Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir.

Həmin Qərara əsasən, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır.

Əsas: Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı, Vergi Məcəlləsinin 108-ci, 109-cu maddələri.

Ümumi qiymət: 4/512
Qiymət ver:

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir.

Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Müraciətinizdə qeyd olunan vergi ödəyicisinin fəaliyyəti hazırda aktivdir və fəaliyyətinizin yenidən dayandırılması üçün vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 30.2.8-ci, 33-cü,  34-cü maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyi və vergi orqanlarının fəaliyyəti üzrə minimal biliklərə sahib olan, komandada işləməyi bacaran, məsuliyyətli, intizamlı tələbə və məzunlar Vergilər Nazirliyi tərəfindən verilən könüllü fəaliyyətə cəlb edilmə ilə bağlı müraciətlərin qəbulu haqda elanda göstərilən tarixədək müraciət edə bilər.

Sonuncu elana əsasən, könüllü kimi faəliyyət göstərmək üçün müraciətlər 16.10.2019-cu il tarixinədək Vergilər Nazirliyinin rəsmi internet saytı vasitəsilə qəbul edilmişdir.

Könüllü fəaliyyəti barədə ətraflı məlumatı səhifəmizin “Könüllü fəaliyyəti” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti ilə məşğul olan şəxs fəaliyyətini NKA tətbiq etmədən həyata keçirə bilər və bu zaman nağd vəsaitin müqabilində həmin şəxslər pərakəndə qaydada mal alan şəxsə forması Maliyə Nazirliyi tərəfindən təsdiq olunan ciddi hesabat blankını (mədaxil qəbzini) təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8.3-cü və 16.1.9-cu maddələri, Maliyyə Nazirliyinin Kollegiyasının “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” 04 aprel 2016-cı il tarixli Q-09 №–li Qərarı.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən, işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən, əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Qeyd edilənlərə əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Ümumi qiymət: 3/513
Qiymət ver:

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Müraciətinizdə qeyd olunanlara əsasən, torpaq sahəsindən istifadə olunduğu üçün yuxarıda qeyd olunan qaydada  sosial sığorta haqqı hesablanmalı və ödənilməlidir.

Əsas: "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 3/56
Qiymət ver:

Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin  98.1-ci və 102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Qeyd olunan şəxslər hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə vergi orqanına hesabat təqdim etməlidirlər. Hesabatı müəyyən olunmuş müddətdə təqdim etməyən şəxsərə isə təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 57.1-1-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən, o cümlədən  sadələşdrilmiş vergi bəyannaməsindən ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 72-ci maddəsi.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Xatırladırıq ki, 2020-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsində ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması, Vergi Məcəlləsinin 166.2-ci maddəsində nəzərdə tutulan ödəmə dedikdə malların (işlərin, xidmətlərin) əsas məbləğinin (ƏDV-siz dəyərinin) həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına avans qaydasında ödənilməsi nəzərdə tutulurdu.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil nəzarət-kassa aparatları, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

Ümumi qiymət: 4/52
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Buna əsasən, sorğuda qeyd olunan halda, güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergilər Nazirliyi tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi üçün sahibkarların və ictimaiyyət nümayəndələrinin fikir və təklifləri mütəmadi olaraq öyrənilir. Buna əsasən, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsinə dair konkret, əsaslandırılmış təkliflərinizi aidiyyəti üzrə saytımızın “Müraciətlər” bölməsinə göndərə bilərsiniz.

Ümumi qiymət: 4/55
Qiymət ver:

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər haqda sual-cavab kitabçası saytımızda yerləşdirilmiş və dəyişikliklərin bütün istiqamətləri izah edilmişdir. Kitabça ilə buradan tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

İşçiyə qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilən ezamiyyə xərclərinin məbləği gəlir vergisindən azaddır. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin vergi və sosial sığorta haqqı tutulan gəlirinə aid edilmir.

Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi gəlir vergisinə və sosial sığorta haqqına cəlb olunan gəlirinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98.3-cü, 102.1.14.2-ci və 109.7-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” 25 yanvar 2008-ci il tarixli 14 nömrəli Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”.

Ümumi qiymət: 5/56
Qiymət ver:

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan oktyabr ayında alınan əsas vəsait ilin sonuna əsas vəsaitlərin qalıq dəyərinə əlavə olunmaqla amortizasiya olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, “Sual-Cavab” xidmətinin məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı torpağın mülkiyyətçisi tərəfindən Tovuz rayonunda (Ünvan: Tovuz rayonu Abulbəyli kəndi) fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməsi tövsiyə olunur.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Göründüyü kimi, azadolma yalnız I və II qrup əlillər üçün nəzərdə tutulmuşdur.

Cavab 2. Bildiririk ki, əmək müqaviləsinə əsasən işləyən şəxslər tərəfindən icbari tibbi sığorta haqları 1 aprel 2020-ci il tarixindən aşağıdakı dərəcələrlə ödənilməlidir  və hər hansı azadolma nəzərdə tutulmamışdır:

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən  aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2021-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Əsas: “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli Qanunu 

Ümumi qiymət: 4/55
Qiymət ver: