Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Fəxrəddin Məmmədrzayev Teymur oğlu mf***@mail.ru ID: 1127
Vergi orqanında qeydiyyatdan keçmiş Məhdud Məsuliyyətli Cəmiyyət fəaliyyətini vergi idarəsində rəsmi dayandırmışdırsa və təsisçi kimi qeyd olunmuş şəxs məşğulluq mərkəzində işsiz kimi qeydiyyata dura bilərmi?
09/04/2020 Oxunub: 25 Orta qiymət: 0

İşsiz kimi qeydiyyata alınma ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
ƏNVƏR CALALOV CALAL en***@mail.ru ID: 1126
Büdcədən maliyyələşən təşkilatlar vahid bəyannaməni (rüblük yeni) təqdim edərkən "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə güzəşt və azadolmalar" Bölməsini seçməlidir ya yox?
09/04/2020 Oxunub: 46 Orta qiymət: 0

Bəyannamənin “Muzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri barədə məlumat” adlanan 2 nömrəli bölməsində muzdlu işdən gəlir əldə edən işçilərin sayı və gəlirləri, eləcə də vergilər üzrə güzəşt və azadolmalar, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına cəlb edilməyən gəlirlər barədə məlumatlar qeyd olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimov Əziz Yusif az***@list.ru ID: 1125
Menim vöenim var işləmirəm heç yerdə, ehtiyac yoxdur. Bağlatdırmaq istəyirəm necə bağlayım, bağlaya bilərsiz ?
09/04/2020 Oxunub: 62 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Şahbazzadə Rəhim z_***@mail.ru ID: 1124
Salam. ƏDV geri qaytarılması prosesini həyata keçirmək üçün hardan və ya hansı portaldan qeydiyyatdan keçməliyəm.bu prosesi başlatmaq üçün necə etməliyəm.
09/04/2020 Oxunub: 27 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüstəmov Fuad Məhəmmədşərif fu***@gmail.com ID: 1123
Salam. Mən VÖEN açdırmaq istəyirəm. Bunu indi və ya yaxın bir müddətdə eləmək mümkündür?
09/04/2020 Oxunub: 22 Orta qiymət: 0

Bildiririk ki, Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz. 

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Osmanov Aydin Ələşrəf ay***@gmail.com ID: 1122
Salam, biz koronavirusa görə xüsusi iş rejimində olan asan xidmətdən imza ala bilmirik sahibkar olaraq işimlə bağlı problem yaranıb. Asan imza vəya arayışı nece ala bilərəm?
09/04/2020 Oxunub: 21 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qurbanov Arzu Akif ar***@gmail.com ID: 1121
Salam. Man 2013 cu ilda sadələşdirilmiş vergi üzrə vergi ödəyicisi kimi qeydiyyata alınıb vöen açdırmışam. Həmin ildə də yəni 2013-cü ildə vöeni Gəncə şəhər arazi vergilar idarəsində bağlatdırmışam. Lakin məşğulluq idarasinda sistemə girəndə mənim vöenim olduğu bildirilir. Halbuki heç bir fəaliyyətlə məşğul olmuram. Bu nə üçün sistemdə açıq qalıb bağlanılan halda?
09/04/2020 Oxunub: 42 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevinc Quliyeva Əsgər se***@mail.ru ID: 1114
Salam. Öz işçimiz plastik tullantıları küçədən yığıb gətirirsə və biz də onu xammal kimi işlədiriksə bunun rəsmiləşdirilməsi necə olmalıdır?
08/04/2020 Oxunub: 56 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi malların istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur.

Əlavə olaraq bildiririk ki, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlir və xərclərinin uçotunu “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirir.

Sorğunuzda qeyd olunan halda, istehsalın maya dəyərinin hesablanması, həmçinin təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi məsələləri üzrə aidiyyəti qurum olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin  X fəsili, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Huseynov Elşən Mirəli oğlu hy***@mail.ru ID: 1112
Salam , sizi VOEN 290007732 Huseynov Elşən Mirəli oğlu, Hydroinşaat şirkəti adından narahat edirəm, şirkətin asan imzası olan 050 210 26 14 nömrəsini vergilər nazirliyindən qeydiyata salmağınızı xahiş edirəm, şirkətin elektron icazəsi alınçası və qeydiyyata salinması üçün bu zərurətdir, və hal hazırda şirkətin fəaliyyətini dayandırır.
08/04/2020 Oxunub: 28 Orta qiymət: 0

27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova Çinarə Zahid qızı c.***@mail.ru ID: 1111
Əlavə dəyər vergisinin qaytarılması QAYDASI. Bu qərarla bağlı mən məlumatları harada qeyd etməliyəm? Qərarda qeyd edilir ki, portala məlumatlar 90 gün ərzində daxil edilməlidir. Səhifənizdə elə bir bölmə tapmadım ki, ora daxil edim. "5.2. İstehlakçı nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir." bu bəndə əsasən sualımı sizə verirəm. Mənə ətraflı məlumat verə bilərsinizmi? Təşəkkürlər öncədən
08/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir. 

Operator isə istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İqtisadiyyat Nazirliyinin seçdiyi rezident şəxsdir.
Qeyd olunanlara əsasən yaxın günlərdə ƏDV-nin qaytarılması prosesi həyata keçiriləcəkdir və bununla bağlı müvafiq izahedici materiallar saytımızda yerləşdiriləcək və KİV-də elan olunacaq.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əskərov Şəhriyar Həsən sh***@gmail.com ID: 1110
Salam. ƏDV-nin qaytarılması ilə əlaqədar məlumat almaq istərdim. Fərmanda Portalın olacağına dair müddəa var, həmin portal nə zaman istəfadəyə veriləcək?
08/04/2020 Oxunub: 40 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Teymur Yareliyev Yunus oglu tt***@yahoo.com ID: 1106
Asan imza sertifikatını vaxtı bitib, hara müraciət edim ?
08/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizəni təşkil etmək üçün xüsusi rejimdə işləmək barədə göstərişlərini əldə rəhbər tutaraq, fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilmişdir. “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. 

27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
məmiyeva nuranə nurəli qizi nu***@mai.ru ID: 1104
Salam mən kursda işləyirəm, martın 3-dən işimiz dayanıb ödəniş ala bilmirəm. Biz xidməti müqavilə ilə işlədiyimizi bildirir müdirəmiz. Mən nə etməliyəm, işsiz kimi qeydiyyata düşməliyəm ya necə? Mənə yardım olunacaqmı dövlət tərəfindən xidməti müqavilə ilə işləyənlərə yəni.
07/04/2020 Oxunub: 44 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. 

Müraciətinizdə qeyd olunan halda işçilərlə kurs arasında əmək müqaviləsi olduğu halda birinci proqram üzrə, mülki hüquqi müqavilə olduğu halda və vergi ödəyicisi kimi uçotda olduğunuz halda ikinci proqram üzrə maliyyə dəstəyi nəzərdə tutulur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elmir ar***@mail.ru ID: 1103
0.05 qəpik vergi borcumuz var. Büdcə odənişlərin seçdikdə hara ödəyəcəyimizi bilmirik. Ödəniş etmək istəyiriksə hansın seçək? Əvvəlcədən təşəkkürlər.
07/04/2020 Oxunub: 34 Orta qiymət: 0

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" altbölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi, sosial və işsizlikdən sığorta haqqı üzrə borc ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə “İnternet Vergi İdarəsi”ndən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) əldə edilə bilər.

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla burada göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Harunov Elçin Allahyar el***@gmail.com ID: 1102
Salam, mənim VÖEN-im və xidməti müqaviləm var. Məsələn mənə 434 azn bir dəfə, 391azn bir əməkhaqqı ödənilib. Mən ayrı-ayrılıqda həmin əməkhaqqına görə nə qədər vergi ödəməliyəm? Xahiş edirəm deyərdiniz.
07/04/2020 Oxunub: 77 Orta qiymət: 5

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən sahibkarlıq fəaliyyəti subyektlərinə xidmət göstərən şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərir və əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz məbləğində gəlir vergisi ödəyir. O da nəzərə alınmalıdır ki, 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır. 

Müraciətinizdə qeyd olunan halda, Siz əldə olunmuş gəlirlərdən Vergi Məcəlləsində nəzərdə tutulmuş xərcləri çıxmaqla 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz.
Bununla belə, xüsusi olaraq vurğulamaq istərdik ki, gün ərzində müəyyən şəxsə məxsus əmlakdan, resurslardan istifadə etməklə, həmin şəxsin iş vaxtı ərzində müəyyən fəaliyyətin göstərilməsi artıq əmək funksiyasının icrası anlamını verir və belə olan halda tərəflərin münasibətləri artıq mülki hüquqi müqavilə ilə deyil, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Belə şəxslər muzdli işçi hesab olunmaqla həmin şəxslərdən verginin tutulması və büdcəyə ödənilməsi onlarla əmək müqaviləsini bağlamış işəgötürən şəxslər tərəfindən həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu və 218.6.2-ci maddələrri. 

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Rauf as***@gmail.com ID: 1101
Salam, mənim Sizə 2 sualım var: 1) sığorta agenti həm icbari həm də digər sığorta fəaliyəti ilə məşğul olur (10000 manat icbari sığortadan 5000 manat icbari olmayan digər sığorta fəaliyyəti üzrə gəlir əldə edib). Bu zaman əldə olunan gəlirlər hansı vergiyə cəlb olunmalıdır (sadələşdirilmiş yoxsa gəlir), yoxsa ikili uçot aparılmalıdır. 2) sığorta agenti həm icbari sığorta həm də hüquq məsləhəti xidməti (vergi ödəyicilərinə) göstərir (10000 manat icbari sığortadan 5000 manat hüquq məsləhəti xidməti üzrə gəlir əldə edib). Bu zaman əldə edilən gəlirlər hansı vergiyə cəlb olunur (sadələşdirilmiş yoxsa gəlir). Öncədən təşəkkür edirəm.
07/04/2020 Oxunub: 73 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər, sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Eyni zamanda icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Vergi Məcəlləsinin 221.7-ci maddəsinə edilən dəyişikliklərə əsasən icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri bu fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olduqda, həmin müqavilələr üzrə ümumi hasilata sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Yuxarıda qedy olunanlara əsasən müraciətinizdə qeyd olunan hər iki halda, icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri həmin müqavilələr üzrə ümumi hasilata sadələşdirilmiş vergini tətbiq edə bilərlər. Digər sığortalardan və vergi ödəyicilərinə xidmətdən əldə olunan gəlirlər isə həmin gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra gəlir vergisinə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.5.13-cü, 218.6.2-ci və 221.7ci maddələri. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Аскеров Джавид Шамиль as***@gmail.com ID: 1100
Здравствуйте. Я б хотел узнать, налог 18% при онлайн оплатах насколько я знаю взимается при подписке (как сервисы, курсы, электронные книги, софт)? На покупки товаров, например, музыкальные инструменты это распространяется?
07/04/2020 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsində Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 168.1.5-ci və 169-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nagiyev Mohubbali ba***@gmail.com ID: 1099
Hörmətli həmkarlar! Muzdlu və Qeyri muzdlu işlə əlaqədar Vahid Bəyənnamə alt sisteminin yaradılması üçün təşəkkür edirik. Bu alt sistemdən istifadə etməklə işəgötürən hüquqi şəxslərin və sərbəst fəaliyyət göstərən fiziki şəxslərin bəyənnamələrinin tərtib və təqdimatında heç bir problem yoxdur. Mənim sualım belədir: Fiziki şəxs işəgötürən qismində fəaliyyət göstəribsə, 0112 (MDSS) və 1100 (İşsizlik) kodları üzrə bəyənnaməni necə təqdim edəcək?
07/04/2020 Oxunub: 46 Orta qiymət: 0

Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eliyev Elsen Rovsen el***@gmail.com ID: 1097
Salam. Mən vöeni ləğv elətdirmək istəyirəm. Lakin necə edəcəyimi bilmirəm. Zəhmət olmasa, yardımçı olardınız.
07/04/2020 Oxunub: 48 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsrafil İsrafilov na***@list.ru ID: 1095
Mən 2017 ci ildə Gənjlik Mall da NT Servce-ə təmizlikçi işləmişəm, adıma vöen açılıb və 9 ay işləyib çıxdım. Amma bağlatdırmaq lazim olduğunu bilmədim. Bilmək isdəyirəm ki, adıma vergi cəriməsi gəlir yoxsa yox?
07/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Müraciətinizlə bağlı vergi öhdəliyinizin olub-olmaması barədə qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla burada göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

0/5 (0 Orta qiymət)
Qiymət ver: