Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir.

Eyni zamanda ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) ƏDV-yə (18 faiz dərəcə ilə) cəlb edilir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı və əvəzləşdkrmək hüququnun olmadığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan əsas vəsaitin təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır. 

Əsas: Vergi Məcəlləsinin 142-ci, 143-cü və 159-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Ümumi qiymət: 5/58
Qiymət ver:

Vergi uçotunuzla bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla  keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilmişdir.  Bu səbəbdən vətəndaşların müraciətləri saytımızda yerləşdirilmiş elektron poçt ünvanları vasitəsilə qəbul edilir və müraciətlər növbəlilik prinsipi ilə icra olunur. Müraciətinizin nəticəsi ilə  keçiddə  göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Həmçinin, Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci maddəsi, 101-ci, 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Müvafiq olaraq qeyd etdiyiniz fəaliyyət topdansatış deyil, istehsal fəaliyyətidir, bu səbəbdən malların topdansatış qaydasında satılması sadələşdirilmiş vergi hüququnu məhdudlaşdırmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.55-ci, 218.1-ci və 218.5.8-ci maddələri.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, saytımızda qeyd olunan əməkdaşların elektron poçt ünvanına daxil olan müraciətlər növbəlilik əsasında icra olunur. Əlavə məlumat üçün siyahıda qeyd olunan əməkdaşlarla əlaqə saxlaya bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Müraciətinizdə qeyd olunan halın araşdırılması üçün saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsi vasitəsilə rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir: 
Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 
İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.
 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Müraciətinizdə qeyd olunan hədiyyə vergi ödəyicisi tərəfindən əldə olunarkən ƏDV-yə cəlb olunmuşdursa, həmin malların işçilərə hədiyyə olunması ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

Ümumi qiymət: 3/57
Qiymət ver: