Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 5/51
Qiymət ver:

Cavab 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin tələblərinə görə, icarəyə verənlə (lizinq verənlə) satıcı vergitutma məqsədləri üçün eyni şəxs ola bilər. Bu zaman lizinq verən həm satıcı kimi lizinq obyektini təqdim edən qismində Vergi Məcəlləsinin 142-ci maddəsinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilməli, həm də icarəyə verən (lizinq verən) kimi həmin Məcəllənin 140.1-140.5-ci maddələrinə müvafiq olaraq mənfəət vergisinə cəlb edilərək həmin Məcəllənin 135-ci maddəsinə əsasən faiz gəlirlərindən mənfəət vergisi ödəməlidir.

Cavab 2. Bildiririk ki, maliyyə lizinqi zamanı Vergi Məcəlləsinin 140-cı maddəsində göstərilən bütün şərtlər yerinə yetirilməlidir. Həmin şərtlər yerinə yetirilmədiyi halda əməliyyat maliyyə lizinqi əməliyyatı hesab edilmir və ümumi qaydada ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 140-cı maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2017-ci il tarixli “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 140.6-cı maddəsinin həmin Məcəllənin 13.2.14.1, 140.2, 164.1.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-1 və 747-5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarı.

Ümumi qiymət: 3/55
Qiymət ver:

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, yalnız görülən işlərin və ya göstərilən xidmətlərin müqabilində qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində vergi tutulmalıdır. Mallara görə aparılan ödənişlərdən isə ödəmə mənbəyində vergi tutulmur.

Cavab 2. Müraciətinizdə qeyd olunan banklar tərəfindən tutulan komisyon xərclər xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərqə aid edilmədiyi üçün Mənfəət vergisinin bəyannaməsinin 219.3-cü sətrində deyil,  “Bank xidməti üzrə xərclər” adlı 221.13-cü sətrində qeyd olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq müraciət ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqına cəlb olunurlar. Bu zaman hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan gəlir Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur və 20 faiz dərəcə həmin fərqə tətbiq edilir.

Ümumi qiymət: 5/58
Qiymət ver:

Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Royalti isə ədəbiyyat, incəsənət, yaxud elm əsərləri ilə yanaşı, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmaya, yaxud istifadə hüquqlarının verilməsinə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə ödənilən haqqı özündə ehtiva edir.

Əlavə olaraq bildiririk ki, müəlliflik qonorarı royalti anlayışı ilə əhatə olunmaqla sosial sığorta haqqı hesablanmayan gəlir növüdür və Vergi Məcəlləsinin 124-cü maddəsinə  əsasən, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 124-cü maddəsi, Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü, 5-ci, 6-cı və 15-ci maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlardan göründüyü kimi, yuxarıdakı arayışlardan birini təqdim edən şəxs azadolmadan istifadə edə bilər.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci və 102.8-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 4/53
Qiymət ver:

Sorğunuzdan qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasında xarici investisiyalı kommersiya hüquqi şəxs yaratmaq istədiyi qənaətinə gələrək bildiririk ki, qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.

Hüquqi şəxsin dövlət qeydiyyatı zamanı aşağıdakı məbləğdə rüsumlar ödənilir:

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün - 220 manat;

Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün-3 manat;

Digər hüquqi şəxslərin qeydiyyatı üçün - 11 manat.

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Əsas: Azərbaycan Respublikasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu. Azərbaycan Respublikası Vergilər  Nazirliyinin Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxsin onlayn  qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” 4 dekabr 2001-ci il tarixli 223-IIQ nömrəli Qanunu. 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Fiziki şəxs kimi vergi orqanında uçota alınma ödənişsiz həyata keçirilir.

"Dövlət rüsumu haqqında" Qanunun müvafiq maddəsinə əsasən (20-ci maddə) qeydiyyat zamanı dövlət büdcəsinə müəyyən məbləğdə dövlət rüsumu ödənilməlidir:

banklar, birjalar, sığortaçılar, sığorta birlik və brokerləri, xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialları - 220 manat;

kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslər - 3 manat;

digər hüquqi şəxslər - 11 manat;

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 12 dekabr 2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Azərbaycan Respublikasının Auditorlar Palatası auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Sərbəst auditor Auditorlar Palatasının verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor, xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı  olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

Həmçinin auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək Auditorlar Palatasının səlahiyyətlərinə aid edilib.

Əlavə olaraq bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Müraciətiniz haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Auditorlar Palatasına müraciət etməyiniz tövsiyə olu

Əsas: Mülki Məcəllənin 91.4-cü maddəsi, “Auditor xidməti haqqında” 16 sentyabr 1994-cü il 882 saylı Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 19 sentyabr 1995-ci il tarixli 115 saylı Qərarı.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, müraciətinizdə qeyd olunan şəxs mülkiyyətində olan avadanlıqları həm təsisçi kimi, həm də təsisçi olmadan hüquqi şəxsə təqdim edə və ya istifadəyə verə bilər.

Bu halda tərəflər arasında alğı-satqı və ya icarə müqaviləsi bağlanmalıdır.

Şəxs avadanlıqları müəssisəyə əvəzsiz təqdim etdiyi halda, təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir. Eyni zamanda, qeyd olunan aktivin  bazar qiyməti müəssisənin satışdankənar gəlirlərinə aid edilməklə vergiyə cəlb olunur.

Şəxs hüquqi şəxsin təsisçisi olduğu halda, avadanlıqları nizamnamə kapitalına qoyuluş olaraq da təqdim edə bilər və bu halda hər iki tərəf üçün vergi öhdəliyi yaranmır.

Kommersiya hüquqi şəxslərin məlumat dəyişikliyi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar ilə saytımızın “Bir pəncərə”  bölməsində tanış ola bilərsiniz: https://www.taxes.gov.az/az/page/kommersiya-ve-publik-huquqi-sexslerin-melumat-deyisikliyi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisinin ödədiyi vergilər barədə məlumat kommersiya sirri hesab olunur və vergi ödəyicisinin razılığı olmadan kənar şəxslərə təqdim edilməsi qadağandır.

Məlumat üçün bildiririk ki, hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi sadələşdirilmiş verginin vergitutma obyektidir.

Sadələşdirilmiş verginin hesabat dövrü rüb, dərəcəsi isə ölkə üzrə 2 faiz müəyyən edilib. Sadələşdirilmiş vergi ödəyiciləri hesabat rübündən sonrakı ayın 20-dək əldə etdikləri hasilata görə 2 faiz dərəcə ilə vergini ödəməli və vergi orqanına bu barədə bəyannamə təqdim etməlidirlər.

Sadələşdirilmiş vergi barədə qısa məlumatla saytımızın "Faydalı-Vergilərə aid nəşrlər-Vergi növləri barədə" altbölməsində yerləşdirilmiş bukletdən tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi və XVII fəsli.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, əvvəlki müraciətinizə yalnış anlaşılma səbəbindən müəssisənin əldə etdiyi gəlirlərdən xarici ölkədə ödənilmiş verginin nəzərə alınması kimi münasibət bildirilmişdir.

Müraciətinizlə bağlı bildiririk ki, Mənfəət vergisi bəyannaməsinin 200.1-ci “Malların təqdim edilməsindən gəlir” adlı sətrində mənfəətin hesablanması məqsədilə malların satış dəyəri (müqavilədə qeyd olunan qiymət) əks etdirilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər isə bəyannamənin müvafiq xərclər sətrində qeyd olunur.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 26 dekabr 2018-ci il tarixli 1817040101500900 №-li Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Lakin həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları işsizlikdən sığorta haqqından azad edilməmişdir.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Müraciətinizin təsərrüfat subyektinin uçota alınması ilə bağlı olduğu halda bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ilk növbədə vergi orqaninda uçota durmaqla VÖEN əldə etməli, daha sonra icarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə” ilə obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına müraciət etməlisiniz.

Müraciətinizdə bəzi məqamlar (icarəyə verənin hüquqi və ya fiziki şəxs olması, icarəyə götürənin vergi uçotunda olub-olmaması) aydın olmadığı üçün ətraflı cavablandırılması üçün müraciətinizi dəqiqləşdirməklə yenidən “Sual-Cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki,  Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 29 noyabr 2019-cu il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd etdiyiniz dəyişiklik nəzərdə tutulmayıb.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, ƏDV- nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:

- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından;

- digər vergi ödəyicilərinin bank hesablarından;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən;

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən.

Mərkəzi Bankın ödəniş sistemləri vasitəsi ilə alınmış məlumatlar Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müəyyən olunmuş formada, elektron formatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə ötürülür.

İş gününün sonunda isə DXA tərəfindən hesabdan çıxarış bank sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

Müraciətiniz barədə ödəniş rekvizitləri dəqiq olduğu halda, uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən,  Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymət: 2/51
Qiymət ver:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/52
Qiymət ver: