Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
BAXIŞOV PƏPVİZ MEDAL pe***@gmail.com ID: 1503
Salam! Xahiş edirəm, kömklik edin. Adıma olan VÖEN-ni onlayn bağlanması üçün neynəməliyəm? Çünki karantinlə baglı vergi idarələrinə gedə bilmirəm. Bir dəfə baglatdırmağıma baxmayaraq yenıdən açılıb və mən bunun 5 ildən sonra yenidən açılmalı olacağını bilmirdim, heç bir yerdə işləmədiyim halda adımda vöen açıq qalıb mənə mane olur!
22/04/2020 Oxunub: 19 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Balayev Zaur Zülfüqar gu***@gmail.com ID: 1499
Salam. Mən verqi ödəyicisi deyiləm, vöenim yoxdur. SMS qəlib ki, siz verqi ödəyicisisiz. Necə şəffaflıq qətirmək olar. 3 uşaq atasıyam, oturmuşam evdə.
21/04/2020 Oxunub: 40 Orta qiymət: 0

Balayev Zaur Zülfüqar (VÖEN 1602612482) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Feyziyev Valeh Adbala oğlu me***@mail.ru ID: 1498
Salam. Men Voen Şəadətnaməsinin istifadəçi İD si, parol və şifrəsini itirmişəm. Bu məlumatların öyrənilməsi üçün hara və necə müraciət etməliyəm və onlayn qaydada bunu gerçəkləşdirə bilərəmmi? Xahiş edirəm bu barədə mənə köməklik edəsiniz.
21/04/2020 Oxunub: 33 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səfərov Elşən Eldar el***@gmail.com ID: 1497
Hörmətli Vergilər Xidməti! Mən uzun müddətdir heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuram. Ona görə də 5 il əvvəl açdırdığım VÖEN-nin (1802718642) bağlanmasını xahiş edirəm.
21/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abdullayev Baxşəli Müslüm oğlu ba***@mail.ru ID: 1496
VÖEN login parol və şifrəni itirilib, onu necə bərpa etmək olar?
21/04/2020 Oxunub: 42 Orta qiymət: 1

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

1/5 (2 Orta qiymət)
Qiymət ver:
ALIYEV RAUF NIZAMI OGLU ra***@gmail.com ID: 1495
Mən təxminən beş ya altı il bundan qabaq vöen açdırmışdım sosal yardım üçün. Həmin vaxt bizə sosial tətbiq edilmədi. Mən vöeni bağlatmadım, sonra da həbsə düşdüm 3 il cəza çəkdim. Hal-hazırda işsiz kimi qeydiyyata düşə bilmirəm ki, 190 manat birdəfəlik yardım ala bilim. Mənə mesaj gəlib ki, vergi ödəyicisisən. Mən 3 ildir həbsdə olmuşam, 27 gündür azad olmuşam. Sizdən çox-çox xahiş edirəm mənim vöenim varsa onu ləğv edəsiniz. Əvvəlcədən minnətdaram.
21/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməli, qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırdıqda, fəaliyyətin dayandırıldığı tarixədək olan dövr üzrə öz üzərinə düşən vergi öhdəliklərini (bəyannamələrin təqdim olunması, vergi məbləğlərinin ödənilməsi) mütləq qaydada yerinə yetirməlidir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.  

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Tofiq Huseynov Sefalet ac***@gmail.com ID: 1494
İnternet vergi saytında qeydiyyatdan keçirəm şəxsiyyət vəsiqəsilə 0555545549 nömrəsiylə yazılır ki, bu nömrə sənin deyil. Zəhmət olmasa köməklik edin.
21/04/2020 Oxunub: 21 Orta qiymət: 0

Müraciətinizin maliyyə dəstəyi üçün müraciət etmək haqda olduğun qənaətinə gələrək bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Salahova Nurana Muzaffar sa***@gmail.com ID: 1493
Salam. 2019- cu ilin Senytabr ayında fəaliyyəti dayandırılan və 2024-də yenidən açılacaq olan VÖEN sahibkaıi olaraq hər hansı kompensasiya almaq mümküdnürmü? Xahiş edirəm məlumat verin. Əgər mümkündürsə qeydiyyata düşmək istərdim ən qısa zamanda.
21/04/2020 Oxunub: 27 Orta qiymət: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qulam Rüstəmov Qulam ru***@gmail.com ID: 1492
Salam mən VÖEN- i online bağlaya bilərəm?
21/04/2020 Oxunub: 25 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Fəxrəddin Əsgər oğlu fa***@mail.ru ID: 1491
Salam. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən mənə məxsus olan VÖEN : 1301238962 İD kodunu itirmişəm. Xahiş edirəm mənim İD kodumu yuxarıda qeyd olunan elektron ünvanıma göndərilməsinə köməklik göstərəsiniz.
21/04/2020 Oxunub: 20 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Eldeniz Aqayev Elsever om***@gmail.com ID: 1490
Vöen ləğv etmək üçün nə etməliyəm? Məndə vöen dondurulub. Bilmək istəyirəm ki, donmuş vöen başqa dövlət idarələrinin sistemində görsənir. Müavinət almaq üçün.
21/04/2020 Oxunub: 28 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Atakişiyeva Aynurə Sahin qızı ur***@mail.ru ID: 1489
Salam. Mən yenidən istifadəçi kodu, parol və şifrə almaq istəyirəm.
21/04/2020 Oxunub: 29 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elvin Ceferquliyev Tofiq oğlu el***@gmail.com ID: 1488
Salam vergilər nazirliyinin əməkdaşları. Mən vöenimi bağlamaq istəyirəm. Lakin parolu unutmuşam. 195 cağrı mərkəziyıə əlaqə yaratmaq istəyirəm hər zəng vuranda 1 manat balans gedir cavab verilmir zəngimə. Bir nsanı 40 dəqiqə xəttə gözlətməy olarmı. Xaiş edirəm mənə köməklik edin aktiv Vöenim ləğv edilsin
21/04/2020 Oxunub: 26 Orta qiymət: 0

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mahmudov Azər Mahmud ge***@mail.ru ID: 1487
Salam. Mən 190 manatla bağlı e-sosial.az saytından qeydiyyatdan keçdim. Aprelin 15-i mənim mobil nömrəmə mesaj gəldi ki, aktiv əmək müqaviləm var. Ancag bu müqavilə bir neçə il əvvəl dayandırılıbb. Xahiş edirəm ya təzminat verilsin, ya da arxivdən müqavilə silinsin 190 manat ala bilim. İşsizəm atam xəstə insandır.
21/04/2020 Oxunub: 27 Orta qiymət: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səfərov Azər Məzahim oğlu na***@gmail.com ID: 1486
Mən VÖEN imi qeydiyyatdan ərizə təqdim edim çıxartdirmışam və fəaliyyətimi coxdandir dayandırmışam. Bilmək istəyirəm ki, hal hazırda aktivdir ya qeyri aktivdir??
21/04/2020 Oxunub: 28 Orta qiymət: 0

Bildiririk ki,vergi ödəyicisinin eyniləşdirilmə nömrəsini (VÖEN-i) “Bİr pəncərə” bölməsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləribarədə məlumatın verilməsi” altbölməsinə hüquqi şəxsin adını böyük hərflərlə yazmaqla və “Ada görə” xanasını işarələməklə öyrənmək olar.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərvin Hidayətova Füzuli he***@mail.ru ID: 1485
Salam. Mən vöenim üzrə dsmf borcunu öyrənmək istəyirə m.Birdə vöenimin kodu şifrəsini itirmişəm zəhmət olmasa köməklik edin. 195ə düşmək olmur.
21/04/2020 Oxunub: 36 Orta qiymət: 0

Vergi ödəyicisi məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olub-olmamasını ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”-ni müvafiq qaydada tərtib edib qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ramil Kamilov Aydin ka***@list.ru ID: 1484
Salam. Mən uzun illər bundan öncə VÖEN-i dondurmuşam, daha doğrusu obyekt bağlanıb. Bir dəfəlik ödənişdən istifadə etmək istəyirəm, mənə vergi ödəyicisi olduğum bildirilir. Mənim adıma olan VÖEN-in ləğv olunmasında mənə kömək edərdiz, zəhmət olmasa.
21/04/2020 Oxunub: 25 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Oruc orucov Telman Or***@gmail.com ID: 1483
Salam, mən taksi fəaliyyəti ilə məşğul olurdum. Adıma VÖEN açdırmışdım, son 2 ay olar ki, bağlatdırdım. Nərimanov vergi idarəsində. Məşğullug xidmətinə 190manat almaq üçün sms göndərdim və cavab gəldi ki, VÖEN bağlanmayıb. Vergi ödəyicisi olduğum yazıldı. İndi mən online qaydada nece vöen -i bağlatdıra bilərəm kii, 190manatdan yararlana bilim. Zəhmət olmasa sualımı tez zamanda cavablandırasınız.
21/04/2020 Oxunub: 24 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Azər Qasımov Rasim qa***@gmail.com ID: 1482
Salam. Mən birdəfəlik ödəmə üçün e-sosial xidmətindən istifadə edib qeydiyyatdan keçdim. Mənə məlumat gəldiki siz vergi ödəyicisiniz. Sadəcə mən ətraflı bilmək istəyirəmki mənim məlumatım olmadan necə vergi ödəyicisi ola bilərəm. Xaiş edirəmki bu barədə mənə köməklik edəsiniz, və vergi ödəyiciliyindən imtina etmək istəyirəm.
21/04/2020 Oxunub: 25 Orta qiymət: 0

Qasımov Azər Rasim oğlu (VÖEN 2200731472) vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Abbasova Dilbər di***@mail.ru ID: 1481
Asan imza sertifakıtının yenilənməsi üçün hal hazırda hara müraciət olunmalıdır? Sertifikatın müddəti fevral 2020-ci il tarixdə bitmişdir.
21/04/2020 Oxunub: 32 Orta qiymət: 0

Bildiririk ki, hər bir sertifikatın qüvvədə olma müddəti 3 ildir. Sertifikatınızın müddəti başa çatdıqda mobil operatorların ofislərinə müraciət edərək yeni Asan İmza (Mobil imza) SIM kartı alınmalı, sonra isə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) və ya ASAN xidmət mərkəzlərinə müraciət edilərək Asan İmza (Mobil imza) aktivləşdirilməlidir.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Orta qiymət)
Qiymət ver: