Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Araz Rəhimov Pərviz ar***@yahoo.com ID: 3312
Salam , 5ocsLcshGGEJ və B2GhGZTarGDd Fiscal İD ləri üzrə hesablanmalı məbləğ 30 gündən çoxdur gözləmə statusundadır. Zəhmət olmasa məsələni araşdırıb məlumat verərdiniz.
03/11/2020 Oxunub: 27 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan çeklər üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Irzaquliyev Cəmşid İsmayıl oğlu ir***@mail.ru ID: 3224
Salam. 1. Fiziki şəxs olaraq Vergidə qeydiyyata durub, vətəndaşlara hüquqi yardım fəaliyyəti ilə (Bakı şəhərində) məşqul olmaq istəyirik. Lütfən bildirəsiniz. Bu zaman Fiziki şəxs olaraq Sosial da daxil bizim üçün hansı vergi öhdəlikləri yaranacaq və bu Vergi və sosial ayırmaları tənzimləyən qanun və maddələr hansılardır. 2. Bu fəaliyyətlə bağlı hansı hesabatlar verilir və hansı dövrdə? Təşəkkür edirik.
03/11/2020 Oxunub: 199 Orta qiymət: 4

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmçinin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Həmçinin, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 01.04.2020-ci ildən 01.01.2021-ci ilədək qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcəkdir. 

Sadələşdirilmiş vergi üçün hesabat dövri rübdür. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir. 

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd olunan şəxs hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 124-cü, 149-cu, 220-ci, 221-ci, 222-ci maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

4/5 (4 Orta qiymət)
Qiymət ver:
Məmmədzadə Fəqan Akəm fe***@mail.ru ID: 3243
Salam. Yazıb sizə bildirmək istəyirəm ki, mən Məmmədzadə Fəqan Akəm oğlu 2019-cu ilin yanvar ayından həmin ilin sentyabr ayınadək Total Dizayn&Çap Mərkəzində Ofis meneceri vəzifəsində çalışmışam. 2019-cu ilin may ayının 10-da müdiriyyətin Cəbrayılov Qüdrət Rizvan oğlu və Cəbrayılov Ceyhun Rizvan oğlunun təklifi ilə mənim adıma fiziki şəxs kimi VÖEN açıldı və bildirdilər ki, sən kassir olduğun üçün nəzarət kassa aparatı sənin adına olmalıdır. Mən də bu təkliflə razılaşdım. Mən onlara şərt qoydum ki, sosial sığorta və vergi ödənişləri vaxtlı-vaxtında edilsin. Və onlar mənə bildirdilər ki, aylıq olaraq bizim tərəfimizdən sosial sığorta və vergi ödənişləri vaxtlı-vaxtında ödəniləcək. Lakin mən İnternet Vergi İdarəsinin saytına daxil olub hər dəfə vergi borcu barədə məlumatlara baxanda görürdüm ki, gündəlik olaraq borc artır və ödəniş edilmir. VÖEN-nin açılmasından bu günədək dəfələrlə onlara xəbərdarlıq etsəmdə bir manatda olsun, ödəniş etmədilər, hal-hazırda bu günə olan borc 40 azn təşkil edir. Qeyd edim ki, 2019-cu ilin sentyabr ayından mən həmin dizayn&çap mərkəzində işləmirəm. Xəstəliyimlə əlaqədar və əlil olduğuma görə mən həmin vəzifə ilə razılaşmışdım. Dəfələrlə mən və valideynlərim müdriyyətə zəng edərək vergi borcu və sosial sığorta ödənişinin edilməsini tələb etsəkdə, onlar əhəmiyyət verməyərək ödəniş etmədilər. Sizdən xahiş edirəm yuxarıdakıları nəzərə alaraq, həmin obyektin fəaliyyətini dayandırasınız, bəlkə onlar borcu ödəyərlər. Həmin borcların ödənilməməsi mənim bütün işlərimə maneəçilik törədir. Və mən istəmirəm ki, kimlərsə fəaliyyət göstərərək gəlir əldə etsin və mənim adıma dövlətə borc yaransın.
03/11/2020 Oxunub: 161 Orta qiymət: 5

Bildiririk ki, fiziki şəxsə VÖEN onun vergi orqanına təqdim etdiyi “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” əsasında verilir. Ərizə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən doldurulur. Şəxsin digər şəxs adına VÖEN alması qanunvericilikdə və inzibatçılıqda nəzərdə tutulmamışdır. VÖEN əldə edən şəxs Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vəzifə və öhdəlikləri daşıyır. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz.

Göründüyü kimi ərizə Sizin tərəfinizdən tərtib edilib imzalanaraq vergi orqanına təqdim edildiyi üçün ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi kimi Siz cavabdehsiniz və vergi ödəyicisinin öhdəlikləri tərəfinizdən yerinə yetirilməlidir.

Fiziki şəxs muzdlu işçi kimi işlədikdə isə işəgötürənlə əmək müqaviləsi bağlamalı və ona ödənilən əmək haqqından ödəmə mənbəyində verginin tutulub dövlət büdcəsinə ödənilməsi işəgötürən tərəfindən həyata keçirilməlidir.

Həmçinin bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz:

Əsas:Vergi Məcəlləsinin 13.2.34-cü, 16.3-cü, 34.1-ci, 34.2-ci, 78.4-cü və 101-ci maddələri, Əmək Məcəlləsininn 3-cü maddəsi. 

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Əkbərzadə Gülayə ak***@gmail.com ID: 3240
Salam, mənə VÖEN-dən mesaj gəlir, lakjn mənim adıma VÖEN yoxdur. VÖEN nömrəsini yoxladım, zaqataladan olan şəxsin VÖEN-i çıxır. Amma mən o insanı tanımıram. Necə ola bilər ki, mənim nömrəmə mesaj gəlir? Xahiş edirəm, bu problemin aradan qaldırılmağına mənə kömək edəsiniz.
03/11/2020 Oxunub: 109 Orta qiymət: 5

Bildiririk ki, telefon nömrəsinə mesaj səhvən gəldikdə sorğunuzda qeyd edilənlərlə bağlı araşdırmanın aparılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Yusif Babazadə Bəxtiyar jo***@gmail.com ID: 3249
Salam, mənim əmək müqaviləmdə 125 manat əməkhaqqı qeyd olunub. İş yeri əsas kimi qeyd olunub, amma mən 9 ay hər gün 12 saat işləmişəm istirahet günü olmadan. İndi isə işdən çıxarılmışam. Hara şikayət edə bilərəm?
03/11/2020 Oxunub: 176 Orta qiymət: 5

Bildiririk ki, işə qəbul olunarkən işəgötürən ilə ona məxsus iş yerində çalışan fiziki şəxs arasında, minimum əməkhaqqından az olmamaqla əməkhaqqı ödənilməklə fərdi qaydada yazılı əmək müqaviləsi bağlanmalı, bundan sonra əmək müqaviləsinin məlumatları işəgötürən və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə ediməlidir.

İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə konkret və ətraflı məlumatla qeyri-anonim olaraq Dövlət Vergi Ximətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqdəsəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 58.10-cu, Əmək Məcəlləsinin 7-ci, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci, Cinayət Məcəlləsinin  162-1-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Səltənət Əhmədova Cavanşir qızı s.***@mail.ru ID: 3220
Salam. ƏDV ilə bağlı sizə müraciət edirəm. 8 İyul 2020-ci il tarixində gözləməyə düşdü. Amma 8 Avqust 2020-ci il tarixində qırmızı zolağa düşdü. Xahiş edirəm ki, mənə kömək göstərəsiniz.
03/11/2020 Oxunub: 112 Orta qiymət: 4

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Nərgiz Sadıqova Oktay ne***@gmail.com ID: 3311
Salam, mən 26.09.2020 tarixində ceki qeydiyyatdan keçirmişəm. Amma bir aydan sonra çek ləğv olunub, səbəbini bilmək istəyirəm.
02/11/2020 Oxunub: 35 Orta qiymət: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülər Hüseynzadə Aydın qızı gu***@yahoo.com ID: 3310
Mən 2000-2006-cı illərdə "Qızıl Pətək" QHT xətti ilə qrant layihələrinin iştirakçısı olmuş və vergi ödəmişəm. Təqaüdə çıxmağımla əlaqədar mənə bu illərdə nə qədər vergi ödədiyim barədə sənəd lazımdır. Bu məlumatı haradan və necə əldə edə bilərəm?
02/11/2020 Oxunub: 100 Orta qiymət: 0

Vergi ödəyicisinin ödədiyi vergilər barədə arayışın verilməsi vergi ödəyicisinin Sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 5 iş günü ərzində təqdim olunur.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmzanız) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda ödədiyiniz vergilər barədə arayışın alınması üçün sərbəst formada hazırlanmış ərizə ilə İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həbib İmanov Rizvan ha***@gmail.com ID: 3308
Salam. Mənim hesabımda aldığım bəzi məhsulların ƏDV-si yüksək olduğu üçün ləğv olunur, bunun əsaslı səbəbini öyrənmək istəyirəm!
02/11/2020 Oxunub: 46 Orta qiymət: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Hüseynov Şahin İsmayl oğlu sa***@1962gmail.az ID: 3307
Salam, mən 11.04.2020 tarixində saat 10.30 növbəyə onlayn qeydiyatdan keçdim. Növbənin düzgünlüyü barədə mənə məlumat verməyinizi xahiş edirəm.
02/11/2020 Oxunub: 28 Orta qiymət: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüstəmzadə Rüstəm Fayaz ru***@gmail.com ID: 3306
Salam. Ölkəyə gətirilən smartfonun 36 faiz vergisi harada ödənilir? Hava limanında, gömrükdə və ya imei kod vasitəsilə poçtda?
02/11/2020 Oxunub: 44 Orta qiymət: 0

Bildiriri ki, İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Imam İmamov Ağabəy oğlu im***@mail.ru ID: 3304
Ədv gerial portalından bakcellə 2AZN yüklədim və həmin məbləğ yüklənmədi. Amma balansdan çıxdı.
01/11/2020 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Bunun üçün hesabda azı 5 manat vəsait olmalıdır. 

Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aynur Xəlilova Mikayil ay***@gmail.com ID: 3303
ƏDV üzrə optimaldan "Birkart" vasitəsi ilə 5000 azn-lik məhsul alınmışdır və çek verilmişdir. Çek üzrə 114 azn geri qaytarilmalı idi, amma ləğv olunub, səbəb nədir?
01/11/2020 Oxunub: 46 Orta qiymət: 3

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Abdullayev Hüseyn ab***@gmail.com ID: 3302
Edvgerial.az portalında 1.22 qəpik balansım var. Ödənişin keyfiyyətini yoxlamaq üçün nömrəyə 1 manatlıq kontur yükləmək istədim, alınmadı. Balansda yetərincə məbləğ yoxdur cavabı gəldi. Bunu izah edin, zəhmət olmasa.
31/10/2020 Oxunub: 51 Orta qiymət: 5

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Bunun üçün hesabda azı 5 manat vəsait olmalıdır. 

Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qəhrəmanov Əlizadə Şərif oğlu Al***@mail.ru ID: 3301
Salam, mən ƏDV-nin geri qaytarılması haqqında sizə müraciət edirəm. Qızım 25.09.2020-ci ildə maaş kartı vasitəsi ilə 82man. 85 qəp miqdarında alış-veriş etmişdir. A2ukM53Jgt2h çekini sistemə daxil etdikdən sonra göxləyən məbləğ kimi 1 manat 56 qəpik qeydiyyata alınıb. Bir ay keçdikdən sonra bu məbləğ ləğv olunmuş göstərilib. Səbəbini bilmək istərdim. Əvvəlcədən cavabınıza görə təşəkkür edirəm.
30/10/2020 Oxunub: 40 Orta qiymət: 0

Bildiririk ki, qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsi 26.10.2020-ci il tarixdə geri qaytarılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 3300
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Nəyə görə sahibkar banka getmədən online formada bank hesabı aça bildiyi halda, banka getmədən açdığı bank hesabını onlayn formada bağlaya bilmir? Təşəkkür edirəm.
30/10/2020 Oxunub: 58 Orta qiymət: 5

Bildiririk ki, bank hesabının açılması, bağlanması prosedurları vergi qanunvericiliyi ilə tənzimlənmir və Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyi üçün, aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, bank hesabının bağlanması əsasları Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 10 iyun 2019-cu il 1951100026 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” ilə müəyyən edilmişdir. 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kazımova Sədaqət Şəmil or***@gmail.com ID: 3298
Salam, mənə "Hörmətli istifadəçi! Sizin “Onlayn kargüzarlıq” sistemindəki “e-Qutu”nuzda oxunmamış sənədləriniz var. Barənizdə vergi qanunvericiliyində nəzərdə tutulmuş digər inzibati tədbirlərin həyata keçirilməməsi üçün Sizə göndərilmiş sənədlərlə tanış olun." tipli mesaj gəlib, amma tam olaraq nə etməli olduğumu bilmirəm. Mənim Vergilər məcəlləsiylə bağlı etdiyim hansısa qanun pozuntusu var? Tam olaraq mən nə etməliyəm? Kimə müraciət etməliyəm?
30/10/2020 Oxunub: 50 Orta qiymət: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ülviyyə Mirağayeva Böyük Ağa qızı ul***@gmail.com ID: 3297
Salam. Mən İşsizlik sığortasi almaq istəyirəm ve DOST mərkəzinə müraciət etmişəm. Lakin mənə Vergi ödəyicisi olub-olmadığım barədə sənəd lazımdır, onu necə əldə edə bilərəm? Getmədən olarmı? Onlayn formada? Əgər getməliyəmsə, mənə ən yaxın yəni Yasamal rayonuna yaxın olan mərkəziniz hardadır, onlayn növbəyə baxdım. Sadəcə mərkəzlərin çoxluğu və dəqiq ünvanı tapa bilmədim. Nərimanov 1 yazılıb, təzə təmir, ünvan göstərilmir. Öncədən təşəkkür edirəm.
30/10/2020 Oxunub: 49 Orta qiymət: 0

Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Qeyd etdiyiniz vergi ödəyicilərinə xidmət mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44 (N.Nərimanov adına metro stansiyasının yaxınlığı) ünvanında fəaliyyət göstərir. 

Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevda İsmayılbəyli se***@mail.ru ID: 3294
Mənim çekim üzrə yazdığım ƏDV ödənməyib. Niyə?
29/10/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmira Məmmədzadə Vaqif qızı em***@gmail.com ID: 3290
Salam. Mənim sizə bir sualım olacaq, ümid edirəm ki,düz bölməyə qeyd edirəm. Biz hər hansı marketlərdən alış veriş edən zaman qəbzdə ƏDV (FİSCAL İD ) kimi kod olur adətən və bu kodu qeyd etməklə müəyyən hissəsi geri qayıdır bizə. Daimi bu xidmətdən istifadə edirəm, lakin, 6 gün olar ki, 200 azn dəyərində geyim məhsulları almısıq və həmin mağaza bizə çek verib və fiscal id qeyd olunub,qeyd edən zaman yazır ki ,səbəblər bular ola bilər səhv qeyd edirsiz və s. lakin düz qeyd edirik, 1-ci dəfə deyil. Necə kömək ola bilərsiz yəni məbləğ olaraq az olmadığı üçün bu şansı əldən vermək istəmirəm. Cavab gözləyirəm sizdən.
29/10/2020 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver: