Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
İskəndərova Sevinc Etibar qızı se***@hotmail.com ID: 1093
Azərbaycan Respublikası ərazisində rezident şəxs Azərbaycan Respublikasında filialı olmayan xarici hüquqi şirkətlə müqavilə bağlayıb Azərbaycanda işləyərsə və xarici hüquqi şirkətdən əmək haqqı təyinatı ilə aylıq ödəniş alınarsa və bu ödəniş bank hesabına xarici valyutada köçürülmə yolu ilə edilərsə, həmin ödəniş üzrə vətəndaşın (rezidentin) vergi öhdəliyi varmı?
06/04/2020 Oxunub: 71 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı ilə Azərbaycan Respublikasında nümayəndəliyi, filialı olmayan qeyri-rezident hüquqi şəxslə əmək müqaviləsinin bağlanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Qeyd olunan münasibətlər mülki-hüquqi müqaviləyə əsasən rezident şəxsin sahibkarlıq fəaliyyətindən gəliri hesab olunmaqla ümumi qaydada vergfiyə cəlb olunur. Tərəflər arasında mülki hüquqi müqavilə bağlandığı halda siz vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. Bu halda əldə etdiyiniz gəlirlərə görə xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə gəlir vergisi və müvafiq olaraq sosial sığorta haqqı ödəməlisiniz. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Eyni zamanda qeyri-rezident hüquqi şəxs istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə 90 gündən az olmayaraq bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə tam və ya qismən sahibkarlıq sahibkarlıq fəaliyyətini həyata keçirdiyi halda onun vergiyə cəlb olunması daimi nümayəndəliyin vergiyə cəlb olunması qaydasında həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eminli Nahid Tofiq su***@mail.ru ID: 1092
Salam taksi üçün vöen açdırmaq istəyirəm nə etməliyəm?
06/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. 
Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elaqe
“Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Əsas: Vergi Məcəlləsinin XVII fəsili

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yusubov Elşən Bəhman El***@mail.ru ID: 1091
Asan imzanı aldıqdan sonra taxes.gov.az da onlayn qeydiyyatdan keçirmək olar, yoxsa ancaq vergi idarəsinə getmək lazımdır? Əgər getmək lazimdırsa onda hara işləyir?
06/04/2020 Oxunub: 22 Orta qiymət: 0

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır. Asan imza vaitəsilə fiziki şəxsin onlayn qeydiyyatı üçün təlimatla İnternet vergi idarəsinin yardım bölməsində tanış ola bilərsiniz.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Quliyeva Təhminə th***@gmail.com ID: 1090
Salam. Ölkədəki, karantin rejimi ilə əlaqədar çölə çıxmaq qadağan olunub, heç yer işləmir ayın 1dən-20 nə kimi fiziki şəxs kimi hesabat vaxtımız idi, vergi idarəsinə gedib hesabat verməliydim, bilmək istəyirəmki hesabatın vaxtı uzadılıbmı? Və yaxud işləyirmi vergi idarəsi, gedib hesabat vermək mümkündürmü?
06/04/2020 Oxunub: 41 Orta qiymət: 0

Xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, habelə Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını əsas götürərək, vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

-fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 04 may 2020-ci il.
Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

0/5 (0 Orta qiymət)
Qiymət ver:
ilkin əliyev il***@mail.ru ID: 1088
Salam, mən asan imza almaq üçün sizin nazirliyin idarəsinə yaxınlaşdım. Bildirdilər ki, online müraciət eləmək lazımdır. Hansı bölmədə mən müraciət edə bilərəm?
06/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Perviz Eminov Fazil pa***@mail.ru ID: 1087
Salam.mene mexsus Asan imza nomrem emeliyyat zamani sehv kod daxil olumdugu ucun puk kilidlenib.verilmis melumata esasen yeni dublikatini cixatdirmisam lakin bugunku mobcud veziyyetde sertifikatini ala bilmirem.cox xais edirem bunu heyata kecirmek ucun mene yardimci olasiniz.onceden tesekkurler.
06/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK koduda 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxartmaq və yeni sertifikat əldə olunması tələb olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Salayeva Afet Mahir qizi le***@gmail.com ID: 1085
Salam. Mən hal hazırda işsizəm özüm də 20 ildir ki, sterik nevrozam. 16 yaşda oğlum isə bronxial astmadır. 2012-ci ildən 6 saylı uşaq xəstəxanasında uçotlu xəstədir. Özümə və oğluma pensiya, nə də sosial yardım ala bilmirəm, heç bir yerdən gəlirim yoxdur. Xahiş edirem mənə yardım edin.
06/04/2020 Oxunub: 40 Orta qiymət: 0

Sorğunuzda qeyd olunanlar Vergilər Nazirliyinin səlahiyyətlərinə aid edilməmişdir. Qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək, ünvanlı dövlət sosial yardımı üzrə monitorinq və qiymətləndirmənin aparılmasını təmin etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edildiyi üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Kazımov Ceyhun Kazım ms***@mail.ru ID: 1084
Salam, mən milli gəlirlər baş idarəsinin qərarı ilə bağlı müraciətimi və xahişimi elektron qaydada hara, necə və ya hansı ünvana gündərə bilərəm? Alınması barədə və təsdiqi üçün necə əmin ola bilərəm?
06/04/2020 Oxunub: 22 Orta qiymət: 0

Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin adi və elektron poçt ünvanı ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Haqverdiyev Elçin Haqverdi oğlu ca***@gmail.com ID: 1083
Salam, asan imza almaq üçün zəruri olan sənədləri göndərin zəhmət olmasa.
06/04/2020 Oxunub: 25 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayılov xəyal saday xe***@gmail.com ID: 1082
Sosial sığorta şəhadətnaməsinin nömrəsini hardan və necə əldə edə bilərəm unutmusam.
06/04/2020 Oxunub: 22 Orta qiymət: 0

Müraciətinizlə bağlı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Quluşev Məmmədtağı Zöhrab oğlu ma***@mail.ru ID: 1081
Salam. Mən "ASANİMZA"nı qeydiyyatdan necə keçirə bilərəm?
06/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ağayev Hüseyn Balaca oğlu hu***@gmail.com ID: 1080
Salam. Mən maşınımı idarə etmək üçün qizima etibarnamə verməliyəm. Bunun üçün də mənə Asan imza lazımdır. Mümkünsə, Asan imzanmn yaradılmasında mənə kömək edin
06/04/2020 Oxunub: 22 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmayıl Qasımov Sadiq pr***@gmail.com ID: 1079
Salam sahibkarların işləməsi üçün icazə sənədini 9108 telefonla əlaqə saxladıq bildirdik ki, asan imza olmayan 10 sahibkar necə əldə edə bilər? Asan imzası olan şəxsin nömrəsi ilə keçmək olarmı 10 sahibkarı? Ancaq bu 10 sahibkar həmin Asan imzası olan şəxsin işçiləri deyil. 9108 Məlumat kimi bildirdilərki əgər onların İşləmələri barədə VÖEN ləri varsa həmin sənədi əldə etmək olar. Həmin sənəddə təsdiqlənmiş qeyd olunursa keçərlidir. DİN 102 xidməti ilə əlaqə saxladıq 0125908020 nömrəsi ilə əlaqə saxlamalı olmağımızı bildirdilər. Həmin nömrə ilə saxladıq ordada bildirdilərki, əsas təsdiq olunubsa keçərlidir. Asan imzanın emailinə məlumat yazdıq ki, belə bir vəziyyət var sonralar problem olmaz ki?onlarda qısa məlumat verərək bildirdilərki adiyyatı qurumla əlaqə saxlamalıyıq. Sual budur ki, əgər anlaşılmazdığa görə səhv etmişiksə buna cərimə düşürmü? Bunları necə ləğv etmək olar. Xahiş edirəm bu barədə ətraflı məlumat verin.
06/04/2020 Oxunub: 53 Orta qiymət: 0

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sərkərov Kamran Ruslanoviç sa***@mail.ru ID: 1076
Salam. 2005 ildə VÖEN açmışam. Və 2016 ildə bağlamışam. Həmin VÖEN-i bərpa etmək üçün nə etmə lazımdır? Və ya yeni VÖEN açmaq üçün nə etmək lazımdır? Təşəkkür edirəm.
05/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
tagiyev baxtiyar telman ta***@gmail.com ID: 1075
Salam, mən asan imza nömrəsi almışam, ancaq onun sertifakatiını ala bilmədim. Asan xidmət və ərazi vergilər idarəsi işləmir nə edim?
04/04/2020 Oxunub: 30 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aybəniz Yusifova Yusifəli re***@hotmail.com ID: 1074
Mart ayı ücün gəlir vergisinin ödənib ödənməməsini öyrənmək.
04/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Xüsusi karantin dövrü ilə əlaqədar fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə qeyri-iş günlərinin vaxtının uzadılmasını, habelə Vergi Məcəlləsinin 68.2-ci maddəsinin müddəalarını əsas götürərək, vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilir:

fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti – 04 may 2020-ci il.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Şahbazzadə Rəhim z_***@mail.ru ID: 1073
Salam. Bilmək istərdim ki alınan məhsulların çekleri iləı baglı ƏDV-ləri qaytarılması prosesi necə olur, bunun üçün nə etmək lazımdır? Hansı saytdan məlumat əldə etmək olar?
04/04/2020 Oxunub: 27 Orta qiymət: 0

İstehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə etmək “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İqtisadiyyat Nazirliyinin seçdiyi rezident şəxs olan operator tərəfindən həyata keçiriləcəkdir. Qeyd olunanlara əsasən yaxın günlərdə ƏDV-nin qaytarılması prosesi həyata keçiriləcəkdir və bununla bağlı müvafiq izahedici materiallar saytımızda yerləşdiriləcək və KİV-də elan olunacaq.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Aslanov Abdul Il***@gmail.com ID: 1071
Salam. Mən 8 il qabaq öz adıma taksi fəaliyyətim ilə əlaqədar olaraq vöen açdırmışdım, sonradan taksi fəaliyyətimi dayandirdığıma görə vöenimi bağlatdirdim. Hal hazırda vəziyyət çətin olduğuna görə taksi fəaliyyetinə başlamaq istədiyimdən bu gūn yaxınlaşdım sizin Ayna Sultanova yaxınlığındakı idarənizə. Orada mənə bildirdilər ki, hal hazırda sistem işləmir! Asan xidmətdə də eyni sözū mənə dedilər. Onlayn olaraq vöeni aktiv etmək ūçūn də qeyd olunmalı parol ve şifrələri bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, vöen-imi aktivləşdirməyə mənə kömək edəsiniz!
04/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Hacıağa na***@gmail.com ID: 1070
Salam. Asan İmza nömrəm var, amma sertifikat yoxdur. Bununla bağlı maraqlandım və cavab verildi ki, Vergilər Nazirliyi hal hazırkı vəziyyətlə əlaqədar online iş rejiminə keçib və mən necə edə bilərəm ki, sertifikatı alım?
04/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əzizov Cavanşir Paşa oğlu Ba***@mail.ru ID: 1069
"Kənd təssərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin bu fəaliyyətdən əldə etdikleri gəlirəri barədə bəyannamə" və həmin bəyannaməyə əlavə "Gəlir vergisinin bəyannaməsinə Əlavə N÷4" və "Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə N÷4 və onların doldurulma qaydalarının təsdiq edilməsi haqqında 2004020025624300 Bu məktub nə demekdi?
03/04/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan  şəxslərin torpaq vergisindən başqa bütün vergilərdən 2014-cü il yanvarın 1-dən 10 il müddətinə azaddır.

Eyni zamanda vergidən azad olunan gəlir əldə edən şəxs də bütün digər vergi ödəyiciləri kimi seçdiyi vergitutma sistemindən asılı olaraq (sadələşdirilmiş və ya mənfəət) vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

“Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannamə”sini yalnız kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) Vergi Məcəlləsinin 95-ci və 218.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində gəlir vergisi və ya sadələşdirilmiş verginin ödəyiciləri sayılan vergi ödəyiciləri tərəfindən (kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan şəxslər, kənd təsərrüfatı məhsullarının istehsalı ilə eyni zamanda digər fəaliyyətlə məşğul olan şəxslər, eləcə də əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyiciləri istisna olmaqla) bu fəaliyyətlə əlaqədar zəruri göstəricilər əks etdirilməklə qeydiyyatda olduqları vergi orqanına təqdim etməlidirlər. Bu zaman gəlir vergisinin ödəyicisi tərəfidən xərclər nəzərə alınmadan əldə olunan gəlirlər, sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən isə məhsulun satışından əldə olunan hasilat müvafiq xanalarda qeyd olunmalıdır.

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirinin  26 iyul 2019-cu il tarixli 1917040100920400  №-li Əmri ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri barədə bəyannamə”nin doldurulması Qaydası.

0/5 (0 Orta qiymət)
Qiymət ver: