"ƏDV-nin depozit hesabı" altsistemi ƏDV üzrə yayınmaların qarşısının alınması və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsi üçün nəzərdə tutulur. Bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülmə işlərinin yerinə yetirilməsi təmin olunur.
"ƏDV-nin depozit hesabı" altsisteminin istifadəçi təlimatını Yardım bölməsindən əldə etmək olar.