Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Agayev ilkin elisefa aq***@gmail.com ID: 1311
Salam, rayonumuzda çoxlu sayda marşrut sürücüləri var, məlum səbəbdən evdə oturublar. Eləcə də vergi ödəyicisidirlər. Onlara veriləcək yardımla bağlı məlumat istərdim.Təşəkkür.
17/04/2020 Oxunub: 32 Orta qiymət: 5

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir: 
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.
 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Qardaşxan Fetullayev Iltifat el***@gmail.com ID: 1310
Vöen haqqında məlumat.
17/04/2020 Oxunub: 24 Orta qiymət: 5

Fətullayev Qardaşxan İltifat oğlu (VÖEN 8300405302) vergi ödəyicisi kimi uçotdadır.     

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Tağızadə Svetlana Semyonovna sv***@gmail.com ID: 1309
Mən özüm sahibkaram, işçilərim var. Xahiş edirəm deyin, DSMF-ə özüm və işçilər üçün iki hesabat göndərimmi? Və ya bir ümumi hesabat? Özüm üçün göndərdim. İşçilərin göndərilməsi zamanı sistem bildirir: Bu dövrdə carı bəyannamə verildiyindən carı bəyyannamə verilə bilməz.
17/04/2020 Oxunub: 46 Orta qiymət: 5

Bildiririk ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (bundan sonra Bəyannamə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər,  “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir. 

Bəyannamədə həm Məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqları üzrə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar barədə məlumat, həm də Muzdlu işə dair məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə cəlb edilən gəlirlər və hesablamalar müvafiv olaraq 4-cü və 5-ci bölmələrdə qeyd olunur. Cari bəyannamə tərəfinizdən təqdim edildiyi halda, dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Rzayev Səbuhi Xanbala oğlu se***@gmail.com ID: 1308
Muraciətim 190 manat pul ilə bağlıdır, bilmək istəyirəm düşür ya düşmür. Əgə0r düşmürsə niyəsində bilmək istəyirdim?
16/04/2020 Oxunub: 25 Orta qiymət: 5

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Seymur Həşimov Ramiz hs***@gmail.com ID: 1307
Sizə yazıb bildirirəm, ki 2011-ci ildə vöeni baglatmışam. Ancaq məlum olub,ki 2 saylı Sumqayıt şəhər vergi orqanın işcisinin məsuliyyətsiz yanaşmasi nəticəsində vöenimi bağlanmaması haqda məlumat bildirilmişdir, Dovlət Məşqulluq mərkəzindən. Xahis edirəm müracətimə baxılsın.
16/04/2020 Oxunub: 27 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir. 

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. Həmçinin müraciətinizin araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına və ya Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Günay Abasova Yasəf gu***@eqm.az ID: 1306
Salam, mənim sualim vahid bəyannamə ilə bağlıdır. Əgər işçi hesabat dövrünün 1-ci ayının ortasında işə qəbul olub və 13 işlədiyi gün 5 işləmədiyi gün var, 2-ci ayın ortasında işdən azad edilmişdir. 10 işlədiyi gün və 10 işləmədiyi gün vardır. Bir işçi üçün müxtəlif aylarda 2 səbəb olduğu üçün bu zaman həmin işçinin cədvəldə qeyd olunma forması necə olacaqdır?
16/04/2020 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinə (hesabatına) Əlavə №1”-in  “Vergi ödəyicisi haqqında ümumi məlumat” adlanan 1 nömrəli bölməsində 7 nömrəli “Ümumi iş günlərinin sayı” adlı sətrində işçilərin hər bir ay üzrə işləməli olduğu iş günlərinin sayı qeyd olunur. İki və çox növbəli iş rejimi olduqda, iş günlərinin sayı daha çox olan növbənin iş günlərinin sayı qeyd olunur. Eyni zamanda, Əlavənin 2 nömrəli bölməsinin “İşçinin işləmədiyi iş günləri haqqında məlumat” adlanan 5-ci hissəsində işçilərin (sığortaolunanların) işləmədiyi iş günlərinin səbəbi göstərilir. İşçinin işləmədiyi iş günlərinin bir neçə səbəbi olduqda işçinin həmin məlumatları ardıcıl olaraq növbəti sətirdə qeyd olunmalıdır.  

Əsas: Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydası 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rəvan Məmmədov Mərdan oqlu re***@gmail.com ID: 1304
Salam. Mən VÖEN-imi 01.03.2020 mağazanın yerini dəyişdiyimə görə bağlamışam. 2020-ci ilin 1 ci rübün hesabatını verməmişəm. Vöen üzrə edilən yardım mənə düşür, mən nə etməliyəm?
16/04/2020 Oxunub: 27 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dadaşova Nuranə Faiq nu***@gmail.com ID: 1303
Salam. Mənim adıma VÖEN var idi. Bizi nazirlikdən festivala göndərmişdilər. Bizə ödəniş etmələri üçün Vöen açdırmağı tələb etdilər. Və məndə açdırdım. Mahiyyətini anlamadım. Bəyəmnamələri gömdərməmişdim. Sonra idarəyə gedib bağlatdırmaq üçün müraciət etdim. Dedilər bir ay müddətində bağlanılacaq. İndi karantin dövründə işsizlik üçün müraciət etdim. Mənə mesaj gəldi ki, vergi ödəyicisi olduğunuz üçün sizə pul düşmür! Xaiş edirəm mənə köməklik göstərəsiniz VöENin bağlanılması üçün.
16/04/2020 Oxunub: 29 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aliyev Nazim Maqammed 19***@gmail.com ID: 1302
04. 04. 2014 tarixindən mən fəaliyyətimi dayandırmışam. Həmin tarixdən bugünə qədər heç bir yerdə işləmirəm və heç bir sahibkarlıq fəaliyyətinnəndə məşqul deyiləm. Sizin mənim haqqımda verdiyiniz məlumat düzgün deyil və bunun araşdırılmasını xahiş edirəm.
16/04/2020 Oxunub: 30 Orta qiymət: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.

Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Müraciətinizlə bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

Əsas: Vergi Məcəlləsinin 16.2-ci və 16.3-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Terife Quliyeva Adil qizi te***@gmail.com ID: 1301
Salam. Mən kicik sahibkaram Laçın Ticarət Mərkəzində. Fevral ayənn yarısı və mart ayı tam ödəməmişəm Sosialı. Ancaq vergini ödəmişəm tam mart ayına kimi. Mənə vergilərdən verilən yardım düşür yoxsa ödəməliyəm sosialı. Xahiş edirəm tam məlumat verərdiz.
16/04/2020 Oxunub: 25 Orta qiymət: 0

Bildiririk ki, sığortaedən şəxslər hesabat dövründə fəaliyyət göstərmədiyi halda müəyyən olunmuş hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etməlidirlər. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yasinov Bəxtiyar Tofiq oğlu ze***@mail.ru ID: 1299
Salam. Mən fərdi sahibkaram. Asan nömrə almışam. Asan imzadan istifadə edə bilmək üçün online sertifikat əldə etməliyəm. Bunun üçün nə etməliyəm? Hansı sənədləri hansı mail adresinə göndərməliyəm?
16/04/2020 Oxunub: 38 Orta qiymət: 0

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səməd Veyiszadə Vahib se***@gmail.com ID: 1297
Salam, mən vergi ödəyicisiyəm. Ancaq adım çıxmır vergi ödəyiciləri sırasında. Zəhmət olmasa, bununla bağlı mənə məlumat verəsiniz.
16/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Vergilər Nazirliyinin rəsmi internet saytının  “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.       

Veyiszadə Səməd Vahib oğlu (VÖEN 1306251942) vergi ödəyicisi kimi uçotdadır.  

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elşən Əliyev Zakir oğlu l-***@mail.ru ID: 1296
Salam. Mən Əliyev Elşən (Ş/v AA040934) (VÖEN 2904274322) bu gün Asan İmza (0559416501) (İCCİD 89994550070136452062) əldə etdim. Nömrəyə sertifikat almaq üçün məni Bakcell Müştəri Xidmətləri Asan Xidmət mərkəzinə yönlənlirdilər. Amma Asan Xidmət mərkəzi işləmədiyini və 195 qaynar xətti ilə əlaqə saxlamağımı məsləhət gördülər. Amma mən gün ərzində bir neçə dəfə cəhd etdim və heç cür bu nömrə ilə əlaqə saxlaya bilmədim. Xahiş edirəm mənə köməklik edəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
16/04/2020 Oxunub: 36 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əyubova Təranə Eldar qızı va***@gmai.com ID: 1295
Salam, vöenimi necə bağlaya bilərəm?
16/04/2020 Oxunub: 24 Orta qiymət: 5

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Dərişov Zaxar Zakir oğlu ta***@mail.ru ID: 1294
Gürcüstanın rezidenti olan müəssisə poti limanından Azərbaycan şirkətinin malını sərhədə kimi daşıyıb gətirir. Gömrük rəsmiləşməsində qeyri rezidentə Gürcüstan müəssisəsinə ödənilən pula görə ƏDV hesablanıb ödənilir. Rezident müəsisə ödədiyi həmin pula görə ödəmə mənbəyində vergi ödənilməlidirmi?
16/04/2020 Oxunub: 131 Orta qiymət: 0

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.17-ci, 13.2.33-cü125.1.4-cü165.1.4-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elşən Əliyev Zakir oğlu l-***@mail.ru ID: 1293
Salam. Mən Əliyev Elşən Zakir oğlu (Ş/V AA0040934) ( VÖEN 2904274322) bu gün Asan İmza (055 941 65 01) (İCCİD 89994550070136452062) əldə etdim və ona sertifikat almaq üçün Asan Xidmət mərkəzinə müraciət etdim onlarda məni 195 Vergilər Nazirliyinin Qaynar xəttinə zəng etməyimi məslhətgördülər. Amma mən bu nömrəyə gün ərzində çox sayda zəng etdim düşə bilmədim. Xahiş edirəm mənə bu barədə köməklik və ya məlumat verəsiniz.
16/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vaqif Əhmədov Vaqifoviç va***@mail.ru ID: 1291
Salam. Koronavirus pandemiyası ilə əlaqədər olaraq dövlətdən maliyyə dəstəyi aldadıqdan sonra həmin gəlirə görə vergini ödəmək lazım olub olmadıqını öyrənmək istərdim.
16/04/2020 Oxunub: 35 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babayev Arif Bəybala oğlu ar***@gmail.com ID: 1290
1. Əgər MMC-nin təsisçisi və rəhbəri eyni bir şəxsdirsə, əmək müqaviləsi bağlanmalıdırmı? 2. MMC-nin təsisçisi və eyni zamanda rəhbəri olan şəxs özünə əməkhaqqı hesablamadan işləyə bilərmi?
16/04/2020 Oxunub: 48 Orta qiymət: 0

Hüquqi şəxs dövlət qeydiyyatına alınarkən təsis sənədlərində rəhbər kimi qeyd olunan şəxs həmin hüquqi şəxsin işçisi hesab olunur, işəgötürən tərəfindən onunla, habelə muzdlu işə cəlb edilmiş hər bir işçi ilə yazılı əmək müqaviləsi bağlanmalı, qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsinin bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməli, bu şəxslərlə Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı hesablanmalı, həmin əmək haqqından ödəmə mənbəyində vergi tutulmalı və vergi orqanına bu barədə hesabat təqdim edilməlidir.

İşçilərlə əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ruslan ru***@gmail.com ID: 1289
Asan imzanı aktiv eləmək istəyirəm. Zəng edirəm mobil telefonla düşmək olmur balansım gedir.
16/04/2020 Oxunub: 22 Orta qiymət: 0

Bildiririik ki, 27 aprel tarixindən “ASAN xidmət” mərkəzlərində vətəndaşların  qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Tələb olunan sənəldlər və formaları ilə buradan  tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərid Pirmətov Arzu pi***@gmail.com ID: 1288
İcaze.gov.az saytına asan imza ilə daxil olmaq istəyirəm amma alınmır. PUK klidlənib cümləsi yazılır. Zəhmət olmasa kömək edərdiniz. Çox sağ olun
16/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Asan İmza PİN kodları 3 dəfədən artıq yığıldıqda Asan İmza xidməti deaktiv olur və onu aktiv etmək üçün Asan İmza PUK kodundan istifadə edilir. Əgər Asan İmza PUK koduda 3 dəfə səhv daxil edilərsə, Asan İmza xidməti bağlanır. Bundan sonra Sİm kartın dublikatını çıxartmaq tələb olunur.

Elektron xidmətlər və onların tətbiqi zamanı yaranan xətalar ilə bağlı ətraflı məlumatı  saytımızın “Xidmətlər” bölməsinin “Xətaların izahı” altbölməsindən əldə edə bilərsiniz.

Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərdən istifadə zamanı çətinlik yarandıqda operativ köməklik göstərilməsi üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)  müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Orta qiymət)
Qiymət ver: