Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, ƏDV bəyannaməsinin 3 nömrəli Əlavəsində 301.1 kodlu “Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatlar” sətrinin “Dövriyyə məbləği (ƏDV nəzərə alınmadan) sütununda ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan (Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı istisna olmaqla) malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə əməliyyatların dövriyyə məbləği ƏDV-siz, “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda daxil olmuş məbləğ ƏDV-siz, “Əlavə dəyər vergisi məbləği” sütununda isə daxil olmuş məbləğin 18 faiz dərəcəyə vurmaqla yaranan hasili - Əlavə Dəyər Vergisinin məbləği yazılır.

Sorğunuzda qeyd olunan əməliyyatla bağlı, təqdim olunmuş malların dəyəri ödənildiyi üçün debitor borclarına məbləğində hər hansı dəyişiklik baş vermir. 

Ümumi qiymət: 4/51
Qiymət ver:

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla, o cümlədən hüquqi şəxsin nizamnaməsi və qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat) barədə məlumatlarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Eyni zamanda dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

Kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Ümumi qiymət: 5/51
Qiymət ver:

Fiziki şəxsin gəlir vergisi, sorğunuzda qeyd olunan 2000-2003-cü illər arası gəlir vergisi 12-35 faiz dərəcə ilə, 1 yanvar 2004-cü il tarixdən isə 14-35 faiz dərəcələri ilə hesablanırdı. 2010-cu il yanvarın 1-dən isə fiziki şəxslərin gəlir vergisi dərəcəsinin maksimal həddi 35 faizdən 30 faizə, 2013-cü ilin yanvar ayının 1-dən 25 faizə endirilmişdir. 19 iyun 2009-cu il tarixli 835-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün bu dərəcə 35 faizdən 20 faizə endirilmişdir.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər.

Bunlara əsasən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən vergi ödəyicilərinə xidmətlərin göstərilməsi ictimai iaşə fəaliyyəti göstərən müəssisənin 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnu məhdudlaşdırmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 218-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən malların təqdim edilməsindən əldə olunan gəlirlər vergi ödəyicisinin vergi tutulan gəlirlərinə, təqdim edilən malların maya dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir. Xarab olan mallar cəmiyyətə gəlir gətirmədiyi üçün həmin malların dəyəri vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilmir.

Bunlarla yanaşı sorğuda qeyd olunan malların dəyəri  “Mənfəət vergisi bəyannaməsi”nin 1 nömrəli Əlavəsinin 1.3.2-ci “Mallar” sətrinin “ləğv edilmişdir” xanasında göstərilməklə əks olunur.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinin müddəalarına əsasən pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsilə aparmaları vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman çek, qəbz, bank çıxarışları  və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən təmir-tikinti fəaliyyəti üzrə xidmətlərin göstərilməsi nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı ilə aparılması məcburi olan fəaliyyət növlərinə aid edilməmişdir və bu fəaliyyət həyata keçirilən zaman nağd pul hesablaşmaları çek, qəbz və digər ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Buna əsasən, dövlət tərəfindən ödənilən əmək pensiyası fiziki şəxslərin gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır.

Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən mehmanxana və ya digər xidməltətə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. 

Lakin, yeməkxana tərəfindən göstərilən ictimai iaşə xidmətlərinə görə ödənilən ƏDV-nin müəyyən edilmiş hissəsinin geri qaytarılması mümkündür. Bunun üçün, yeməkxana fəaliyyətini həyata keçirən vergi ödəyicisi sadələşdirilmiş vergi yox, ƏDV ödəyicisi kimi uçotda olmalıdır. Sorğunuzda qeyd olunan halın araşdırılması üçün yeni nəsil kassa aparatı çekinin məlumatlarını əlavə etməklə internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 161-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Adıçəkilən maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən) ƏDV-nin hesablanması həyata keçirilir.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi Sultanov Ceyhun Qüdrət oğlu (VÖEN 1602615952) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, səhv təsnifat kodu üzrə həyata keçirilmiş ödənişlərin büdcə təsnifatı kodlarının dəyişdirilməsi mümkündür. Bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına kağız formada və ya elektron kabinetiniz vasitəsilə ərizə ilə müraciət edə bilərsiniz. 

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola və ya uçota alınarkən, ərizəsində qeyd etdiyi fəaliyyət növünü digər fəaliyət növü ilə dəyişə bilər. Fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 286-VIQD nömrəli 2 aprel 2021-ci il tarixli Qanunu ilə bu Məcəllənin 7-ci maddəsinə 2-3-cü bənd əlavə edilmiş və tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallar müəyyənləşdirilmişdir.

Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri hesab edildiyi və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmədiyi hallardan biri də qeyd olunan münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranmasıdır.

Əmək Məcəlləsinə edilmiş bu dəyişikliklərin əsas məqsədi əmək münasibətləri ilə mülki hüquqi müqavilələr üzrə münasibətlərin dəqiq sərhədlərinin müəyyən edilməsi, habelə faktiki olaraq əmək münasibətlərində olan şəxslər tərəfindən bu münasibətləri pərdələmək məqsədilə mülki müqavilələr bağlanması hallarının qarşısının alınmasıdır.

Əlavə olaraq bildiririk ki, müəssisə tərəfindən əsas fəaliyyət növü ilə bağlı olan işlərin və xidmətlərin yerinə yetirilməsi üzrə işlərə cəlb etdiyi işçilərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlanılmaqla əmək münasibətləri rəsmiləşdirilməlidir.

Eyni zamanda sualda şirkətin əsas fəaliyyəti barədə məlumat verilməmişdir. Buna əsasən şirkətin əsas fəaliyyəti barədə məlumat verilməklə və xidməti müqavilə ilə iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinin zəruriliyi əsaslandırılmaqla vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Əlavə olaraq bildiririk ki, əmək qanunvericiliyinin tətbiqi, o cümlədən tərəflər arasında əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq əmək müqaviləsinin bağlanması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 286-VIQD nömrəli 2 aprel 2021-ci il tarixli Qanunu.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Eyni zamanda “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsi ilə icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarına aid olması barədə arayış icarəçi tərəfindən əldə edilir.

Əlavə olaraq bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən 2024-cü ilin 1 yanvar tarixinədək, gəlir vergisindən isə müddətsiz azad edilmişdir. Qeyd olunan güzəştlərin tətbiqi üçün torpaq sahələrinin təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarına aid olması barədə arayışın əldə olunması tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 85-ci, 87-ci, 114-cü, 206-cı maddələri və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 208.2-ci maddəsinə əsasən torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.

Vergi Məcəlləsinin 208.3-cü maddəsinə əsasən müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.

Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda hüquqi şəxs tərəfindən 15 may tarixinə mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə görə torpaq vergisi hesablanmalı və torpaq vergisi bəyannaməsi vergi orqanına təqdim edilməlidir. Qeyd olunan tarixdən sonra alınmış torpaq sahələrinin əvvəlki sahibləri tərəfindən müvafiq sahələr üzrə torpaq vergisi ödənilməmişdirsə, həmin torpaq sahələri üzrə torpaq vergisi ödəmə vaxtına həmin torpağın mülkiyyətçisi olan hüquqi şəxs tərəfindən hesablanmalı və ödənilməlidir. Eyni zamanda torpaq vergisi bəyannaməsi təqdim edildiyi tarixdən sonrakı dövrlər üzrə təqdim edimiş torpaq sahələri üzrə torpaq vergisi hüquqi şəxs tərəfindən ödənilməmişdirsə, həmin torpaq sahələrinin alıcıları tərəfindən ödəmə tarixinə həmin torpaq sahələrinə görə torpaq vergisi ödənilir.

Alınmış torpaq sahələri üzrə torpaq vergisi əvvəlki sahib tərəfindən ödənildiyi halda, vergilərin ödənilməsi barədə arayış vergi orqanına təqdim edilməklə ödənilmiş məbləğlər vergilər hesablanarkən nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 208-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver: