Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Valeh Nəbiyev Abdurəhman ab***@gmail.com ID: 1240
Parolu unutmuşam onu öyrənmək isdiyərdim.
14/04/2020 Oxunub: 25 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ələkbərova Nisəbəyim Fərman qızı ni***@gmail.com ID: 1239
Mən satıcı işləyirəm indi koronayla bağlı olaraq martın 19 etibarən evdəyəm. Ailə vəziyyətim yaxşı deyil. Biz işçilərə ayrılan maliyyədən pul düşür. Sahibkarlara maliyyə ayrılıb. Ondan bizə veriləcək onu bilmək istərdim. Zehmət olmasa cavablandırardız
14/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fəridə Əsgərova Elman fe***@gmail.com ID: 1238
Salam. Biz atam üçün elektron imza əldə etmək istəyirik. Və bütün sənədləri hazirlayıb, Gullu Bayramovanın gmail ünvanına göndərmişik. 195-1 - ə zəng etdik bizə dolğun məlumat vermədilər və bilmək istəyirik ki, sənəd nə vaxt hazır olacaq. Nə etməliyik biz ?? Xahiş edirik kömək edin. P.S. elektron imza atam üçüdür. Adı Əsgərov Elman İsmayıl
14/04/2020 Oxunub: 31 Orta qiymət: 0

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilmişdir.  Bu səbəbdən vətəndaşların müraciətləri saytımızda yerləşdirilmiş elektron poçt ünvanları vasitəsilə qəbul edilir və müraciətlər növbəlilik prinsipi ilə icra olunur. Müraciətinizin nəticəsi ilə  keçiddə  göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məhərrəm Sadiqov ma***@gmail.com ID: 1237
Mənim fiziki şəxsəm. İcazəm yoxdur, asan imza nomrəm var. sertifikasiyam yoxdur. İşləmirəmsə vergi verməliyəm? Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmrə görə maraqlanıram.
14/04/2020 Oxunub: 31 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Həmçinin, Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci maddəsi, 101-ci, 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Afaq Babayeva Zakir af***@gmail.com ID: 986
Mən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğulam. Fəaliyyət kodum 17290-Kağız və kartondan sair məmulatların istehsalıdır (Əsas fəaliyyət). Kağız və kartonlardan kağız paket istehsal edirəm. Illik dövriyyəm 200 mindən azdır və 5 nəfər işçim var. Rüb ərzində istehsal etdiyim məhsulun 35%-dən çox hissəsini elektron qaimə ilə təqdim edirəm. Xahiş edirəm mənə Sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmə hüququmun olub-olmadığını izahlı formada bildirəsiniz.
14/04/2020 Oxunub: 173 Orta qiymət: 4

Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Müvafiq olaraq qeyd etdiyiniz fəaliyyət topdansatış deyil, istehsal fəaliyyətidir, bu səbəbdən malların topdansatış qaydasında satılması sadələşdirilmiş vergi hüququnu məhdudlaşdırmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.55-ci, 218.1-ci və 218.5.8-ci maddələri.

4/5 (6 Orta qiymət)
Qiymət ver:
Məmmədov Elnur Aləddin oğlu el***@mail.ru ID: 984
Mənim Babam 1941-1945 illərin iştirakcısı olub.Atam Cəlilabad rayon Su melarasiyası idarəsində matarist vəzifəsində işləyir.Babam müharibə iştirakcısı olub,bu barədə Cəlilaba rayon Hərbi komisarlığından arayış alıb atamın iş yerinə təqdim etdik ki, gəlir vergisindən güzəşti var bunu qeyd etsin.Baş Pxalter xəzinadar Arayışı qəbul etməyib. Bilmək istəyirəm ki,Babam müharibə iştirakcısı olduğu üçün övladına gəlir vergisindən güzəşt edilirmi? Öncədən təşəkkür edirəm.
14/04/2020 Oxunub: 99 Orta qiymət: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Tural Mikanayev Sahib tu***@yahoo.com ID: 1236
Salam. Artıq 5 gündür Asan imza sertifikatı üçün karantin zamanı xidmət göstərən əməkdaşlarınıza yazdığım e-maillərin heç birinə cavab verilmir. Sual: Əgər işləmirlərsə bu əlaqə e-maillərini paylaşmaqda məqsədiniz nədir? Təşəkkürlər.
14/04/2020 Oxunub: 30 Orta qiymət: 0

Bildiririk ki, saytımızda qeyd olunan əməkdaşların elektron poçt ünvanına daxil olan müraciətlər növbəlilik əsasında icra olunur. Əlavə məlumat üçün siyahıda qeyd olunan əməkdaşlarla əlaqə saxlaya bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbadova Günel Mahmud qızı gu***@gmail.com ID: 1235
Bildirmək istəyirəm ki, 2018-ci ilin noyabr ayının ortalarında ölkədən çıxmaq istərkən, mənə məlum oldu ki, ölkədən getmək hüququm məhdudlaşdırılmışdır. Araşdırdığım zaman məlum olmuşdur ki, həmin ölkədən çıxış məhduddiyəti qərarını Nizami rayon məhkəməsi AR Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin təqdimatı əsasında qəbul etmişdir. Bununla əlaqədar Vergilər Nazirliyinə müraciət etdikdə, onlar mənim “CASPİAN TRUST GROUP” MMC (VÖEN: 7200594151) direktoru olduğumu və müəssisənin 5388.93 manat məbləğdə vergi borcu olduğunu, buna görə də mənim məsuliyyət daşıdığımı bildirdilər. Daha sonra öyrəndim ki, adı çəkilən müəssisə “PROGRESS-SV” MMC və Adilov Anar Nazim oğlu tərəfindən təsis edilmiş və onlar xəbərim olmadan məni 23.01.2017-ci il tarixdə imzalanmış ərizə və nizamnamə əsasında “CASPİAN TRUST GROUP” MMC (VÖEN: 7200594151) müəssisəsinə direktor təyin etmişdilər. Həmçinin, adımdan Bəylərov Namiq Camal oğlu adlı şəxsə saxta etibarnamə verərək Beynəlxalq Bankın Sumqayıt filialında hesab açmışlar. Bildirmək istəyirəm ki, bu müəssisənin yaradılması və fəaliyyəti ilə bağlı heç bir məlumatım və iştirakım olmayıb, adı çəkilən müəssisəyə razılığım və xəbərim olmadan direktor təyin edilmişəm və mənim adımdan saxta yollarla sənədləşmə aparılıb, adımdan saxta imza qoyulub, dövlət və qeyri-dövlət orqanlarında əməliyyatlar aparılıb. Heç bir xəbərim və iştirakım olmadan mənim dövlət və hüquq qarşısında məsuliyyətim yaradılıb. İnternet üzərindən apardığım araşdırmalar zamanı mənə məlum oldu ki, adı çəkilən şəxslərin adına çoxsaylı müəssisələr qeydiyyatdan keçirilib, dəfələrlə məhkəmə işlərinə cəlb olunma faktları var. Qeyd olunanlara əsasən, Adilov Anar Nazim oğlu və Bəylərov Namiq Camal oğlu barəsində cinayət işinin açılmasını və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, adımın direktorluqdan çıxarlımasını, həmin müəssisənin fəaliyyəti ilə bağlı heç bir iştirakımın olmadığını nəzərə alaraq, məsuliyyətimin aradan qaldırılmasını, ölkədən çıxışıma qadağanın götürülməsini tələb edirəm.
14/04/2020 Oxunub: 73 Orta qiymət: 0

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Müraciətinizdə qeyd olunan halın araşdırılması üçün saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsi vasitəsilə rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nurlan Qəzənfər oğlu Nağıyev nu***@gmail.com ID: 1233
Salam.Mən Nağıyev Nurlan Qəzənfər oğlu."HARRYLAND LANGUAGE CENTER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ ni 22.01.2020-ci ildə hüquqi şəxs kimi qeydiyyatdan keçirmişəm (VÖEN 1702794251).Rəhbər olduğum "HARRYLAND LANGUAGE CENTER" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ dil kursu kimi fəaliyyət göstərir.Lakin mövcud vəziyyətlə əlaqədər olaraq Nazirlər kabineti yanında operativ qərargahın verdiyi qərara əsası tutaraq kursun fəaliyyətini dayandırmışıq.Amma fəaliyyət göstərməməyimizə baxmayaraq icarə müqaviləsi əsasında icarə haqqı,vergi borcu və digər xərclərin ödənişini edirəm. Öyrənmək istəyirəm ki,fəaliyyət göstərmədiyimiz dövrdə dövlət tərəfindən hazırlanmış mexnizmlərdən sahibi olduğum MMC-yə hər hansı bir güzəşt və ya kompensasiya düşürmü? Diqqətiniz üçün minnətdaram.
14/04/2020 Oxunub: 45 Orta qiymət: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir: 
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sakit Adilov Adil oğu sa***@mail.ru ID: 970
Salam. ƏDV ödəyicisi olan firmaya hədiyyə daxil olmuşdur. Həmin hədiyyə şirkətin işçilərinə hədiyyə kimi verilmişdir. Bu zaman işçilərə verilən hədiyyə üçün ƏDV hesablanmaldırmı?
14/04/2020 Oxunub: 199 Orta qiymət: 3

Bildiririk ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Müraciətinizdə qeyd olunan hədiyyə vergi ödəyicisi tərəfindən əldə olunarkən ƏDV-yə cəlb olunmuşdursa, həmin malların işçilərə hədiyyə olunması ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

3/5 (7 Orta qiymət)
Qiymət ver:
Sadiq Quliyev Asif oğlu Sa***@inbox.ru ID: 1232
Salam, hər vaxtınız xeyir, mən qeyri rezidentlərin ödəmə mənbəyindən vergi tutulması barədə izahlı nümunələri istəyirem bəndlər üzrə Vergi Məcəlləsində biraz çətin formada yazılır. Zəhmət olmasa, bu barədə izahlar verərdiz. Əvvəlcədən təşəkkür edirəm.
14/04/2020 Oxunub: 86 Orta qiymət: 5

Bildiririk ki, qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə əsasən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən xərclər çıxılmadan Məcəllənin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur. 

Misal olaraq, daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxs rezident şəxsə məsləhət xidməti göstərir və xidmət qarşılığında 1000 manat xidmət haqqı alır. Bu halda rezident şəxs ödəmə mənbəyində 125.1.5-ci maddəsinə əsasən 100 manat ödəmə mənbəyində vergi tutaraq köçürməli və vergi orqanına bəyannamə təqdim etməlidir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mövsümlü Zaur Azər za***@mail.ru ID: 1231
Salam. Qida məhsulları üzrə ƏDV-nin geri qaytarılması prosesinə nə zamandan başlanacaq?
14/04/2020 Oxunub: 137 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Novruz ra***@bk.ru ID: 1230
Mən məktubları oxuya bilmirəm məndən mobil nömrə istəyirlər 0553355498 yazıram deyilir düzgün deyil istifadəçi kodu şifer vöen silinib oxunmur vöen nömrə 1403602732
14/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zaur Kazımov za***@hotmail.com ID: 1228
Müddətsiz imtiyazlı səhmlər üzrə ödənləcək faizlərin gəlirdən çıxılmasına icazə verilirmi?
14/04/2020 Oxunub: 37 Orta qiymət: 0

Bildiririk ki, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 110-cu maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Huseynzade rashad halay oglu ra***@inbox.ru ID: 1226
Salam, mən 2016-cı ildə vöen almışam. Sonradan müvəqqəti bağlamışam. İndi fərqlənmə nişanı almaq üçün ödəniş etmişəm 18.40 azn, çeki də məndədir. Onunla yaxınlaşıb fərqlənmə ala bilərəm, yoxsa VÖEN aktiv olmalıdır?
14/04/2020 Oxunub: 50 Orta qiymət: 5

Bildiririk ki, taksi minik avtomobili ilə sərnişindaşıma həyata həyata keçirən fiziki şəxs vergi orqanında vergi uçotuna dayandıqdan sonra  Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəkyinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdır.

«Fərqlənmə nişanı» almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən, avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi göstərilən bank ödəniş sənədi əlavə edilməlidir.

Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əkbər Nəcəfalıyev Müzəffər ne***@gmail.com ID: 1225
Asan imza sertifkartının aktivləşməsi ilə bağlı.
14/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məlikov Hafiz Mövsüm ta***@mail.ru ID: 1224
Salam, mən ASAN İmza İD kodunu itirmişəm bunu yenidən necə əldə edə bilərəm?
14/04/2020 Oxunub: 37 Orta qiymət: 0

Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Teymur Nəcəfov Elşən oğlu te***@gmail.com ID: 1059
Salam. Bildiyiniz kimi, xüsusi karantin rejimi ilə əlaqədar 2020-ci il 29 mart - 3 aprel tarixləri qeyri-iş günləri kimi müəyyən edilmişdir. Bununla belə, "ASAN xidmət” mərkəzlərinin fəaliyyəti 29 mart 2020-ci il tarixindən xüsusi iş rejimində davam edir. Bu səbəbdən hal-hazırda ASAN İmza sertifikatının alınması mümkün deyil. "ASAN İmza" olmadan hesabatlarının verilməsi mümkün olmadığı nəzərə alaraq, yazıb sizdən xüsusi karantin rejimi zamanı "ASAN İmza" sertifikatın alınması yolları haqqında məlumat əldə etmək istərdim.
14/04/2020 Oxunub: 127 Orta qiymət: 3

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: https://bit.ly/2UqPoOc

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Sahib Məmmədov Sa***@gmail.com ID: 1223
Salam mən fiziki şəxs kimi vergi ödəyirəm. Karantinə görə işləmirəm. Birdəfəlik yardım almaq üçün mən necə müraciət edim? Xahiş edirəm sualımı cavablandırın.
14/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sənan Kərimli Seylan oğlu se***@gmail.com ID: 1222
Salam. Covid-19 la bağlı yardım ancaq mart ayı üçündür yoxsa aprel ayına da şamil olunur? Yəni əmək haqqlarının verilməsi bağlı.
14/04/2020 Oxunub: 21 Orta qiymət: 0

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində məbləğ iki bərabər hissəyə bölünməklə 2 ay ərzində ödənilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver: