Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
NƏZƏROV ELMƏDDİN HƏSƏN OĞLU ne***@mail.ru ID: 662
Salam. Mən 2019-cu ildə (yanvar-dekabr) e-qaimə əsasında 450 min manat dəyərində ərzaq məhsullarından ibarət mal almışam və malın dəyərinində həmi nağd qaydada həmdə nağdsız qaydada (nağdsız qaydada ödədiyimi əvəzləşdirmək hüququm yoxdur). 2019-cu il 4-cü rübün hesabatın təqdim edəndən sonra mərcburi qaydada ƏDV yə düşürəm (ardıcıl 12 aylıq dövriyyə 250 min olduğuna görə). ƏDV yə düşəndən sonra Anbarımda 2019-cu ildə e-qaimə əsasında aldığım maldan 200 min mal qalığı qalacaqdır (01.01.2020-ci il tarixə 450-250=200min manatlıq mal qalığı qalır). Ərza məhsullarının topdan satışından 5-6 % arası qazanc əldə edirəm. Sual 1. Annbarımda qalan 200 minlik malı ƏDV yə düşəndən sorna hansı qaydada satışa verib hesabatın verəcəm? Sual 2. Sadə vergidən ƏDV yə keçəndə mal qalığı gələcək dövrlərdə necə haqq-hesab edilir? əgər həmin malı 18% lə vergisini versəm 36 min manat edir mən isə o malı satandan sonar təxmini 12 min manatlıq gərir əldə edəcəm yəni 24 min manat zərər. xahiş edirəm mənə ətraflı və konkret cavab verəsiniz və sorğunun cavabını (nezerov.2021@mail.ru) e-mail adresinə göndərəsiniz.
03/02/2020 Oxunub: 145 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Həmçinin mallar vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatının qüvvəyə minmə tarixindən əvvəl əldə edildiyi halda həmin mallara görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və onların dəyərinə aid edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən, sadələşdirilmiş verginin ödəyicisi olduğunuz dövrdə əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 159-cu, 175-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Məftun ma***@mail.ru ID: 681
Salam. Sualım İcarə Müqaviləsi ilə bağlıdır. Sual: Mən Hüquqi şəxs kimi öhdəliyimdə olan obyekti Fiziki şəxsə İcarəyə vermişəm bilmək istəyirəm İcarə verdiyim obyektə görə vergini mən ödəməliyəm yoxsa icarəyə götürən Fiziki şəxs?
03/02/2020 Oxunub: 172 Orta qiymət: 5

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannamə təqdim edir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Elvin Rüstəmov Elçin ru***@icloud.com ID: 633
Qonşumuz evini vergilərdən kənar kirayə verib bunu hara və ya necə şikayet edə bilərəm?
03/02/2020 Oxunub: 180 Orta qiymət: 3

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (4 Orta qiymət)
Qiymət ver:
Sevda se***@bk.ru ID: 639
DSMF təsnifat kodları 22-3% ödəməsi üçün.
03/02/2020 Oxunub: 183 Orta qiymət: 5

1 yanvar 2020-ci il tarixdən qüvvədə olan büdcə təsnifat kodlarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları hüquqi şəxslər üzrə 121111, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq faəliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121112, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda muzdla işləyənlərin əməkhaqlarından sosial ayırmalar  hüquqi şəxslər üzrə 121211, fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə 121212 təsnifat kodları üzrə köçürülməlidir.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial ayırmalar və vergi ödənişləri üçün 2 vərəq yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kamil Agaverdiyev Aydin ka***@gmail.com ID: 673
Hər ay vergilərə nə qədər pul köçürə bilərəm? İstəyirəm ki, pulu nağd yox kart vasitəsilə köçürüm, bu mümkündürmü?
03/02/2020 Oxunub: 126 Orta qiymət: 0

Bildiririk ki, ödəməli olduğunuz vergi əldə etdiyiniz gəlirlərdən, vergi uçotuna alınarkən seçdiyiniz vergitutma metodundan asılı olaraq dəyişir. Vergi öhdəlikləri barədə ətraflı məlumatı səhifəmizin “Vergi bələdçisi” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Babayev Ələddin St***@mail.ru ID: 629
Salam, mən lotereya stilli kiçik pul uduşlu kuponlar satmaq istəyirəm zəhmət olmazsa məlumatlandırardınız. Bunun hər hansı bir hüquq və ya qanunvericiliklə zidd olan tərəfləri varmı? Əgər varsa bunlar nələrdir.
03/02/2020 Oxunub: 99 Orta qiymət: 5

Azərbaycan Respublikasında lotereya fəaliyyəti “Lotereya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin fəaliyyət sahəsinə nəzarət Mərkəzi Bank tərəfindən həyata keçirildiyinə görə bu fəaliyyətlə bağlı ətraflı məlumat almaq üçün aidiyyəti üzrə sözügedən dövlət qurumuna müraciət edilməsi tövsiyə olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ferhad Burzu Shamil dr***@yahoo.com ID: 669
Hər vaxtınız xeyir. Mən həkiməm ve America Endocrine Society - Amerika Endokrin Cəmiyyətinə illik üzvlük haqqını plastik kart ilə ödəniş etdikdə 18% əlavə dəyər vergisi ödəməliyəm? Hörmətlər.
03/02/2020 Oxunub: 231 Orta qiymət: 5

ƏDV-nin elektron ticarət qaydasında işlərin görülməsinə və xidmətlərin göstərilməsinə tətbiq edildiyini, üzvlük haqqının isə iş (xidmət) hesab edilmədiyini nəzərə alaraq qeyri-rezident təşkilata ödənilən üzvlük haqlarına ƏDV hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 159.1-ci, 169.1-ci və 169.3-cü maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli 908-IIQ nömrəli Qanununun 1.0.1-ci maddəsi.

5/5 (5 Orta qiymət)
Qiymət ver:
Yusif Əliyev sh***@bk.ru ID: 652
Открытое акционерное общество, основной вид деятельности которой выпуск вин и которое стоит на налоговом учете как плательщик налога на добавочную стоимость, в отчетном периоде продал вино на 10000 манат, плюс НДС 1800 манат, и получил арендную плату от арендатора А за переданное в аренду фирме А некоторого своего оборудования 1000 манат плюс НДС 180 манат. Как налогоплательщик НДС перечислили в бюджет 1800 манат НДС от продажи вино и 180 манат НДС от полученной арендной платы за НДС, а также налог на акциз. Есть ли еще другие налоги от реализации вино и сданного в аренду оборудования, кроме НДС и акциза, которые надо оплатить?
03/02/2020 Oxunub: 118 Orta qiymət: 0

Bildiririk ki, aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər, həmçinin əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər sadələşdrilmiş vergi ödəyicisi olmaq hüququna malik deyillər.

Qeyd olunan hüquqi şəxs ƏDV və aksiz vergisindən əlavə olaraq, əldə etdiyi gəlirdən gəlirin əldə olunması ilə bağlı olan xərclərini çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəməlidir.

ƏDV və aksiz vergisi üzrə hesabat dövrü aydır və ay bitdikdən sonra, növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə tədqim edilməlidir.

Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, habelə Azərbaycan Respublikasında daimi nümayəndəliyi və vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduqları vergi orqanına bəyannamə verirlər. Vergi ödəyiciləri həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (hesabat ilində Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən aparılan cari ödəmələr nəzərə alınmaqla) mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər.

Əsas: Vergi Məcəlləsinin 149-cu, 177-ci, 191-ci və 218.5-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fəxri Acalov fa***@gmail.com ID: 672
Salam, Atam özəl klinikada həkim çalışır və əmək haqqını fərdi sahibkar kimi alır (bankda fərdi sahibkar hesabı üzrə). Sualım ondan ibarətdir ki, atama 2-ci dünya müharibəsinin veteranının övladı kimi vergilərin ödənilməsində güzəşt olunurmu? Təsdiqedici sənədlər mövcuddur. Və əgər olunursa həmin sənədləri hara təgdim etmək lazımdır? Təşəkkür, Fəxri Acalov
03/02/2020 Oxunub: 101 Orta qiymət: 5

Bildiririk ki, həlak olmuş döyüşçülərin övladları üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız muzdlu işdən əldə olunan gəlirlərə aid edilir.

Həmin şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlir ümumi qaydada vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.4-cü, 102.2.5-ci maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Bejan Məmmədov be***@gmail.com ID: 636
Evi kirayə verirlərsə məsələn 300 azn -ə nə qədər və necə vergi ödənilir?
03/02/2020 Oxunub: 131 Orta qiymət: 0

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3-cü, 124-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aysel Əlövsət qızı Nadirova an***@tisa.az ID: 648
Salam, mən 2019-cu ilin mart ayının 21-də VOEN hesabımı bağlatdırmışam. Lakin mənə 195-dən SMS gəlib ki, Sizin İnternet Vergi İdarəsində olan elekton qutusunda 10 ədəd oxunulmamış sənədiniz var. Mən elektron qutunu aça bilmirəm. Hesab bağlanıbsa, onu necə aça bilərəm? Nəcə dəqiq bilmək olar ki, mənim VOEN hesabım bağlanıb, ya yox? Mənə bu barədə məlumat yazmağınızı xahiş edirəm.
03/02/2020 Oxunub: 79 Orta qiymət: 5

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, Nadirova Aysel Əlövsət qızının (VÖEN 1903553572) fəaliyyəti hazırkı tarixə dayandırılmışdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Kərimova Elyanə Qaraxan ke***@mai.ru ID: 643
Salam, mən IV rüb üzrə online boş hesabat göndərmək istəyirəm. Yerli orqana getməyə vaxtım yoxdur. Zəhmət olmasa kömək edərdiniz.
03/02/2020 Oxunub: 77 Orta qiymət: 0

Vergi ödəyicisinin Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi İnternet Vergi İdarəsi portalının E-bəyannamə, ƏDV-DH və ŞHV bölümü üzərindən aparılır. Açılan pəncərədən:

- “e-Bəyannamə” siyahısından “Online sadələşdirilmiş bəyannamə” seçilir və bəyannamə forması açılır;

-  Açılmış online sadələşdirilmiş bəyannamə formasına məlumatlar daxil edilir;

- Məlumatlar daxil edildikdən sonra “Göndər” düyməsi sıxılaraq bəyannamə yüklənilir;

Yüklənmiş bəyannamələrin sistem tərəfindən avtomatik yoxlanılması üçün “Yoxla” düyməsinə basılır;

- Bəyannamədə səhv tapıldıqda bu barədə müvafiq mesaj çıxır. Yanıb-sönən mesaj düyməsi sıxılmaqla səhvin təfərrüatları ekrana çıxarılır. Aşkar edilmiş səhv aradan qaldırıldıqdan sonra proses davam etdirilir;

- Bəyannamədə səhv tapılmadıqda “təsdiq et” düyməsi sıxılır;

- Təsdiqdən sonra Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına göndərilməsi barədə ekrana Bildiriş çıxır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdulla Asəf as***@mail.ru ID: 641
VÖEN və MMC açılması hansı qayda ilə aparılır? Bu barədə mümkünsə məlumat verərdiniz.Əvvəlcədən təşəkkür edirəm.
03/02/2020 Oxunub: 72 Orta qiymət: 0

Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “Fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavad Sadiqi ja***@gmail.com ID: 631
Salam. Mən də hüquqi şəxs vöen açmışam. İndi Taksi işləmək istəyirəm. Vergi necə olacaq?
03/02/2020 Oxunub: 102 Orta qiymət: 5

Bildiririk ki, taksi fəaliyyətini fərdi sahibkar  kimi və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-cı maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Natiq Hüseynov Məmməd na***@gmail.com ID: 780
Salam. 2019-cu ilin yanvarın 1-dən etibarən alınmış mallara, işlərə, xidmətlərə görə istehlakçılara ƏDV qaytarılmalı idi. 1 ildən artıq vaxt keçməsinə baxmayaraq bu məsələ hələ də icra olunmur. Mənim kimi bir çox istehlakçılar da kassa çeklərini saxlayırlar ki, bəlkə nə vaxtsa çeklər üzrə ƏDV-nin hər hansı hissəsi qaytarılacaq. Məlumat verə bilərsinizmi, hansı tarixdən ƏDV qaytarılmağa başlayacaq? Və keçən ildən saxladığımız çekləri artıq ataq, yoxsa onlar üzrə də qaytarma olacaq? Təşəkkür edirəm.
30/01/2020 Oxunub: 66 Orta qiymət: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlhamlı İlkin İlham oğlu il***@mail.ru ID: 773
Salam. Mən bu sualı 195 çağrı xidmətinin əməkdaşlarına müxtəlif vaxtlarda təqribən iki dəfə ünvanlamışam. Lakin, cavablar eynidir və də əsassızdır. Cavablar verilən sualı əhatə edirmiş kimi görünür, amma sualın cavabı tam olaraq verilən cavablar deyildir. Sual belədir:Mövcud Kommersiya Hüquqi şəxsin direktorunun (və ya rəhbərinin) kim olması nə VÖEN də, nə çıxarış da, nə də nizamnamə də qeyd edilmir. Niyə? Yuxarıdakı suala hər dəfəsində verilən cavablar isə təqribən belədir? Hüquqi şəxsin çıxarışında Qanuni təmsilçi deyə adı yazılan şəxs müəssisənin rəhbəridir. Bu və bu səpgidə cavabları yalnış hesab edirəm. Əsasım isə aşağıdakı kimidir: -Qanuni təmsilçi anlayışı Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU n 2.0.14-cü yarımbəndində belə qeyd edilmişdir: "Qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər" dir. Burdan da göründüyü kimi qanuni təmsilçi bir deyil, bir neçə nəfər ola bilər. Bu halda kommersiya hüquqi şəxsin çıxarışında qeyd edilən qanuni təmsilçilərdən (tutaq ki, 3 nəfərin adı yazılıb) hansının direktor (rəhbər) olmasının dəqiqləşdirilməsinə ehtiyac yaranır. Bu Vergilər Nazirliyinin (köhnə) rəsmi elektron səhifəsində axtarış verildiyi zamanda da qanuni təmsilçi olaraq göstərilir. Gəlin etiraf edək ki, nizamnamələrin əksəriyyətində də müəssisənin idarərə edicisi direktor (rəhbər) hesab edilir (yəni qanuni təmsilçilər deyil). Yuxarıda qeyd etdiklərimi nəzərə alsanız, təklif edirəmki, kommersiya hüquqi şəxsin çıxarışında mütləq "Müəssisənin direktoru (rəhbəri)" xanası yaradılsın. Bununlada müəssisənin bir neçə qanuni təmsilçisi olsa da onun direktorunun (rəhbərinin) kimliyi məchul qalmayacaqdır və birbaşa çıxarışda öz əksini tapmaqla da sizə ünvanlanacaq bu kimi sualların qarşısını almış olacaqdır. Bu məsələ qanunvericilik aktlarında da öz əksini tapmalıdır. Bununla da bağlı sizin təşəbbüskar kimi çıxış etməyiniz daha doğru olar. İşlərinizdə uğurlar.
30/01/2020 Oxunub: 82 Orta qiymət: 0

Bildiririk ki, Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

Dövlət reyestrindən çıxarış hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən verilən, qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən, qeydiyyata alınmış faktları, o cümlədən təsis sənədlərində edilmiş dəyişikliyi və qeydiyyata alınmış faktların sonrakı dəyişikliyini özündə əks etdirən hüquqi sənəddir.

Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Onlayn müraciətlər” bölməsinə göndərə bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarı.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 755
ƏDV ödəyicisi olan müəssisənin 70135 man (ƏDV ilə birlikdə) debitor borcu var, VHF 18.12.2019 tarixində təqdim olunub, amma ödənişlər müəssisəyə hissə-hissə daxil olur, 09.01.2020 tarixində 17500 man (ƏDV ilə birlikdə), 28.01.2020 tarixində 20000 man (ƏDV ilə birlikdə) daxil olur, amma borc tam bağlanmamışdır. Yuxarıda göstərilən misal əsasında təqdim olunan VHF tarixinə əsasən müəssisə dekabr 2019 və yanvar 2020 üçün ƏDV bəyannaməsində hansı məbləğləri göstərəcəkdir?
28/01/2020 Oxunub: 105 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə isə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cavad Cavadzadə Maarif ca***@mail.ru ID: 748
Salam. Bir VÖEN də bir neçə obyekt kodu olan hallarda həmin obyekt koduna görə gələn qaimələri görmək mümkündür?
27/01/2020 Oxunub: 35 Orta qiymət: 0

Bildiririk ki, elektron qaimə-fakturanın “Təqdim edən” rekvizitində elektron qaimə-fakturanı göndərən vergi ödəyicisinin tam adı və VÖEN-i, “Alıcı” rekvizitində isə elektron qaimə-fakturanı qəbul vergi ödəyicisinin tam adı və VÖEN-i göstərilməlidir.

Malı (işi və ya xidməti) qəbul edən vergi ödəyicisinin təsərrüfat subyekti haqda məlumatın qeyd olunması nəzərdə tutulmamışdır.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Yunus Orucov Paşa oglu em***@mail.ru ID: 746
Kənd təsərrüfatı məhsulunu müqavilə əsasında istehsalçıdan alıb ixrac etmişəm. Müqavilədə istehsalçının şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmiş və imzalarla təsdiq olunmuşdur.Sonradan bilmişəm ki alış aktı ilə malı almaq lazımdır.Bilmək istəyirəm ki vergi qanunçuluqda hansı cəza tədbiri nəzərdə tutulur?
27/01/2020 Oxunub: 93 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.8.3-cü maddəsinin müddəalarına əsasən, qanunla nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda –  alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Arif Gülgəzov Fərhad ar***@gmail.com ID: 745
Salam. Xidməti müqaviləylə işləyən fiziki şəxslər barəsində qanunda edilmiş dəyişiklər barəsində məlumatı hardan və necə əldə edə bilərik. Zəhmət olmazsa bu barədə köməklik edəsiniz.
27/01/2020 Oxunub: 69 Orta qiymət: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver: