Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. 

Sorğunuzda qeyd olunan halda, müəssisənin keçmiş dövrün bölüşdürülməmiş mənfəəti hesabına cari ilin zərərini ödəməsi haqda qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə, fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi Məmmədyarov Seymur Cavad oğlunun (VÖEN 1202615072) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda yerli internet platformaları vasitəsilə təqdim edilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
 

Ümumi qiymət: 4/56
Qiymət ver:

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən  proqram təminatı satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 104.2-ci, 126-cı və 155.1-ci maddələri ilə tənzimlənir.  
 

Ümumi qiymət: 5/54
Qiymət ver:

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzindən (195-1) istifadə qaydası ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 155-ci, 157-ci, 159-cu və 218-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin, vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələri.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

 

Ümumi qiymət: 4/55
Qiymət ver:

Bildiririk ki, vergidən azad olunan əməliyyatların siyahısı Vergi Məcəlləsinin 164-cü maddəsində müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Məlumat üçün bildiririk ki, neft və qaz məhsulları ƏDV-dən azad edilməmiş və bu məhsulların təqdim edilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Eyni zamanda həmin məhsullar fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət fəaliyyəti göstərən şəxslərdən alınmış və Vergi Məcəlləsinin 165.5-ci maddəsinin müddəaları çərçivəsində ödənilmiş ƏDV məbləğinin müəyyən faizinin qaytarılmasını nəzərdə tutulan mallara aid edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 164-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı.
 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi orqanlarında uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyəti gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi qaydası ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. 

Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 101-ci, 124-cü və 150-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Fiziki şəxsin royalti gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-yə cəlb olunmur və ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur. Royalti gəlirləri hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün, hüquqi şəxs ƏDV məqsədləri üçün qeydiyyatda olduğu halda əldə etdiyi royalti gəlirləri ƏDV-yə və mənfəət vergisinə cəlb olunur.

Həmçinin bildiririk ki, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi üzrə royalti ödənişləri ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ilə yanaşı, ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 124-cü və 159-cu maddələri.

 

Ümumi qiymət: 3/52
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə vergi qanunvericiliyilə deyil, mülki qanunvericilik və müəssisənin nizamnaməsi əsasında həyata keçirilir. 

Eyni zamanda, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 

Bu haqda ətraflı məlumatla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, adından da göründüyü kimi VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin fəaliyyət növlərinin sayından asılı olmayaraq, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dəyişmir və eyni VÖEN-lə iki və daha çox fəaliyyət növünün olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuzda qeyd olunan, tərəfinizdən hüquqi şəxslərə (tikinti şirkətlərinə) rüb ərzində göstərdiyiniz xidmətlərin dəyəri ümumi əməliyyatlarınızın həcminin 30-dən çox olduğu halda gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Sadələşdirilmiş vergi xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver: