Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və müraciətinizdə qeyd olunan, dərman vasitələrinin pərakəndə satışı ilə bağlı ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündür.

Tibb xidmətlərinin göstərilməsi isə pərakəndə ticarət və ictimai iaşə xidmətlərinə aid edilmədiyi üçün, tibb xidmətlərinin göstərilməsi ilə əlaqədar ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən  həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Göründüyü kimi, yuxarıda qeyd olunan azadolma həmin şəxslərin nəvələri üçün nəzərdə tutulmamışdır və övladlarının yalnız muzdlu işdən əldə etdikləri gəlirlərə aid edilir. 

Eyni zamanda, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat, həmin şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manat azaldılır.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. 

Eyni zamanda, hazırda birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilir. Bunun üçün həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə əlaqədar ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125.1.4-cü, 165-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Sadələşdirilmiş vergi üzrə öhdəlik fərdi sahibkarların və hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyətdən əldə olunan gəlirlərinə (ümumi hasilatın cəminə) 2 faiz vergi dərəcəsi tətbiq edilməklə həyata keçirilir.

Buna əsasən rezident hüquqi şəxs tərəfindən ABŞ-dan alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü şəxsə satılmasından əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Rezident şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci, 108-ci, 159-cu, 167-ci 218-ci, 220-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Sizin 5 may 2020-ci il tarixli koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyinizlə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraicətinizə vergi orqanında baxılmış və Sizə ayrılmış vəsait ərizənizdə qeyd etdiyiniz bankdakı hesabınıza köçürülmüşdür. 

Qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 102.1.30-cu, 108-ci, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Fiziki şəxslərə möhürün təqdim edilməsi ilə bağlı qanunvericilikdə hər hansı tələb və ya məhdudiyyət nəzərdə tutulmamışdır.

Möhürün verilməsi müvafiq lisenziya almış şəxslər tərəfindən həyata keçirilir. Bu şəxslərə lisenziyanın verilməsi üzrə səlahiyyətli qurumun Daxili İşlər Nazirliyi olduğunu nəzərə alaraq aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Banklar tərəfindən aparılan əməliyyatlara görə tutulan xidmət haqqı və ya hər hansı komissiya haqqı ilə bağlı müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 220.12-ci maddəsi.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz. Müraciət edən şəxs özü haqda məlumatları qeyd etdikdən sonra, müraciət etmək istədiyi vergi orqanını siyahıdan seçərək istədiyi vergi orqanına müraciət edə bilər.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsə icarə haqqı müraciətinizdə qeyd olunduğu kimi, vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Məlumat üçün bildiririk ki, icarə münasibətləri mülki qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri, Mülki Məcəllənin 34-cü fəsli.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101.3-cü və 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki,  istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.

Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Vergi Məcəlləsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən yaranan və əvvəllər gəlirə daxil edilmiş debitor borc ümidsiz borc kimi təsdiqləndikdə gəlirdən çıxıla bilər.

Debitor borcların ödənilməyən hissəsinin mühasibatlıqda uçota alınması ilə əlaqədar aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 111.1-ci və 111.2-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver: