Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Vüsal Yusifov Rəfael vu***@mail.ru ID: 759
Salam. Şəxsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs (maqazin) nə qədər vergi ödəməlidir. Zəhmət olmasa istinat etdiyiniz maddəni qeyd edin.
25/01/2020 Oxunub: 40 Orta qiymət: 5

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi  (mikro sahibkarlıq subyekti olduqda 5 faizi) həcmində ödənilir.

Əsas: Vergi Məcəlləsinin 101.4-cü, 102.1.30-cu, 108-ci, 219-cu, 220.1-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Abdulova İlahə il***@mail.ru ID: 730
Salam. Bizim tərəfimizdən qarşı tərəfə göndərilmiş və qarşı tərəfdən təsdiqlənmiş e-qaiməni ləğv etmək istədikdə bu əməliiyatı bizim şirkət yox qarşı tərəf edir. Ləğvə göndərir və ləğvi təsdiqləyir. İndi bilmək istəyirəm ki, bu əməliyyatdan sonra mən nə etməliyəm? Həmin qaiməni silməliyəm yoxsa yox? Təlimatda 1 ay ərzində təsdiqlənməzsə ləğv olunacaq deyilir
24/01/2020 Oxunub: 56 Orta qiymət: 1

Bildiririk ki, elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır.

Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

1/5 (1 Orta qiymət)
Qiymət ver:
Xəyal Tağıyev Rəşid Ta***@mail.ru ID: 728
Salam mən 2-ci qrup əliləm neçə ildi ki, işsiz idim sonra ƏƏSMN-nin sayəsində avadanlıq aldım foto studiya açdım düzdü qazancım olmur amma fəaliyyətimi dayandırada bilmərəm yoxsa əlimdən alınar aparatlar. Sizə yazmaqda məksədim budur ki. Bayaq qeyd etdiyim kimi mən 2-ci qrup əliləm bu pensiya fonduna məndə pul ödəməliyəm ? yəni mən özüm pensiya alıram amma onuda deyim ki, mənim 5 il stajım vardı 2013 cü ildə məni əmək pensiyasına çıxartmadılar stajım batdı indi pensiya fonduna pul keçirməyin nə mənası var axı.
23/01/2020 Oxunub: 67 Orta qiymət: 0

1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət həyata keçirən şəxslər aylıq 15 manat məbləğə müvafiq əmsalı tətbiq etməklə sadələşdirilmiş vergi ödəyirlər. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab edilir.

Həmçinin bildiririk ki, sığortaolunan şəxs qanunla müəyyən edilmiş dərəcələrlə sosial sığorta haqqını ödəməli və vergi orqanına hesabatı təqdim etməlidir.

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsinin 220.10-cu maddəsi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Babayeva Aydan ay***@mail.ru ID: 727
Salam. Mənim sualım fiziki şəxslərin gəlir vergisi bəyannaməsi ilə bağlıdır. Belə ki, fiziki şəxs 2019-cu il ərzində cari arayışlar təqdim edib və orada müvafiq olaraq avtomatik hesablanan vergi məbləğləri büdcəyə ödənilib (artıq ödəmədə var). Cari arayışlarda 296, 297 və 298-ci sətrlər doldurulub. Bəyannamədə bu rəqəmlər harada qeyd olunmalıdır? Vergi məbləği fərqli alınır.
23/01/2020 Oxunub: 53 Orta qiymət: 4

Bildiririk ki, cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir.

Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Hesablamalar sistem tərəfindən avtomatik aparıldığından bəyannamədə cari vergi ödəmələri haqda məlumatın qeyd olunması nəzərdə tutulmamışdır.

4/5 (2 Orta qiymət)
Qiymət ver:
Əli Ramazanlı ra***@mail.ru ID: 726
Salam. Biz ailədə 3 nəfərik. Ailəm və mən işləyirəm. Mən hərbi qulluqçuyam, ailəm isə tibb sahəsində işləyir. Bilmək istəyirəm ki hərbi qulluqçuların ailələri işləyirsə onlar vergidən azad edilir və vergi güzəşti tətbiq olunur.
23/01/2020 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, hərbi qulluqçuların ailə üzvləri üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız vəfat etmiş döyüşçülərin maddədə qeyd olunan ailə üzvlərinə aid edilir.

Məlumat üçün bildiririk ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.6-cı,102.2.5-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülnar Həsənova Namazalı go***@bk.ru ID: 720
Salam. DSMF-yə işçinin əmək haqqından ayrılan vergini hansı təsnifat koduna yükləmək lazımdır zəhmət olmasa köməklik edəsiniz. Öncədən təşəkkür.
23/01/2020 Oxunub: 65 Orta qiymət: 0

1 yanvar 2020-ci il tarixdən qüvvədə olan büdcə təsnifat kodlarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları hüquqi şəxslər üzrə 121111, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121112, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdla işləyənlərin əməkhaqlarından sosial ayırmalar hüquqi şəxslər üzrə 121211, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121212 təsnifat kodları üzrə köçürülməlidir.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial ayırmalar və vergi ödənişləri üçün 2 vərəq yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Faina Vahidova Əli qızı fa***@gmail.com ID: 714
Təsisçi tərəfindən təsis olunan hüquqi şəxsə 01.04.2018-ci il tarixində qaytarmaq şərti ilə faizsiz 50000 azn borc verir. 10.01.2020-ci il tarixində müəssisə bu borcun bir hissəsini (20000azn) təsisçiyyə qaytarır. Sualım belədi: 1. 01.04.2018-ci ildən faizi hesablanmalıyıq və bu faiz məbləğindən ödəmə mənbəyindən 10 faiz dərəcə vergi tutmalıyıq? 2.Təsisçiyə 20000azn qaytarılan zamanda borcun məbləğindən ödəmə mənbəyindən 10 faizi tutur və qalan məbləği təsisçiyə köçürür? Yoxsa bütöv 20000azn ona qaytarmalıyıq?
22/01/2020 Oxunub: 108 Orta qiymət: 5

Bildiririk ki, müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi halda verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi və borcun alındığı müddət nəzərə alınmaqla faizlər borcun qüvvədə olduğu günlər üçün hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməyə və ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməyə borcludurlar.

Məlumat üçün bildiririk ki, ödəmə mənbəyində tutulan vergi borcun əsas məbləğindən deyil, borc məbləğinə görə hesablanan faizdən tutulur.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Əsas:  Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 58.7-1-ci, 110-cu, 123.1-ci və 150-ci maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mahmud Sahmuradov Gulam oglu Sa***@mail.ru ID: 701
Salam. Mən bir neçə ay əvvəl özümə VÖEN hesabı açdırdım. Təzəlikcə isə Moskvaya getdim, hesabımı dondurmaq isə yadımdan çıxdı. Mən indi onu necə dondura bilərəm? Və ya nə edə bilərəm?
20/01/2020 Oxunub: 40 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Fiziki şəxsin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda fəaliyyətinin Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “E-Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Respublikamızdan kənarda olduğunuz təqdirdə müvafiq qaydada etibarnamə verməklə səlahiyyətli şəxs təyin edə və onun vasitəsilə sözügedən ərizəni vergi orqanına göndərə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.09.2016-cı il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sadıqov Elxan Nazim el***@mail.ru ID: 612
Salam 2010-cu ildən neft bazarları özəlləşdirildi, əvəzində isə bəzi ərazilərdə neft terminalları fəaliyyət göstərir. Buna baxmayaraq yanacaq doldurma məntəqələrinə yanacaq satışı ilə məşğuldurlar. Amma aldığımız yanacaq yol kirəsini bizi kimi fərdi sahibkar yanacağın daşınmasına qaimə-faktura verməklə pulunu alaraq yanacaq doldurma məntəqəsinə gətirirlər. Həmin qaimə-fakturada göstərilmiş yanacağın daşınma xərci mənfəət vergisinin bəyənnaməsində xərcə daxil olur ya yox, çox xahiş edirəm Vergi Məcəlləsinin maddələri ilə geniş izah edəsiniz.
16/01/2020 Oxunub: 278 Orta qiymət: 4

Bildiririk ki, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir.

Həmin Qərara əsasən, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır.

Əsas: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı, Vergi Məcəlləsinin 108-ci, 109-cu maddələri.

4/5 (12 Orta qiymət)
Qiymət ver:
Emin Mehdiyev Fərəc oglu tu***@mail.ru ID: 590
Salam. Fiziki şəxs (VÖEN : 1000294292) qismində sahibkarlıqla məşgul olmuşam. Sonradan fəaliyyətimin dayandırılması haqqında vergi orqanlarına ərizə ilə müraciət edib, fəaliyyətimi dayandırmışam, Artıq uzun illərdir bu sahədə fəaliyyətim yoxdur. 19.12.2019 -cu il tarixdə Bakı şəhər Lokal Gəlirlər Baş idarəsinin rəis müavini İlham Əmirəliyevin imzası ilə ünvanıma göndərilən məktubda bildirilir ki, mənim elektron kabinetimə sənədlər göndərilir və mən onlara cavab vermirəm. Məlumat üçün bildirirəm ki, mənim elektron ünvanım yoxdur, əgər yaradılıbsa da bu barədə mənə məlumat verilməyib. Xahiş edirəm bu haqda mənə ətraflı məlumat verəsiniz.
16/01/2020 Oxunub: 262 Orta qiymət: 5

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir.

Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Müraciətinizdə qeyd olunan vergi ödəyicisinin fəaliyyəti hazırda aktivdir və fəaliyyətinizin yenidən dayandırılması üçün vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 30.2.8-ci, 33-cü,  34-cü maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Asif Yusifli Hacağa as***@gmail.com ID: 626
Salam. Mən Vergilər nazirliyinin rəsmi səhifəsində araşdırdım tapa bilmədim. Vergilər nazirliyində könüllü kimi fəaliyyət göstərmək mümkündürmü? Əgər mümkündürsə necə?
16/01/2020 Oxunub: 228 Orta qiymət: 5

Bildiririk ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Vergilər Nazirliyi tərəfindən verilən könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı müraciətlərin qəbulu haqda elanda göstərilən tarixədək müraciət edə bilər.

Sonuncu elana əsasən, könüllü kimi faəliyyət göstərmək üçün müraciətlər 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul edilmişdir.

Könüllü fəaliyyəti barədə ətraflı məlumatı səhifəmizin “Könüllü fəaliyyəti” bölməsindən əldə edə bilərsiniz.

5/5 (4 Orta qiymət)
Qiymət ver:
Royal Jamalov ro***@gmail.com ID: 561
Salam. EVHF tətbiqi ilə əlaqədar sual ünvanlamaq istəyirəm. Belə ki, nəqliyyat vasitəsi ilə satışı həyata keçirən bir müəssisə (məsələn, quş əti satışı, süd məhsulları satışı) gün ərzində vergi ödəyicisi kimi qeydiyyatda olmayan yüzlərlə müştəriyə pərakəndə məhsullar satırsa, vergi məqsədləri üçün satışın rəsmiləşdirilməsi kimi hansı vasitədən istifadə edə bilər? Kağız köhnə qaimə formalarının yazılması kifayətdirmi?
16/01/2020 Oxunub: 274 Orta qiymət: 5

Bildiririk ki, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8.3-cü və 16.1.9-cu maddələri, Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-cı il tarixli Q-09 №–li Qərarı.

5/5 (6 Orta qiymət)
Qiymət ver:
Tural Ismayilov is***@gmail.com ID: 587
Salam mən Füzuli rayonundan qaçqınam, iş yerində mənə qaçqın kimi vergi tutulma zamanı güzəştlər var yoxsa necə? İş yerim Sumqayıt texnalogiyalar parkıdır.
16/01/2020 Oxunub: 204 Orta qiymət: 5

Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Allahverdiyeva Güldanə gu***@gmail.com ID: 584
Salam. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı (xəstəlik vərəqəsinə əsasən) sığortaedənin vəsaiti hesabına ödənilən müavinətdən 0,5 % işsizlikdən sığorta haqqı tutulurmu? Suala "bəli" və ya "xeyr" olaraq dəqiq cavab verməyinizi xahiş edirəm. Əgər tutulursa hansı maddəyə və ya tutulmursa hansı maddəyə və qanunvericiliyə əsaslanmalıyıq?
16/01/2020 Oxunub: 384 Orta qiymət: 3

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

3/5 (13 Orta qiymət)
Qiymət ver:
Zahid Əlimuradov Murad za***@gmail.com ID: 516
Salam. Mən kənd təsərrüfatına yararlı pay torpağı mülkiyyətçisiyəm. Ailəm 4 nəfərdən ibarətdir və müvafiq olaraq 4 nəfərin payına görə sosial sığorta ödənişi hər bir ailə üzvünə ayrı ayrılıqda minimum əmək haqqının 6 faizini dövlət sosial müdafiə fonduna köçürməliyəm. Faktiki olaraq mən pay torpağında buğda əkirəm. Buğdanı dekabrda əkirəm biçimədək heç bir iş görmürəm yəni ki, fəaliyyət göstərmirəm. İyun ayında buğdanı biçirəm. Belə olduqda mən sosial sığorta ödənişini hansı aylar üçün ödəməliyəm? Qeyd edim ki heç bir yerdə işləmirəm. Biçimdən sonra buğdanı satıb gəlir əldə edə bilərəm.
16/01/2020 Oxunub: 218 Orta qiymət: 3

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Müraciətinizdə qeyd olunanlara əsasən, torpaq sahəsindən istifadə olunduğu üçün yuxarıda qeyd olunan qaydada  sosial sığorta haqqı hesablanmalı və ödənilməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

3/5 (6 Orta qiymət)
Qiymət ver:
Emin Vəliyev ve***@list.ru ID: 615
Xahiş edirəm çox qısa zamanda cavablandırasınız. Müəssisə ləğv edildikdə işçiyə ödənilən müavinət gəlir vergisinə cəlb edilirmi?
16/01/2020 Oxunub: 306 Orta qiymət: 5

Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin  98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Elçin Məmmədov te***@mail.ru ID: 599
Salam. Vergi Məcəlləsinin 57.1-1-ci maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maddədə arayışı və ya hesabatı fiziki şəxslərə təqdim edirlər, yoxsa torpaq sahəsi olan fiziki şəxs təqdim edir vergi orqanlarına?
16/01/2020 Oxunub: 168 Orta qiymət: 5

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Qeyd olunan şəxslər hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə vergi orqanına hesabat təqdim etməlidirlər. Hesabatı müəyyən olunmuş müddətdə təqdim etməyən şəxsərə isə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 57.1-1-ci maddəsi.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Elçin Məmmədov te***@mail.ru ID: 602
Salam, vergi hesabatı dedikdə həm də sadələşdirilmiş vergi bəyannaməsi nəzərdə tutula bilər?
16/01/2020 Oxunub: 147 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən, o cümlədən  sadələşdrilmiş vergi bəyannaməsindən ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 72-ci maddəsi.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mais Şabanov Bəhram o. ma***@mail.ru ID: 593
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166-cı “Vergi tutulan əməliyyatların aparıldığı vaxt” maddəsinə əsasən: 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda və yaxud; 166.1.2. malların göndərilməsi onların daşınmasını nəzərdə tutursa, ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə daşınmanın başlandığı vaxtda. 166.2. Ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Yuxarıda qeyd olunanlara əsasən aşağıda qeyd etdiyim suallara dəqiq aydınlıq verməyinizi Sizdən xahiş edirəm. 1) Bildiyimiz kimi, ödəmə iki hissədən ibarətdir yəni, əsas məbləğdən və ƏDV məbləğindən. 2019-cu ilin yanvar ayında ƏDV depozit hesabımıza avans olaraq 18 manat ƏDV məbləği ödənilib. Əsas məbləğ 100 manat 2019-cu ilin aprel ayında bank hesabımıza ödənilib. Xidmət iyun ayında yerinə yetirilib və həmin ayda Elektron Qaimə və ƏDV fakturası alıcıya təqdim edilib. Sualım ondan ibrətdir ki, yanvar ayında ƏDV depozit hesabımıza alınan 18 manat ƏDV məbləğini yanvar ayı üçün təqdim edilən ƏDV bəyannaməsində əks etdirməliyikmi və əgər belədirsə əsas məbləğ və ƏDV məbləği necə göstərilməlidir. (Yəni 100 əsas və 18 ƏDV belə düzdürmü? ). İkinci hal yanvar ayında ƏDV bəyannaməsində heç bir məbləğ bəyan edilmir və fevral ayında 100 manat əsas məbləğ və 18 ƏDV məbləği bəyan edilir? 2) 166.1.1 maddəsində “ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda” sözləri qeyd edilib. Bilmək istərdik ki, “30 gün müddəti üçün”, ödəmə ƏDV deposit hesabına ödənilən gün və ya bank hesabına ödənilən əsas məbləğ üçün nəzərdə tutulub. Yəni ƏDV 30 gün hesablayanda ƏDV məbləğinin ödəniş tarixi və ya əsas məbləğin ödəniş tarixi əsas götürülməlidir?
16/01/2020 Oxunub: 269 Orta qiymət: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.

4/5 (3 Orta qiymət)
Qiymət ver:
Gülnarə Osmanova gu***@gmail.com ID: 619
Yeni nəsil kassa aparatları ilə bağlı aşağıdakı suallara cavab verilməsini xahiş edirəm: Hansı vergi ödəyiciləri bu cihazlardan istifadə etməlidir? Vergi ödəyiciləri bu aparatları hansı tarixdən etibarən quraşdırmalıdırlar Köhnə aparatların içərisində hər hansı texniki dəyişiklik etməklə onları online vaxt rejiminə qoşmaq mümkündürmü yoxsa mütləq yeni aparatlar alınmalıdırmı? Öncədən təşəkkürlər.
16/01/2020 Oxunub: 192 Orta qiymət: 5

Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

5/5 (4 Orta qiymət)
Qiymət ver: