Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Şakir Sarvanov s.***@mail.ru ID: 3880
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Misal üçün: Mən hüquqi şəxsin təmsilçisiyəm və bizim müəssisənin balansında olan əmlakın ümumi dəyəri 2010-cu ildə (və ya 2020 -ci ilin əvvəlində) 20000 manat təşkil etmişdir. Məlum olduğu kimi artıq 2021-ci ildir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən 2020-ci ilin əmlak vergisi bəyannaməsini 2021-ci ilin. mart ayının 31 -i tarixinədək təqdim etməliyik. Sualım ondan ibarətdir ki, on il öncə (və ya 2020-ci ilin əvvəlində) sahib olduğumuz əmlakın ümumi dəyəri 20000 manat məbləğində qiymətləndirilirdisə əlbəttə hal hazırda həmən əmlakın ümumi dəyəri 50000 manat məbləğində qiymətləndirilir. Loru dildə desək "əgər sahib olduğumuz əmlakın bütün hissəsini satışa çıxarası olsaq əlbəttə həmən əmlakı 20000 manata satası deyilik.) Əgər sahib olduğumuz əmlakın dəyəri 20000 manatdan 50000 manata qədər qalxıbsa ortada olan həmən 30000 manat fərqi əmlak vergisi bəyannaməsində "dövr ərzində daxil olmuşdur" hissəsində qeyd edə bilərəm? Təşəkkür edirəm.
13/01/2021 Oxunub: 120 Orta qiymət: 5

Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Murad Qeybullayev ad***@mail.ru ID: 3879
Salam pandemiyadan zərər çəkmiş mikrosahibkarlara yardım çərçivəsində Şəki şəhəri mikrosahibkara yardım haçan köçürüləcək?
12/01/2021 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İbrahimov Nail Nadir ib***@mail.ru ID: 3878
Hüquqi şəxsin hüquqi ünvanın dəyişdirilməsi ilə bağlı ərizə nümunəsini necə əldə edə bilərəm?
12/01/2021 Oxunub: 74 Orta qiymət: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Ərizə” ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini səhifəmizin “Bir Pəncərə” bölməsinin “Lazımı sənədlər” alt bölməsindən əldə edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Agabalayeva Gunel Agabala Gu***@mail.com ID: 3876
Salam edv ger al da 140 manatda cekde gosterir 21.60 qepin geri qayitma ama qayidan 2 manatdi bu neyle elaqedardi
12/01/2021 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ömərova Gövhər Alixan sa***@gmail.com ID: 3875
Pandemiya dövründə mənə pul düşürmü, Koroleva mağazası, Gəncə şəhəri VÖEN nömrəsi 2302804602.
12/01/2021 Oxunub: 43 Orta qiymət: 2

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

2/5 (3 Orta qiymət)
Qiymət ver:
Qafarov Sənan Eyvaz oğlu se***@mail.ru ID: 3874
Salam, mənim sualım muzdlu işçiləri olan sahibkarlara maliyyə dəstəyinin göstərilməsiylə bağlıdır. Bakı üzrə maliyyə dəstəyi nə vaxt göstəriləcək?
12/01/2021 Oxunub: 30 Orta qiymət: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əsgərov Eldar Əsgər oğlu el***@gmail.com ID: 3873
Salam. Müraciətim "ƏDV geri al"-la əlaqədardır. Nəyə görə böyük məbləğdə alışların çekləri portalda qeydiyyata düşür, amma 30 gün keçməyinə baxmayaraq hələ də gözləmə rejimində qalır? Sonrakı tarixlərdəki məbləğlərin ƏDV-lərindən müəyyən məbləğ qaytarılır, amma böyük məbləğlərdən yox. Təşəkkürlər.
12/01/2021 Oxunub: 65 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Talıbova Sevinc se***@mail.ru ID: 3872
Salam. Mən Bakı Avrasiya Universitetinin doktorantıyam. Müstəqillik illərində Azərbaycan dilində ktematonimlər ( İaşə obyektləri, otel, restoran, kafe, ticarət mərkəzləri, TV, radio və s bu tip obyektlərin adları) adlı elmi-tədqiqat işi yazıram. Bunun üçün mənə Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş, yuxarıda göstərdiyim obyektlərin adlarının siyahısı (2000-ci ildən sonra) lazımdır. Zəhmət olmasa, lazım olan siyahını əldə etməkdə mənə kömək edəsiniz.
12/01/2021 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Sorğunuzda qeyd olunan statistik məlumatların əldə edilməsi üçün rəsmi formada Dövlət Vergi Xidməti və ya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Afiq Mehdizadə Nazim af***@code.edu.az ID: 3871
Salam. Əvvəl VÖEN-im olub. İş dayandığı üçün VÖEN-i ləğv etdirməli oldum. Sualım ondan ibarətdir ki, mənim adıma olan VÖEN-lə bağlı hər hansı borc, hesabat və yaxud hər hansısa uyğunsuzluq varmı? Yenidən VÖEN açdırmalıyam? Təşəkkür edirəm
12/01/2021 Oxunub: 53 Orta qiymət: 5

Bildiririk ki, Mehdizadə Afiq Nazim oğlu (VÖEN 4100676652) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Fəaliyyətinizi aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Adəm Namazov Nail na***@gmail.com ID: 3870
Qolum sol dirsəkdən qırıqdır. 3-cü qrup üzrə pensiya ilə təmin olunmaq istəyirəm.
12/01/2021 Oxunub: 53 Orta qiymət: 0

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mustafazade Elvin Cəmil em***@gmail.com ID: 3869
Salam, edvgerial ilə bağlıdır sualım. Mən 351 manatlıq çeki 10.12.2020 də yüklədim karta, qaytarılan məbləğ 0.02 qəpik oldu. Kapital bank deyir verginin problemiduir, siz deyirsiniz bankın. Hara müraciət edim? Məbləğ isə 5.35 idi.
12/01/2021 Oxunub: 50 Orta qiymət: 0

"Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  ""Onlayn müraciətlər"" bölməsinin  ""Dövlət Vergi Xidmətinə müraciət"" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz."
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Murad Qeybullayev ad***@mail.ru ID: 3866
Salam Aleykum. Yanvar ayına nəzərdə tutulmuş mikrosahibkara yardım haçan köçürülməyə başlanır?
12/01/2021 Oxunub: 31 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nazim Haciyev Haci oglu. le***@gmail.com ID: 3566
Müraciətimdə bildirirəm ki, mən SOCAR-ın Ağdaş idarəsində müqavilə yolu ilə sahibkar kimi xidməti müqavilə əsasında fəaliyyət göstərirdim. Hal-hazırda müqaviləmizə xitam verilmişdir. Biz nə etməliyik? Vergidən çıxmalıyıq və ya verginin təyinatını dəyişməliyik? Bu haqda tez bir zamanda məlumat verilməsini sizdən xahiş edirik.
12/01/2021 Oxunub: 176 Orta qiymət: 5

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Vergi uçotunuzun ləğv edilməsi üçün isə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Əfəndiyev Ramik Azad oğlu ef***@mail.ru ID: 3862
Salam. Anamın 62 yaşı tamam olacaq iyun ayında. Bilmək istəyirəm, qadınlara pensiyanın verilməsi yaşı nə qədərdir?
11/01/2021 Oxunub: 70 Orta qiymət: 0

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Pərvin Bayramov Məhəmməd pe***@gmail.com ID: 3524
Salam. İki sualım var. Xahiş edirəm ətraflı izahını verəsiniz. 1) "A" MMC pərakəndə satışı həyata keçirir. Satış həm mağazada, həmdə internet üzərindən onlayn həyata keçirilir. Alıcı internet üzərindən onlayn qaydada mal alır (misal üçün televizor). Onlayn satış üçün MMC bank hesabı açıb və satışdan gələn vəsait həmin hesaba mədaxil olunur. Sual ondan ibarətdir ki, alıcıya nəzarət-kassa çeki təqdim olunmalıdır? Olunmalıdırsa necə? Əksər alıcılar onlayn alış edir, lakin NKA çekini əldə etmirlər. NKA çeki verilirsə, bu zaman "A" MMC-nin həm cari hesabına həmdə NKA çekinə vəsait daxil olmuş olur. Bu halda ƏDV hesabatı necə veriləcək? Pos-terminal vasitəsi ilə satış zamanı NKA çeki olur və Dövriyyədə NKA çeki nəzərə alınır. Vergi orqanın əməkdaşları isə qeyd edir ki, onlayn satış zamanı NKA çeki olmamalıdır. 2) "A" MMC hədiyyə kartı satır, hansı ki həmin kartla alıcı televizor əldə edə bilir. İkinci sual ondan ibarətdir ki, fiziki şəxs Vəli 500 manatlıq hədiyyə kartı alır və kartı digər fiziki şəxsə Əliyə hədiyyə verir. Əli 600 manatlıq TV alır - 100 manatı öz bank kartından, 500 manatı hədiyyə kartından. Bu hər iki əməliiyyat zamanı hansında NKA çeki olacaq və edvgerial.az saytından kim və hansı məbləğdən istifadə edə biləcək?
11/01/2021 Oxunub: 348 Orta qiymət: 4

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Eyni zamanda cəmiyyətinizin fəaliyyət növü pərakəndə satış olduğundan cəmiyyət tərəfindən pərakəndə qaydada satış zamanı alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada -  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Cavab 2. Bildiririk ki, cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

4/5 (5 Orta qiymət)
Qiymət ver:
Oruc Səlimov Davud nu***@gmail.com ID: 3555
Salam, mən Oruc Səlimov yaşadığım rayonda Şəkidə vergi idarəsində uçota düşə bilmək üçün nə etməliyəm? Avtomobil təmiri üçün sex kirayələmişəm, işləmək üçün vergi ucotuna dura bilmirəm. Pandemiya və sərtləşdirilmiş karantin qaydaları ilə əlaqədar yerində xidmət dayandırılıb, bu işdə köməklik etməyinizi xahiş edirəm.
11/01/2021 Oxunub: 148 Orta qiymət: 5

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda sorğuda qeyd olunan təsərrüfat subyekti (təmir sexi) fiziki şəxsdən icarəyə götürüldüyü halda ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu, 101-ci, 124-cü və 220-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Həmidova Xalidə Aydın mu***@mail.ru ID: 3861
Salam. Vergi ödəyicilərinə ödənilən yardım almadıqda hara müraciət etmək lazımdır? 2 dəfə ödənilən 250 manat yardımı almışam. 3 -cü dəfə yəni yanvar ayında ödənilən yardımın kimlərə və hansı şərtlərə uyğun ödənildiyini bilmək istərdim.
11/01/2021 Oxunub: 53 Orta qiymət: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin (eyni zamanda Sizin) yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
samir əhmədov do***@mail.ru ID: 3860
Salam. Mənim sualim - mən dənizdə çalışıram. İl ərzində təxminən 180 gün işləyirəm. Əgər mən əmək qabiliyyətinin müvəqqəti itirmişəmsə, mənim pulum nece hesablanır? Son 12 ay ərzində qazancımı 180-a bölməliyəm, ?
11/01/2021 Oxunub: 70 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz daha məqsədəuyğundur

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Orucova Gülarə Eynulla gu***@mail.ru ID: 3859
Yeni ƏDV mükəlləfiyyətli açılmış müəssisənin fəaliyyəti kompüter avadanlıqların satışı olacaq. Bu müəssisənin obyekti yoxdur. Adi vətandaşlara satış olacaq. Bu halda kirayə yaşadığı evin sahibi ilə icarə müqaviləsi bağlayıb, kassa və pos terminal həmin ünvana quraşdırsa, onlayn satışla məşğul olacaq deyə hər hansı bir yerlərdə adi vətandaşa satdığı zaman pos terminal öz üzərində daşıya bilər? Bu halda yaranan suallar: 1- Yaşadığı ünvana kassa və posterminal quraşdırmaq qanuna uyğundur? 2- Pos terminalı öz üzərində daşımaq qanuna uyğundur? Bu məsələnin qanuni yolla məcəllə ilə necə həll etmək olduğunu izah edərdiniz. Təşəkkürlər.
11/01/2021 Oxunub: 145 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Qeyd olunan fəaliyyətin həyata keçiridiyi təsərrüfat subyekti vergi orqanında uçota alınmalı və  nəzarət-kassa aparatı quraşdırılmalıdır.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki  ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mallara görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.

Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mallara görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gülmalıyev Beyrək Mövsüm be***@gmail.com ID: 3858
Salam. Edvgerial portalı artıq Birbank və yaxud İBA mobil tətbiqi ilə işləyir, edvgerial.az portalındakı köhnə balansı bu tətbiqlərdə göstərmir. Mövcud köhnə balansı bu tətbiqlərə necə qaytarmaq olur?
11/01/2021 Oxunub: 61 Orta qiymət: 0

Bildiririk ki, edvgerial.az portalından mobil tətbiqləri yükləmədən də edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz. Qeyd olunan tətbiq və ya portal vasitəsilə qaytarılan ƏDV faizləri ancaq həmin tətbiq və ya portal çərçivəsində əks olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver: