 232 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini  (sorğunuzda 3101001 - MEBEL İSTEHSALI) həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Məlumat üçün bildiririk ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 218-ci və 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəşad Baycan Ədalət re***@gmail.com ID: 8652
1605203321 - VÖEN olaraq ƏDV ödəyicisi olan Altı MMC nin təsisçi və direktoruyam. Tərkibdə sadəcə 1 nəfər yəni özüm işçiyəm, illik dövriyyəm hələ təyin olmasa da mən hazırda mikro sahibkar olaraq mənfəət vergisində 75 faizlik güzəştə sahib olub-olmadığımı soruşmaq istəyirəm.
16/10/2023 Oxunub: 279 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlıq subyektlərinin bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə tənzimlənir.

Həmin qərarın “Qeydlər” bölməsinin 2-ci hissəsinə əsasən sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Buna əsasən əvvəlki illərdə fəaliyyəti olan vergi ödəyicisinin mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid edilməsi onun hər bir hesabat ilinin yekunlarına görə mövcud olan göstəriciləri əsasında müəyyən edilir.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zeynalov Ayaz İlyas vu***@gmail.com ID: 8725
Salam mənim Vöen kodumu itirmişəm. Zəhmət olmasa koməklik edərdiniz mənə.
15/10/2023 Oxunub: 132 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Za***@mail.ru ID: 8715
Əgər müəssisə 2022-ci ilin iyun ayının 1-i tarixində xarici şəxsə 500 min dollar avans ödəyibsə və 31.12.2022-ci il tarixə 27 000 manat müsbət məzənnə fərqi varsa, biz bunu mənfəət vergisi bəyannaməsində gəlirə ai edəcəyikmi?
12/10/2023 Oxunub: 277 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlirlər  hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 69-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cahangir Əsgərov ca***@bymedgalchi.com ID: 8712
Salam. Mən vergilərin saytında uzun müddətdir ki, istifadə etmədiyimə görə öz kabinetimə girmək üçün şifrəni unutmuşam. Mənim fin kodum XXXX-dir. Xahiş edirəm şifrəmi öyrənməkdə mənə köməklik edəsiniz.
11/10/2023 Oxunub: 182 Orta qiymət: 5

Salam. Probleminizlə bağlı Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə müraciət etməniz tövsiyə olunur: https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Emil Abdullayev em***@gmail.com ID: 8707
Salam. Menim 2 qəbzim "ləğv olunub" statusuna düşüb. Zəhmət olmasa, bərpa olunmasında yardımçı olardınız.
10/10/2023 Oxunub: 174 Orta qiymət: 5

Salam. Probleminizlə bağlı Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə müraciət etməniz tövsiyə olunur: https://www.taxes.gov.az/az/page/xidmet-merkezleri

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Səbinə Yəhyayeva Mehman Se***@gmail.com ID: 8704
Salam. İlk dəfə olaraq vergi imtahaninda iştirak edəcəm. Qeydiyyatı başa salardız zəhmət olmasa.
07/10/2023 Oxunub: 167 Orta qiymət: 5

Salam. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/qaydalar

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdulla Əsgərzadə Sahib ab***@gmail.com ID: 8702
Salam, mən Sadələşdirilmiş vergi ödəyicisiyəm. Hansı növ vergi ödəyicisi olduğumu və neçə faiz vergi ödədiyimi göstərən (təsdiqləyən) hər hansı bir sənədi onlayn əldə edə bilərəm?
05/10/2023 Oxunub: 139 Orta qiymət: 5

Vergi ödəyicisinin fəaliyyət növü (növləri) barədə arayışı elektron və ya kağız formada müraciət etməklə əldə edə bilərsiniz. Elektron qaydada müraciət gücləndirilmiş elektron imza və ya Dövlət Vergi Xidməti tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə vasitəsilə mümkündür.

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dən məhdudlaşdırılacaqdır. Həmin tarixdən etibarən elektron kabinetdən yalnız elektron imzadan istifadə etməklə istifadə etmək mümkün olacaqdır.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nərmin Sultanova İlham qızı na***@mail.ru ID: 8701
Salam. Mənim mərhum atam Abbasov İlham Bəşir oğlu 14.02.1984-cü il tarixdən 02.08.1985-ci il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində hərbi xidmət keçərkən Əfqanıstan Demokratik Respublikasında döyüş əməliyyatlarında iştirak etmişdir. Mərhum atamın güzəşt imtiyazına dair vəsiqəsi də var. Özüm əmək müqaviləsi ilə 2020-ci ilin sentyabr ayından etibarən təhsil işçisiyəm, müəlliməyəm. Dəqiqləşdirmək istəyirəm ki, AR Vergilər məcəlləsinin 102.2.5. madddəsinə əsasən (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının) mənə əmək haqqımdan tutulan gəlir vergisinə dair güzəşt tətbiq oluna bilirmi? Güzəştin tətbiq edilməsi üçün hansı sənədləri iş yerimə təqdim etməliyəm? Bu güzəşt nə vaxtdan tətbiq edilməlidir (AR Vergilər məcəlləsinin 102.8. madddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdənmi hesablanmalıdır) ?
05/10/2023 Oxunub: 251 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Həmçinin güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əsas iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, sözügedən vergi güzəşti 2022-ci ilin yanvarın 1-dən sonra statusun qüvvəyə mindiyi tarixdən tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Qeyd olunanları nəzərə alaraq bildiririk ki, 1 yanvar 2022-ci il tarixdən müvafiq təsdiqedici sənədlərin iş yerinə təqdim edilmə vaxtından asılı olmayaraq, işəgötürən tərəfindən dəqiqləşdirilmiş hesabat təqdim edilməklə 1 yanvar 2022-ci il tarixdən muzdlu işlə əlaqədar gəlirlərinizdən artıq hesablanmış vergi məbləğləri azaldılmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseyn-zadə Suheyla Yusif de***@mail.ru ID: 8699
Salam yaşayış sahəsi üzrə qeri qaytarilan ƏDV ilə bağlı sualım var. Əgər mənzilin alinma müqaviləsinin tarixi 05.10.2017 ci il olsa da, ödənişin çox hissəsi cari ilin (2023) oktyabr ayı tarixində baş verirsə bu halda ƏDV geri qaytarılırmi?
05/10/2023 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 1 yanvar 2020-ci ildən sonrakı tarixdə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

0/5 (0 Orta qiymət)
Qiymət ver: