Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Ceyhun Cəfərov Müslüm ja***@gmail.com ID: 9035
Salam. Mən şəhid ailəsi üzvüyəm. Gəlir vergisindən azad olunmaya görə edilən güzəşt məbləği 400 manat idi. 2023-cü ildən bu məbləğ 800 manat artırıldı. Zəhmət olmasa məlumat verərdiniz.
31/01/2024 Oxunub: 98 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt məbləği şəhid adını almış şəxslərin valideynlərinə, dul arvadlarına (ərlərinə) və övladlarına şamil edilir. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əzimzadə Emin Rauf oğlu e.***@gmail.com ID: 9033
Salam. Sualım belədir: Müharibə veteranı olan şəxsin mülkiyyətində 2 mənzil var: binada və həyətevi. Binadakı mənzilə görə əmlak vergisi hesablanmış və qanuna uyğun olaraq 30 manat məbləğinədək azaldılmışdır. İndi həyətevinə görə əmlak vergisi ödənilməlidir. Zəhmət olmasa bu barədə məlumat verərdiniz.
30/01/2024 Oxunub: 148 Orta qiymət: 0

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaxar Dərişov ta***@mail.ru ID: 9028
Fiziki şəxs 2022-ci ildə kənd təsərrüfatı məhsulları (kartof) idxal edərək pərakəndə qaydada satmışdır. İdxal zamanı ƏDV ödənilib. Ödənilən ədv məbləğinin əvəzləşməsinə VM-nin 175.12-ci maddəsinə əsasən yol verilmir. Bu halda əvəzləşməsinə yol verilməyən ƏDV məbləği malın alış qiymətinə aid edilib mənfəətdən çıxılan xərclərə aid edilirmi?
29/01/2024 Oxunub: 192 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.

Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Əlavə olaraq nəzərinizə catdırırıq ki,  Vergi məcəlləsinin  175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.

Bildiririk ki, əvəzləşdirilməsi mümkün olmayan ƏDV məbləğinin gəlirdən çıxılması vergi məbləği üzərinə əlavə edilən müvafiq malın (işin, xidmətin) təyinatından asılı olaraq və Vergi Məcəlləsinin 108-ci, 109-cu və X fəslin digər aidiyyəti maddələri əsas götürülməklə gəlirdən çıxıla bilər.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərviz Rəcəbov ra***@gmail.com ID: 9020
Salam. Sizdən Vergi Qanunvericiliyinin tətbiqi ilə bağlı yaranan sualımıza öz mövqeyinizi qanunlarla bildirməyinizi xahiş edirik: Salam. Belə ki, fərdi sahibkar olaraq binalarda və digər tikinti obyeklərində izolyasiya sistemlərinin quraşdırılması və təmiri ilə məşğuluq. Özümdən əlavə iki nəfər işçi ilə birlikdə göstərilən xidmətlərin sahibkarlara təqdim edilməsini həyata keçiririk. Məlum olduğu kimi, 01.01.2024-cü ildən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 102.1.30-cu maddəsinə yanaşma fərqli oldu. Belə ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilmişdir. Sual: Yuxarıda qeyd olunanları nəzərə alaraq (özümdən əlavə 2 nəfər işçi və dövriyyəmiz 200 000.00 manatdan aşağı olmaqla) Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan 75% güzəştdən istifadə edə bilərəmmi?
26/01/2024 Oxunub: 91 Orta qiymət: 5

Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.

İŞÇİ - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.

İŞƏGÖTÜRƏN - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

ƏMƏK MÜQAVİLƏSİ - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

Bildiririk ki, sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özü ilə əmək münasibətində ola bilməz. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığı üçün ona əməkhaqqı da hesablanıla bilməz.

Sorgunuza cavab olaraq bildiririk ki, fərdi sahibkarın özü işçi sayılmır və 3 nəfərin tərkibinə aid edilmir. Bu halda mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara verilən güzəst hüququndan  istifadə edə bilmir. 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Yunis Yunisov Vwqar yu***@gmail.com ID: 8979
Tibb müəssisəsi əhaliyə göstərdiyi xidmtlərə görə ödənişi pos terminal vasitəsilə nağdsız qaydada qəbul edir və müştəriyə etdiyi ödənişə görə pos terminal qəbzini təqdim edilir. Əlavə olaraq ayrıca müəssisə, müştəridən pos terminal vasitəsilə əldə etdiyi məbləğ üçün, nəzarət-kassa aparatının həmin məbləğdə nağdsız çekinidə təqdim edir. (Qeyd edimki, pos terminal və nəzarət kassa aparatları bir birinə bağlı olmayan ayrılıqda texniki avadanlıqlardır.) Bu cür əməliyyat çərçivəsində müəssisə, nağdsız qayadada əldə etdiyi dövriyyəsi üçün vergi məcəlləsinin 174.5-ci maddəsində qeyd edilən güzəşt hüququndan istifadə edə bilər?
11/01/2024 Oxunub: 197 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Sözügedən vergi güzəşti yalnız nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparıldığı halda tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 174-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kərim Kərimov ke***@embawood.az ID: 8977
Salam. Məm mikrosahibkaram zəhmət olmasa güzəşt və azadolmalarla bağlı məlumat verərdiniz.
11/01/2024 Oxunub: 100 Orta qiymət: 0

Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur. 

Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur. 

Əsas: Vergi Məcəlləsinin 106-cı maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ling Xiaofeng to***@gmail.com ID: 8974
Salam mən bakıda firma açaraq, "Amazon" e-ticarət saytında ticarətlə məşğul olmaq istəyirəm. Lakin satacağım mallar Çin Xalq Respublikasından olacaq və ölkəmizə gəlməyəcək. Zəhmət olmasa edəcəyim vergi hərəkətləri ilə məlumat verərdiniz.
10/01/2024 Oxunub: 130 Orta qiymət: 1

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Ulviyya Shikhaliyeva us***@gmail.com ID: 8971
Vergi ödəyicisi kimi fəaliyyətimi necə bərpa edə bilərəm?
10/01/2024 Oxunub: 84 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətini dayandırmış şəxsin fəaliyyətini aktivləşdirməsi üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kərimli Təranə Kərim ul***@mail.ru ID: 8970
Salam biz fiziki şəxs kimi fəaliyyət göstəririk. Biz 2023 ilin ilk 6 ayı sadələşmiş vergi ödəyicisi olmuşuq. Vergisini də ödəmişik. 01 iyul 2023 il tarixində mükəlləfiyyət dəyişikliyi olub və gəlir vergisinə keçmişik. İlk 6 ay üçün sadələşmiş vergi bəyannaməsinin əlavə 1 -i və eyni zamanda son 6 ay üçün Gəlir vergisi bəyannaməsini təqdim etməliyik? Və Gəlir vergisi bəyannaməsində son 6 ay erzində olan gəlir göstərilməlidir?
10/01/2024 Oxunub: 112 Orta qiymət: 1

Bildiririk ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna gəlir vergisinin ödəyicisi kimi alınan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.

Vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 149-cu, 151-ci və 152-ci maddələri.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
rafiq əliyev əli ra***@mail.ru ID: 8968
Salam mühasibimiz hazırda universitet qiyabi təhsil alır. İmtahan sessiyası ilə əlaqədar 1 ay 9 gün işdə olmadığına görə digər işçi əvəz edib. Bu halda işçi əvəz etmə hansı qaydada aparılmalıdır?
10/01/2024 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Həmçinin bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. 

Qeyd olunanlara əsasən, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Habelə, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından müəyyən edilmiş faizdə tutulan üzvlük haqları isə tərəflər arasında bağlanılmış müqavilə əsasında tənzimlənir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ülviyyə Qasımova Safa qızı qa***@gmail.com ID: 8967
Salam. İpoteka yolu ilə mənzil əldə etmişik. İlkin ödənişin ƏDV-sini geri almaq üçün hara müraciət etməliyəm?
09/01/2024 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova Samirə Ağasəməd q mg***@bk.ru ID: 8966
İşçi əvəzçilik üzrə işləyirsə gəlir vergisi əmək haqqından necə tutulur?
09/01/2024 Oxunub: 137 Orta qiymət: 0

Bildiririk ki, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.

Həmçinin bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. 

Qeyd olunanlara əsasən, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.

Habelə, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından müəyyən edilmiş faizdə tutulan üzvlük haqları isə tərəflər arasında bağlanılmış müqavilə əsasında tənzimlənir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hüseynov Elnur Samir el***@mail.ru ID: 8965
Salam. Əgər vətəndaş əvvəlki iş yerindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunubsa. Sonradan Dövlət vergi xidmətinin işə qəbul imtahanlarında iştirak edə bilərəm?
09/01/2024 Oxunub: 84 Orta qiymət: 0

Salam. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin sənədlərinin toplanması, vakant vəzifələrin tutulması üçün kadr ehtiyatının formalaşdırılması və idarə edilməsi Qaydaları ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/qaydalar

0/5 (0 Orta qiymət)
Qiymət ver:
CƏLİLOVA SEVİNC ƏZİZ se***@mail.ru ID: 8964
SALAM, mənim Bankda əmanətim var 18 ay müddətinə yerləşdirilmişdir. 07.01.2024-cü il tarixdə əmanətin vaxtı bitib. Mən əmanəti Bankdan azad edəndə hesablanmış faizlərdən vergiyə tutma olacaqmi? Yeni qanuna görə 18 ay müddətinə yerləşdirilmiş əmanətlər vergidən 3 il müddətinə azaddir. Bu qanuni mənim yerləşdiriyim əmanətə şamil olunurmu. Əmanətin yerləşdirlmə tarixi 07.07.2022-ci il tarixdir və əmanətin müddəti 07.01.2024-cü il tarixdə bitib.
09/01/2024 Oxunub: 97 Orta qiymət: 0

Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsinə əsasən yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi - 3 il müddətinə gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Verdiyev Oktay Əziz oğlu ra***@gmail.com ID: 8962
Ünvanlı Sosial yardım almaq üçün torpaq mülkiyətçisi kimi aylıq rüsumu ödəsəm də sabit qəbzi almamışam. Sabit qəbz olmadığı üçün Ünvanlı Sosial yardım ala bilmirik. Zəhmət olmasa köməklik göstərərdiniz.
08/01/2024 Oxunub: 121 Orta qiymət: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bu haqda ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.

Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"

0/5 (0 Orta qiymət)
Qiymət ver:
ZƏHRA BABAYEVA za***@gatdigital.az ID: 8961
Mikrosahibkar olan vergi ödəyicilərinin əldə etdiyi dividendlərdən ödəmə mənbəyində vergi tutulurmu ?
08/01/2024 Oxunub: 134 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsisən əsasən  dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. 

Eyni zamanda bildirik ki, hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Bildiririki ki, Vergi Məcəlləsinin 106.10-cu və 218-1.1.4-cü maddələrinə  əsasən Vergi Məcəlləsi  ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və  hüquqi şəxslərin  dividend gəlirləri vergidən azaddır.

Eni zamanda nəzərinizə çatdırırıq ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan fiziki və hüquqi şəxslərin bu sahə üzrə  dividend gəlirləri - 2023-cü il yanvarın 1-dən 1 4 il müddətinə vergidən azad edilib. 

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci,106.10-cu, 218-1.1.4-cü  maddələri 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Seyhun Əsədli se***@gmail.com ID: 8960
Salam. Mən Mikro sahibkaram və YouTube üzrə aylıq 100 USD (170AZN) məbləğinə yaxın gəlir əldə edirəm. Bu gəlir üzrə 69 AZN DSMF ödənişi ,14 AZN İTS ödənişi və yeni qanunla bu ildən 20% gəlir vergisi ödəməliyəm, əvvəl gəlir vergisi ödənişi 5% idi. Mən əldə etdiyim qazanc sadəcə 53 AZN məbləğidir. Mənim əldə etdiyim qazanc minimum əməkhaqqından da azdır amma bu ödənişləri etməliyəm. YouTube üzrə və internet gəliri üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsində güzəşt mövcuddurmu. Təşəkkür edirəm
08/01/2024 Oxunub: 170 Orta qiymət: 3

Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;

Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Daşgin Javadov Faiq ja***@gmail.com ID: 8959
Salam, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan birində məsləhət xidməti göstərirəm. Özümün VÖEN hesabım var. Yeni dəyişikliklərə əsasən mikro-sahibkar kimi vergi öhdəliklərim formalaşmışdır. Bu halda hansı vergi öhdəliklərim yaranır?
08/01/2024 Oxunub: 113 Orta qiymət: 0

Sorğunuza əsasən, gəlirlərinizin yalnız vergi ödəyicisi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər digər vergi ödəyicisinə xidmət etdiyiniz üçün, sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Belə ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Namiq Şalbuzov Əlövsət oğlu n.***@gmail.com ID: 8956
Vergi borcu barədə arayışı necə əldə edə bilərəm?
07/01/2024 Oxunub: 88 Orta qiymət: 0

Bildiririk ki, təsis paylarının yüklü olub-olmaması barədə arayışın və vergi ödəyicisinin vergi borcu barədə arayışın verilməsi üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz.

Arayış elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 15 gün müddətində, vergi ödəyicisinin vergi borcu barədə arayış isə 5 iş günü ərzində təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevil Hüseynova Qabil qızı be***@gmail.com ID: 8954
Salam. Müəssisəmiz mikro sahibkar kimi fəaliyyət göstərir və 7 nəfər muzdlu işçimiz var. Məcəllədə edilən dəyişiklərə əsasən hansı güzəştlər tətbiq olunur?
05/01/2024 Oxunub: 91 Orta qiymət: 0

Salam. Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

0/5 (0 Orta qiymət)
Qiymət ver: