Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Təhməzova Səadət Rizvan qızı sa***@gmail.com ID: 3170
VÖEN-in ləğvi barədə ərizə verilib. VÖEN ləğv olunubmu?
05/10/2020 Oxunub: 44 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Haqverdiyeva Sədiqə Murtuz qızı se***@hotmail.com ID: 2976
Bildirmək istəyirəm ki, şirkətimiz xarici ölkələrdə olan şirkətlərlə müqavilə bağlayaraq mal-material dəyərlilərini idxal edir. Misal üşün: Bank hesabından qarşı şirkətə 5000 ABŞ dolları məbləğdə vəsait köçürülmüşdür. İdxal olunan malın dəyəri 5000 ABŞ dollarıdır.Gömrük rəsmiləşmələri aparılan zaman YGB-də malın invoys dəyəri 5000 ABŞ dolları, statistik dəyəri isə 5500 ABŞ dolları göstərilir. Bildiyimiz kimi 45.46 –cı sətirlərdə göstərilən gömrük, statistik dəyərlər gömrük rüsumlarının hesablanması üçün nəzərdə tutuluşdur. Həmin mal- materialların maya dəyərinin mədaxili zamanı YGB –nin 42 –ci sətirindəki invoys dəyəri ilə mədaxil olunmalı və Gömrük İdarəsi tərəfindən hesablanmış rüsumlar da nəzərə alımalı, üstəgəl daşınma xərci və sair xərclər. Amma gömrük əməliyyatları məlumatlarında isə statistik dəyər 5500 ABŞ dolları olaraq göstərilir. Bilmək istəyirəm ki, YGB -ə əsasən mal- materialların maya dəyərinin mədaxili zamanı maya dəyəri invoys dəyəri ilə və ya statistik dəyərlə mədaxil olunmalıdır. Əgər statistik dəyər nəzərə alınacaqsa invoys dəyəri arasındakı fərqi necə formalaşdırmalıyam. Xahiş edirəm, bu suala açıqlama gətirərək misallarla izah edəsiniz. Öncədən təşəkkürümü bildirirəm.
05/10/2020 Oxunub: 180 Orta qiymət: 3

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Abdullayev Amin Sabır oğlu Am***@gmail.com ID: 2974
Onlayn növbə götürmək istəyirəm, götürə bilmirəm.
05/10/2020 Oxunub: 54 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Baxşəli bunyatov MİYƏDDİN oglu ba***@yahoo.com ID: 3168
Mən qəbul üçün onlayn qeydiyyatdan keçə bilmirəm.
04/10/2020 Oxunub: 38 Orta qiymət: 5

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əmirov Ceyhun ce***@gmail.com ID: 3166
Pandemiya ilə bağlı 01.04.2020-ci il tarixdən MDSS məbləği necə hesablanır? Mən fərdi sahibkaram və fiziki şəxslərin digər sahələrdən gəlirləri üzrə vergi ödəyicisiyəm. 2020-ci ilin birinci, ikinci və üçüncü rüblərində fəaliyyət göstərdiyim hər ay üçün 62.5 AZN ödəmişəm. Və nəzərinizə çatdırım ki, birinci və ikinci rübdə mənə fəaliyyət göstərdiyim hər ay üçün 62.5 AZN MDSS haqqı hesablanmışdır. Əslində mənə 01.04.2020-ci il tarixdən nə qədər hesablanmalı idi?
03/10/2020 Oxunub: 56 Orta qiymət: 5

Qanunvericiliyə edilən dəyişikliyə əsasən 01.04.2020-ci ildən 01.01.2021-ci ilədək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahəsində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödənilir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abbasov Nazim Xanverdi oğlu 19***@mail.ru ID: 3165
Mən hüquqi şəxs yaratmışam. Fiziki şəxs kimi öz adıma VÖEN yoxdur. Şəxsi istifadəmdə olan malı (məsələn 45 000 manat) şirkətimə satmaq istəyirəm. Bu halda mən fiziki şəxs olaraq neçə faiz vergi ödəməliyəm ?
02/10/2020 Oxunub: 104 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Həmçinin, bazar qiymətinin tətbiq olunduğu hallar Vergi Məcəlləsinin 14.3-cü maddəsində qeyd olunmuşdur. Həmin hallardan biri təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildiyi haldır. Vergitutma məqsədləri üçün, qarşılıqlı surətdə asılı olan şəxslər Vergi Məcəlləsinin 18.2-ci maddəsində qeyd olunmuşdur. Bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə həmin şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 14-cü, 16-cı, 33-cü, 71-1-ci, 101-ci, 102-ci, 124-cü, 220-ci  maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sahib İbrahimxəlilov sa***@mail.ru ID: 3129
Bu ərizəmlə yazıb Sizə bildirirəm ki, mən İbrahimxəlilov Sahib Ənvər oğlu və həyat yoldaşım Məmmədova Pərvanə Firqət qızı nağd qaydada aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində xarici valyuta 5 və daha çox illər ərzinde əldə etdiyimiz əmək haqqı məvacibimiz nəticəsində əldə edilmişdir. Bununla bağlı 11 Saylı Ərazi Vergilər Baş İdarəsindən 31.03.2020-ci il 2011020070439100 nömrəli məktubunuza əsasən Sizə 14.04.2020-ci tarixində sifariş xəbərnamə illə özümün və həyat yoldaşımın son 5 il əmək haqqı cədvəlini göndərmişdim. Lakin mənin göndərdiyim sənədlər yox sayılaraq mənə 14.09.2020-ci il tarixində 3243.72 manat məbləğində borcum mövcud olduğu və dövlətt büdcəsinə ödənilməsi tövsiyə olunmuşdur. Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu iiş yenidən araşdırılsın və mənə yazılmış 3243.72 manat borc ləğv olunsun. Əvvəlcədən təşəkkürümü bildirirəm.
01/10/2020 Oxunub: 78 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs konvertasiya olunmuş vəsaiti vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınır və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlaması qaydasında vergilərin hesablanması həyata keçirilir.

Elektron müraciətlərinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Alim Ismayilov al***@gmail.com ID: 3163
Avans müqabilində təqdim edilən mallar üzrə ƏDV bəyənnaməsinin 301.1 ci sətrində göstərilməli olan məbləğ Hansı olmalıdır? Əgər Avqust ayı üzrə 100 000 manatlıq E- qaimə təqdim edilibsə, burada 30 000 manat dəyərində E-qaimə İyul ayında avans olaraq ödənilib ƏDV bəyənnaməsinin 301.1-ci sətirində Hansı məbləğ göstərilməlidir?
01/10/2020 Oxunub: 123 Orta qiymət: 5

Bildiririk ki, ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsində 301.1 kodlu “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütununda ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan (Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı istisna olmaqla) malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatların dövriyyə məbləği ƏDV-siz, “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda daxil olmuş məbləğ ƏDV-siz, “Əlavə dəyər vergisi məbləği” sütununda isə daxil olmuş məbləğin 18 faiz dərəcəyə vurmaqla yaranan hasili - Əlavə Dəyər Vergisinin məbləği yazılır.

Müraciətinizdə qeyd olunan halda, iyul ayında, ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsinin "Təqdim ediləcək malların hesabına əvvəlcədən alınmış ödənişlər" 301.1.8 sətrində “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda daxil olmuş məbləğ 30.000,0 manat qeyd olunmalıdır. Həmçinin avqust ayının bəyannaməsində 301.1.1 “Malların təqdim edilməsindən gəlir” və 301.1.1.7 “Digər malların təqdim edilməsi üzrə əməliyyatlar” sətirlərin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunun müvafiq xanalarında təqdim edilmiş malın dəyəri (100.000,0 manat), “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda isə 70.000,0 manat göstərilir. 

Əsas: Vergi Məcəlləsinin 166.6-cı maddəsi, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.    

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nərgiz Əlizadə İlqar na***@gmail.com ID: 3162
Salam. Mən Bakı şəhəri Xətai rayonunda qeydiyyatdayam. Fiziki şəxs VÖEN-imi dondurmaq, hesabat verməklə bağlı hansı vergi xidməti ünvanına müraciət etməliyəm? Adresi deyə bilərsiz zəhmət olmasa. Təşəkkürlər.
01/10/2020 Oxunub: 32 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Bakı şəhərində fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinin ünvanları ilə buradan tanış ola bilərsiniz. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elnarə Abbasova Valeh qızı ab***@gmail.com ID: 3161
Salam mən VÖEN ödəyicisi olmadığım ilə bağlı arayış almalıyam, onlayn növbə götürə bilmirəm. Arayışı təcili necə ala bilərəm?
01/10/2020 Oxunub: 48 Orta qiymət: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cəfərova Günel Abbas gu***@hotmail.com ID: 3159
Salam. Mən 1 ay öncə edvgerial.az fiskal çeki birbanka vurmuşam. 19 900 azn-lik çekin ƏDV-si geri qayıtmayıb. Zəhmət olmasa, bununla bağlı məlumat verərsiniz.
30/09/2020 Oxunub: 75 Orta qiymət: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Züleyxa Səlimli Elxan sa***@gmail.com ID: 3157
Salam. Mən 2 faktorlu qeydiyyatdan keçmişdim. İndi o qeydiyyatdan keçdiyim nömrə işləmir. Qaytarılan pulları istifadə etmək üçün isə o nömrəyə mesaj gedir amma o nömrə məndə yoxdur. Yəni deyəcəyim odur ki bu 2 faktorlu qeydiyyatı dayandırardız 1 nömrəm qalardı
30/09/2020 Oxunub: 53 Orta qiymət: 4

Edvgerial.az portalında sizə məxsus olan elekron kabinetə daxil olaraq, "Sazlamalar" bölməsində mobil nömrəni yeniləyə bilərsiniz. Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Cabbar Hüseynov Fexri Co***@mail.ru ID: 3156
Mənim böyük miqdarda olan 3 çekim ləğv olunmuşdur. Səbəbini bilmək istəyirəm və çeklərdə olan ƏDV-nin miqdarının (pulunun) geri qaytarılmasını tələb edirəm.
29/09/2020 Oxunub: 66 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yunis Heybətov yu***@mail.ru ID: 3155
Adıma VÖEN açdırmaq istəyirəm. Amma VÖEN-in heç bir məsuliyyəti və qayda qanunları haqqında məlumatım yoxdur, xırda para bildiyim internetdən araşdırdıqlarımdır. Bunula bağlı ətraflı məlumat almaq istəyirəm, zəhmət olmasa.
29/09/2020 Oxunub: 115 Orta qiymət: 0

Bildiririk ki, vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi 40 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə əsas olur.

Eyni zamanda bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin Konstitusiya borcudur.

Bununla yanaşı, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifərlərinə aid edilir.

Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə, vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

Digər tərəfdən, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması yaxud vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir.

Əsas: Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi, Vergi Məcəlləsinin 23-cü, 33-cü, 34-cü və 58.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yusif Cabbarzadə Anar yu***@icloud.com ID: 3153
Marketdən aldığım ƏDV çeki tapılmır.
28/09/2020 Oxunub: 50 Orta qiymət: 0

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əzimov Faiq Bayram fa***@gmail.com ID: 3152
Salam, 26.09.2020 tarixində Bakı Electronics mağazalar şəbəkəsinin Qara Qarayev mağazasından 609 manata telefon aldım. Aldığım kassa çekinin fiskalını geri almaq istərkən, artık bu müraciət mövcuddur yazıldı. Mənə verilən çekin saxta olduğunu çekdə yazılan saatdan anladım. Şikayətimin araşdırılmasını xahiş edirəm. Çek No N1050.Fiskal Id:************. Alış veriş saat 18:12 :29 olub, fiskal olan kartı mən istədikdə sonra verdi xəzinədar, orada ki saat 13:36:31 yazılıb.
28/09/2020 Oxunub: 55 Orta qiymət: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizin araşdırılması üçün elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eldəniz Hüseynov Nəriman oğlu el***@mail.ru ID: 3151
Atam Qarabağ müharibəsi veteranıdır. Vəfat etib. Mən bilmək istəyirəm ki, mənim əmək haqqıma Vergi Məcəlləsinin 102.2.5-ci bəndində göstərilən güzəşt tətbiq edilə bilərmi?
26/09/2020 Oxunub: 79 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rzazadə Rzabəy Atabəy oglu rz***@gmail.com ID: 3150
Salam, mən 18 yaşımda qulağımdan çirk axdığı üçün yararsız hesab edildim 3 ildən bir müayinə şərtilə. 2 il əvvəl qulağımdan əməliyyat olundum və 30 faiz eşitməm var bir qulağımda. Mən yenə yararsız hesab edilirəm yoxsa yararlıyam?
26/09/2020 Oxunub: 68 Orta qiymət: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti-nə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Niftalıyev Yusif Firdovsi yu***@gmail.com ID: 3147
Vergi xidmətinə işə qəbul olmağla bağlı elektron ərizəni nece göndərə bilərəm?
26/09/2020 Oxunub: 38 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Murad İlqar mu***@gmail.com ID: 3146
Salam, hər vaxtınız xeyir. Pandemiya dövrüne gorə işçilərə ayrılan məbləğ ilə əlaqədər sizi narahat edirəm. Qaynar xəttə aldığım məlumata görə hər işçiyə normal aldığı maaşın 50% köçürülür. İşlədiyim sirkətdə isə toplam pandemiya dövründə isə bir dəfə də olsun maaşlar hec bir əməkdaşımıza lazımı məbləğdə ödənilməyibdir. Yəni dövlət şirkət hesabına hər bir ştatda olan işçi üçün müəyyən vəsait köcürdüyü halda, şirkət bu pulun müəyyən hissəsini kəsmişdir. Xahiş edirəm bu məsələ ilə bizə, yəni işçi kollektivinə yardım gostərin, ki haqq yerini tapsın. Diqqətiniz ücün minnətdaram.
25/09/2020 Oxunub: 59 Orta qiymət: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilmişdir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Qeyd olunanlara əsasən, müraciətinizi araşdırılması üçün internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: