Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
QANUNVERİCİLİK
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu.
DÖVLƏT QEYDİYYATINA ALINMALI OLAN DƏYİŞİKLİKLƏR

Kommersiya və publik hüquqi şəxslərin aşağıdakı məlumatları dəyişərkən dövlət qeydiyyatına alınması üçün müraciət olunur:

  • Kommersiya və publik hüquqi şəxsin adı
  • Təsis sənədlərindəki məlumatlar — nizamnamə və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar
  • Rəhbərinin adı, soyadı, atasının adı
  • Hüquqi ünvanı
  • Təşkilati-hüquqi forması
  • Maliyyə ili
  • Hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri (təsisçi hüquqi şəxsdirsə — adı, hüquqi ünvanı və qeydiyyat məlumatları)
  • Hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri
  • Kommandit ortaqlığında — hər bir kommanditçinin mayasının miqdarı
  • MMC və ya SC-də — nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayası, direktorlar şurası üzvlərinin məlumatları
  • Publik hüquqi şəxsdə — nizamnamə fondunun miqdarı, verilmiş əmlakın miqdarı, direktorlar şurası üzvlərinin məlumatları
MÜRACİƏT FORMASI
Kağız (əlbəəl və ya poçt vasitəsi ilə)
ƏRİZƏNİN TƏQDİM OLUNDUĞU VERGİ ORQANI
Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi, Ərazi Vergilər Baş İdarəsinin (İdarəsinin) inzibati binalarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri (xarici investisiyalı kommersiya hüquqi şəxslər və onların nümayəndəlik və filialları, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları istisna olmaqla).
ƏRİZƏNİN EMAL OLUNDUĞU VERGİ ORQANI
Ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR Dövlət Vergi Xidmətinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsi, DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi (Ərazi Vergilər Baş İdarəsinin ərazisindəki xarici investisiyalı kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəlikləri, maliyyə-sənaye qrupları, banklar, investisiya fondları, sığorta və auditor təşkilatları daxil olmaqla), Ərazi Vergilər Baş İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbələrinin Qeydiyyat və uçot bölmələri.
YERİNƏ YETİRİLMƏLİ OLAN PROSEDURLAR

Dəyişikliyin baş verdiyi andan 15 iş günü ərzində "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir.

Nizamnaməyə dəyişiklik zamanı təqdim olunan sənədlər:

  • Ərizə
  • Təsisçinin (təsisçilərin) qərarı
  • Nizamnaməyə dəyişiklik
  • Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənəd
  • Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd
  • Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd

Dövlət reyestrindəki faktların dəyişikliyi zamanı təqdim olunan sənədlər:

  • Ərizə
  • Təsisçinin (təsisçilərin) qərarı
  • İdarəetmə orqanlarının tərkibindəki dəyişiklik olduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd
  • Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd

Hüquqi şəxsin adı dəyişdirildikdə möhür və şəhadətnamə də qeydiyyat orqanına təhvil verilməlidir. Möhür itirildiyi halda mətbuatda elan və DİN-in arayışı təqdim olunmalıdır.

Diqqət: 15 iş günü müddətində müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
DƏYİŞİKLİYİN QEYDİYYATINDAN İMTİNA OLUNAN HALLAR
  • Təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda
  • Ərizədəki məlumatlar və ya ona əlavə edilən sənədlər yanlış olduqda
DƏYİŞİKLİYİN QEYDİYYATA ALINDIĞI MÜDDƏT
Təqdim olunmuş sənədlər qanunvericiliyin tələbinə zidd olmadıqda qeydiyyat orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.
MÜRACİƏT OLUNMADAN QEYDİYYATA ALINAN ŞƏXSLƏR

Aşağıdakı məlumatlar birbaşa DVX qeydiyyat strukturları tərəfindən əldə edilərək qeydiyyata alınır:

  • Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə edilmiş dəyişikliklər
  • Şəxsiyyəti təsdiq edən sənədlərdəki məlumat dəyişiklikləri

Dövlət mülkiyyətli hüquqi şəxslərin dəyişiklikləri Prezident və Nazirlər Kabineti aktları əsasında, vətəndaşların şəxsiyyət məlumatları DİN və Dövlət Miqrasiya Xidmətindən onlayn əldə olunmaqla 5 gün ərzində qeydiyyata alınır.

Qeyd: Xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı nümayəndəlik və ya filialının dəyişikliyinin qeydiyyata alınması kommersiya və publik hüquqi şəxslərin məlumat dəyişikliyi qaydası ilə həyata keçirilir.