Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"Onlayn kargüzarlıq" sistemi vətəndaşlar və vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinə imkan verən sistemdir. "Onlayn kargüzarlıq" Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) vasitəsilə Dövlət Vergi Xidmətinin daxili kargüzarlıq sisteminə inteqrasiya olunmuşdur. Ona görə də istifadəçilər göndərdikləri sənədin vergi orqanı daxilində hərəkətini onlayn rejimdə izləyə və icraçının telefonunu öyrənərək onunla birbaşa telefon əlaqəsi yarada bilər. Bu sistem üzərindən vergi orqanına göndərilən bütün müraciətlər rəsmi sənəd statusuna malikdirlər. Xidmətdən vergi ödəyiciləri öz aralarındakı yazışmalar üçün də istifadə edə bilərlər. Sistem daxilində hər bir istifadəçi üçün "fərdi elektron qutu" ayrılmışdır. Vergi orqanından istifadəçilərə ünvanlanan məktublar və cavablar həmin qutuya toplanır. "Onlayn kargüzarlıq" sisteminin istifadəçi təlimatına Yardım bölməsindən əldə edə bilərsiniz.

"Fərdi sahibkarın onlayn qeydiyyatı" ərizəsini doldurarkən tələb olunan fəaliyyət sahələrinin kodlarını aşağıdakı bağlantıdan yükləyə bilərsiniz.

Fəaliyyət sahələrinin kodları