Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Sığorta şirkətləri ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşılaşdıqları çətinlik və təkliflərinin öyrənilməsi istiqamətində qarşılıqlı əməkdaşlığı və görüşləri davam etdirir.
Dövlət Vergi Xidməti tərəfindən təşkil edilmiş növbəti belə görüş İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın iştirakı ilə “Azərbaycan Sığortaçılar Assosiasıyası” İctimai Birliyi və aparıcı sığorta şirkətlərinin nümayəndələri ilə onlayn formatda keçirilib.
Görüşdə sığorta sahəsində vergi ödəyicilərinin rastlaşdıqları bir sıra çətinliklər, sığorta və təkrarsığorta haqlarının gəlirlərdən çıxılması, əməliyyatlar üzrə elektron qaimə-fakturanın tərtibi, vergi orqanları ilə məlumat mübadiləsi məsələlərinə dair müzakirələr aparılıb.
Dövlət-biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.