Elektron vergi hesab-fakturasını (EVHF) "onlayn rejimdə" tərtib etmək, ləğv etmək, dəqiqləşdirmək, əvəzləşdirmək və s. əməliyyatları yerinə yetirmək üçün zəruri məlumatları Yardım bölməsindən əldə edə bilərsiniz.
EVHF-ləri "offlayn rejimdə" hazırlamaq üçün Elektron Faktura Tərtibatı Proqramından (eFP) istifadə edə bilərsiniz. Həmin proqramın qurulması, eFP vasitəsilə hazırlanmış faktura paketlərininin sistemə yüklənməsi və proqramın istifadəçi təlimatları barədə aşağıdakı istinadlardan (linklərdən) tanış ola bilərsiniz
- eFP-nin istifadəçi təlimatı
- eFP-də hazırlanmış paketlərin sistemə yüklənməsi barədə təlimat
- eFP-nin qurulması barədə təlimat
Elektron vergi hesab-fakturasını doldurarkən istifadə olunan malların kodları
Elektron vergi hesab-fakturalarının tərtibi üçün nəzərdə tutulan mal (iş və xidmətin) kodlarını buradan əldə edə bilərsiniz.
Elektron vergi hesab-faktura fayllarının formatı və nümunələr
Elektron vergi hesab-fakturasının tərtibatını özlərinin daxili informasiya sistemləri vasitəsilə avtomatik həyata keçirmək istəyində olan vergi ödəyiciləri VHF fayllarının XML-formatı ilə buradan tanış ola bilərlər.