Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-nin vergitutma obyektini təşkil etmir. İcarə haqqını ödəyən şəxs vergi ödəyisi kimi uçotda olduğu halda ödəmə mənbəyində 14 % dərəcə ilə vergini tutmalı, büdəcəyə köçürməli və vergi orqanına hesabat təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 123-cü və 159-cu maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Kooperativlər kommersiya qurumu hesab edildiyindən Mənzil Tikinti Kooperativlərinin dövlət qeydiyyatı Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və bu kooperativlər üçün səhifəmizin "Bir pəncərə" bölməsində yerləşdirilmiş "Kooperativin Nizamnaməsinin nümunəsi"ndən istifadə etmək mümkündür.

Əsas: Mənzil Məcəlləsinin 109, 110, 111, 119 və 120-ci maddələri, Mülki Məcəllənin 109, 109-1, 109-2-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyətində istifadə edilməyən daşınan maddi əmlakının, o cümlədən də avtomobil nəqliyyatının təqdim edilməsindən əldə etdiyi gəlir vergidən azad olunur. 

Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələri nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər və topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.7-ci və 218.5-ci maddələri.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Müraciətinizdə qeyd olunan arayışda güzəşt hüququ öz əksini tapmamışdır. 

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, tam amortizasiya olunmuş istifadəyə yararsız olan əsas vəsaitin silinməsi proseduru barədə aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsəduyğundur.

Onu da bildiririk ki, vergitutma məqsədləri üçün ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, mənfəət (gəlir) vergisinin ödəyiciləri tərəfindən qalıq dəyərinin məbləği vergi tutulan gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 114.8-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Elektron qaimə-faktura vergi ödəyicisi kimi qeydiyyatda olan, lakin elektron qutusu olmayan alıcıya ştrix-kod əks olunmaqla çap edilir və mal (iş, xidmət) hüquqi şəxs olan vergi ödəyicisinin imza və möhürü ilə, fiziki şəxs olan vergi ödəyicisinin isə imzası ilə (möhür olduqda möhürlə) təsdiqlənməklə təqdim edilir. Digər hallarda qeyd olunan sənədlərin kağız formada tərtib olunması qanunvericiliyə əsasən tələb olunmur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. Müraciətinizdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün yuxarıda qeyd olunan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, 20.11.2018-ci il tarixli 1356-VQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatlarının tətbiqinə başlanılmışdır. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2019-cu il 14 fevral tarixli 52 nömrəli Qərarı ilə “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilmiş və bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatlarının Qrafikdə müəyyən edilmiş müddətədək istifadə edilməsi, qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatlarının yeni nəsil nəzarət-kassa aparatları ilə əvəz edilməsi nəzərdə tutulmuşdur. 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən 1 yanvar 2019-cu il tarixdən sonra quraşdırılmış, müvafiq meyarlara cavab verən və əvvəllər istifadədə olan nəzarət-kassa aparatı ilə əvəz edilən nəzarət-kassa aparatlarının quraşdırılmasına çəkilən xərclərin (nəzarət-kassa aparatının dəyəri daxil olmaqla) dəyəri vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən həddə nəzarət-kassa aparatı quraşdırıldıqdan sonra yaranan vergi öhdəlikləri ilə əvəzləşdiriləcəkdir.

Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və digər aidiyyəti məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Eyni zamanda, 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 218.5.8-ci və 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Güzəşt yalnız həmin şəxslərin özünə aid edilir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

MMC yaratmaq üçün nə etməliyəm, prosedur barədə məlumat verərdiniz.

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlər təqdim edilməli olan vergi orqanları və s. barədə lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda, bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı - elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - Asan İmza vasitəsilə;   
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;
  • Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Vergilər Nazirliyinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən halda qeyri-rezident tərəfindən göstərilən xidmətlərin müqabilində ödənilməli olan vəsaitdən rezident müəssisə 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutmalıdır.

Eyni zamanda, işlərin görülməsi və xidmətlərin göstərilməsi Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyat sayılır. Məcəllənin 168-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci, 159.2-ci, 167-ci və 168-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, qiymətli kağızların alınması ilə bağlı çəkilən xərclər onun dəyərinə aid edilir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Aktivlər kreditlər hesabına alındığı halda kredit faizləri aktivlərin dəyərini artırmır və bu Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 143-cü maddəsi.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxsin təsis sənədləri itirildikdə hüquqi şəxsin təsisçilərindən hər hansı biri şəxsiyyəti təsdiq edən sənədlə hüquqi şəxsin qeydiyyatda olduğu ərazi üzrə müvafiq vergi orqanına müraciət etməklə itirilmiş təsis sənədlərinin surətini rüsumsuz olaraq edə bilər. Möhür itirildiyi halda vergi orqanına itirilmiş möhürün etibarsız hesab edilməsi barədə mətbuatda dərc edilmiş müvafiq elan təqdim edilir.

Hüquqi şəxsin ləğvi proseduru haqqında ətraflı məlumatla saytımızın “Bir pəncərə” bölməsində  tanış ola bilərsiniz.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, vergidən azad olunan gəlir əldə edən şəxs də bütün digər vergi ödəyiciləri kimi vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir. Fərdi sahibkarın belə gəlirini vergi orqanına bəyan etməməsinə görə ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 58.15-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Bundan başqa, aşağı qiymətlə təqdim edilən mallara görə hesablanmış ƏDV idxalda ödənilmiş və əvəzləşdirdirilmiş ƏDV-dən az olduqda, yaranmış fərq vergi ödəyicisi tərəfindən büdcəyə ödənilməlidir.

Bununla belə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 14-cü maddəsinin müddəalarına əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə, vergilərin hesablnması zamanı artıq bazar qiymətləri tətbiq olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 159-cu və 161.1-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver: