Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Yusifli Yusif Ilqar oğlu mm***@list.ru ID: 3922
Salam. 13.2.11-ci maddədə "ƏDV-in məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi,həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur" cümləsindəki ƏDV-in məqsədləri üçün dedikdə nə nəzərdə tutulur. Xahiş edirəm bu cümləni izah edərdiniz. Zəhmət olmasa, kiçik bir misalla nümunə verərdiz.
15/01/2021 Oxunub: 61 Orta qiymət: 0

Bildiririk ki, malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Sorğunuzda qeyd olunan Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinə əsasən, pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olduğu üçün, təqdimolunma sayılmır və ƏDV tutulan əməliyyata aid edilmir.

Misal olaraq, pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi ƏDV məqsədləri üçün təqdimetmə sayılmadığına görə, maddi yardımın  verilməsi ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 159-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Niyazov Cabir Akif ca***@asco.az ID: 3921
Salam. Xahiş edirəm aşağıdakı suallarımın cavablandırılmasında köməklik göstərin: 1. AR Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında ödənilən müavinətdən vergi tutulmalıdırmı? Bu ödənişdə dövlət müəssisəsi (səhmləri dövlətə məxsus müəssisə), özəl müəssisə və ya dövlət büdcəsindən maliyyələşən dövlət qurumlarına münasibətdə fərqli güzəştlər tətbiq olunurmu? 2. Dəfn üçün müavinətdən vergi tutulmalıdırmı? 3. AR Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində qeyd edilən "dövlət müavinətləri" anlayışı hansı müavinətləri ehtiva edir? Öncədən təşəkkür edirəm.
15/01/2021 Oxunub: 125 Orta qiymət: 5

Cavab 1-2. Bildiririk ki, Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına dəfn üçün ödənilən müavinət gəlir vergisinə cəlb olunmur. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında işəgötürənin qərarı ilə ödənilən müavinətdən ödəmə mənbəyində ümumi qaydada muzdlu işlə əlaqədar gəlir vergisi tutulmalıdır.

Cavab 3. Misal olaraq, hamiləliyə və doğuma görə müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət və qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət müavinətlərinə aid edilərək Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azad olunur.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102-ci və Əmək Məcəlləsinin 77-ci maddələri.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Əlizamin Salmanov Balaxan as***@mail.ru ID: 3919
Salam. Rusiya şirkətindən franşıza almaq istəyirəm və Azərbaycanda onlayn qızıl satışı təşkil etmək fikrim var. Rusiya şirkəti öz məsullarına ST-1 sertifikatı verir və mən bilmək istəyirəm Azərbaycanda hansı vergi ödənişləri məni gözləyir?
15/01/2021 Oxunub: 118 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Buna əsasən qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi uçota alınırlar.

Qeyd olunan fəaliyyət zamanı əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında işlərin və xidmətlərin alınmasına görə aparılan ödənişlərdən ödəməni həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və ödənilməlidir.

Bunlarla yanaşı vergi orqanında uçotda olmayan şəxslər tərəfindən elektron ticarət qaydasında qeyri-rezident şəxslərdən mallar alınan zaman onlara ödənilən məbləğdən ƏDV hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 169-cu və 218.5.11-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qəhrəman Həşimov Nəriman qe***@gmail.com ID: 3918
Salam . Mən bilmək istərdim ki Qəhrəman Həşimov Nəriman oğlu adina VOEN aktivdirmi yoxsa dondurulubmu ? Birdə mən VOEN və kodu itirmişəm necə aktivləşdirə və yeni kod ala bilərəm ? Qəbələ qeydiyyatıyam Bakıdan ala bilərəmmi ?
15/01/2021 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, Qəhrəman Həşimov Nəriman oğlunun (VÖEN 4401311542) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. 

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədov Fuad Nazim oğlu fu***@gmail.com ID: 3917
Salam. Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi barədə Qərarına əsasən Bakı şəhərində icbari tibbi sığortanın tətbiqinə 2021-ci ilin aprel ayından etibarən başlanılacaqdır. Lakin icbari tibbi sığorta haqlarının ödənilməsinə Bakı şəhərində 01 Yanvar 2020 -ci il tariixndən etibarən ödənilməsi başlanmaı nəzərdə tutulub. Xahiş edirik bu ödəmənin 01 Yanvar 2021 -ci il tarixindən etibarən başlanmasının hansı qanun (maddə №) və ya qərarda göstərilməsi barədə məlumat verəsiniz.
15/01/2021 Oxunub: 38 Orta qiymət: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 16-4.4-cü maddəsinə əsasən icbari tibbi sığorta haqqı 1 yanvar 2021-ci il tarixdən bütün ölkə ərazisində ödənilir. 

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hümmətov Ramis Mürsəl oğlu hu***@mail.ru ID: 3914
Mən Şərifzadə 147 ünvanında Meyvə-Tərəvəz mağazası işlədirəm. İşçilərim də var və sayı çoxdur. Pandemiya ilə bağlı heç bir dəstək və kömək almamışam. Ziyanla işləmişik. İndi mən dəstək proqrqmına uyğun olaraq özümə, yaxud işçilərə yardım ala bilərəmmi? VÖEN-1301069832
15/01/2021 Oxunub: 41 Orta qiymət: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ruslan Hüseynov Bəhruz ru***@gmail.com ID: 3912
Salam. İpoteka krediti ilə alınmış mənzil üçün bələdiyələrə əmlak vergisi ödənilməlidir?
15/01/2021 Oxunub: 60 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.
Belə ki, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır və vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq vergi məbləğinin cari il üçün bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilməsi barədə tədiyə bildirişini verilir.
Eyni zamanda, fiziki şəxsin mülkiyyətində olan və ipoteka predmeti olan yaşayış sahəsinin əmlak vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 197-ci və 198-ci və 200-cü maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əhmədov Cahangir BAYRAM fh***@list.ru ID: 3909
Salam, mən İqtisadiyyat Nazirliyinə onlayn müraciət edirəm, lakin göndərmək istədiyim məlumatlar göndərilmir. Zəhmət olmasa, mənə köməklik edəsiniz.
14/01/2021 Oxunub: 35 Orta qiymət: 0

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-2) zəng edərək İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Alcan Məmmədli Şaiq al***@gmail.com ID: 3908
Salam. Mən Məmmədli Alcan Şaiq oglu . Sizə bu muraciətimi yazib bilmək istərdim ki, aprel və avqust aylarinda aldığım mikro sahibkarlara birdəfəlik yardım paketinin yanvar ayı üçün olan ödəniş siyahısında mənim adım niyə yoxdur? Sizdən xahiş edirəm, səbəbini bilmək istəyirəm. Tutarlı bir səbəb olmadığı halda Nazirlər kabinetinə və Prezident aparatina yazacam. Özüm 3-cü qrup hərbi əliləm.
14/01/2021 Oxunub: 47 Orta qiymət: 0

Bildiririk ki, sonuncu mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmamış və müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülmüşdür.

Ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Qasımov Məmmədəli vu***@mail.ru ID: 3907
Salam. Mən Şirvanda yasayşıram. Onlayn növbəyə durmaq üçün təkcə Şirvan şəhərində vergi idarəsinə durulmalıdır? Şirvanda onlayn növbəsi dolu olduğu üçün Hacıqabul rayonuna növbəyə durub VÖEN-imi baglatdıra bilərəm?
14/01/2021 Oxunub: 51 Orta qiymət: 0

Müraciətinizlə bağlı 5 saylı Ərazi Vergilər İdarəsi üzrə Şirvan, Salyan, Sabirabad, Hacıqabul, Saatlı, Neftçala şəhər və rayonlarında yerləşən vergi ödəyicilərinə xidmət mərkəzlərinə onlayn növbə tutmaqla müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Maarif Tağıyev ay***@gmail.com ID: 3905
Çox xahiş edirəm mənim işimi araşdırın. Mənə aprel ayında 250 manat sahibkarlara yardıma görə verildi. O biri aylarda verilmədi. Birincini AG bankdan aldim. Sonra o bağlandığı üçün dedilər başqa banka yönləndir. Kapitala yönləndirildi. Kart açıldı. Ancaq pul köçmədi. Səbəbi bilmək istəyirəm. Pula çox ehtiyacım var. Mən nə edim, xahiş edirəm yol göstərin. VÖEN- 3100903022
14/01/2021 Oxunub: 39 Orta qiymət: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı eyniməzmunlu müraciətiniz qeydiyyatda olduğunuz vergi orqanı tərəfindən həll olunmuşdur.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həmzəyev Mürsəl Hüseynalı oğlu he***@mail.ru ID: 3904
Vergi məcəlləsinin 102.5. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Ata işləyirsə, İki uşağı və həyat yoldaşına görə güşəştli gəlir vergisindən istifadə edə bilərmi?
14/01/2021 Oxunub: 65 Orta qiymət: 0

Bildiririk ki, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Sorğunuzda Sizin himayənizdə 3 nəfərin olduğunu nəzərə alaraq, qeyd oluna güzəşt sizə şamil olunur.

Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən  ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Səbinə Məmmədzadə Razim qızı fh***@gmail.com ID: 3688
Salam. Şirkət xaricə pul ödəyir, lakin ödəniş hackerlər tərəfindən ələ kecirilərək öz hesablarına yönləndirilir. Şirkətin bu zərəri gəlirdən çıxılan xərc hesab edilirmi?
14/01/2021 Oxunub: 282 Orta qiymət: 5

Bildirirk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən  bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən sorğuda göstərilən halda cəmiyyət tərəfindən xaricə pul ödənişi edilən zaman ödənişin maliyyə fırıldaqçıları tərəfindən mənimsənilməsi ilə bağlı yaranmış zərərin xərclərə aid edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Məhəmmədəli Allahverdiyev Allahverdi me***@gmail.com ID: 3903
Salam. 3 ay öncə Optimalın Masazır filialından 2 299 manatlıq soyuducu almışıq. Onun əlavə dəyər vergisi qaytarılmadı, hətta bir gün öncə 90 gün tamam olduğu üçün əlavə dəyər vergisinin qaytarılması ləğv olundu. Zəhmət olmasa, bu barədə məlumat verərdiniz
14/01/2021 Oxunub: 55 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qoca Absəlimov Saleh qo***@mail.ru ID: 3902
1904478432 mənim vöenimdir adımda borc olub olmadığını bilmək istəyirəm .Zəhmət olmasa cavablandırarsız
14/01/2021 Oxunub: 46 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi Absəlimov Qoca Saleh oğlunun (VÖEN 1904478432) ödənilməmiş vergi borcu yoxdur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Səbinə Əsədzadə Elçin es***@gmail.com ID: 3901
Çox sağolun, bundan öncəki sualımı cavablandırdığınız üçün. Mən obyektimi qeydə almaq istədikdə mənə yazılı ki, sizin vergi ödəyicisinin ləğvi ilə bağlı icra edilməmiş müraciətinizin olması ilə bağlı sizin tərəfinizdən bu ərizə göndərilə bilməz. Mən vergi ödəyicisi olaraq ləğv edilməsini istəmirəm və fəaliyyətimi yeni obyektdə davam etmək istəyirəm. Bu məsələ ilə bağlı zəhmət olmasa mənə kömək edərdiniz.
14/01/2021 Oxunub: 74 Orta qiymət: 5

Bildiririk ki, vergi ödəyicisi vergi uçotundan çıxarılma üçün müvafiq ərizə ilə müraciət etdikdə, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Müraciətinizdə qeyd olunan halda, icra olunmamış müraciətinizin icrasının dayandırılması üçün qeydiyyada olduğunuz vergi orqanına elektron kabinetiniz vasitəsilə müraciət edə bilərsiniz. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəfərov Rəşad Baba ib***@inbox.ru ID: 3897
Pandemiya ilə əlaqədar mənə yardım verilməyib. Səbəbi nədir? Veriləcək vaxtı bilmək istəyirəm.
14/01/2021 Oxunub: 34 Orta qiymət: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Rəhim Aydın 99***@gmail.com ID: 3896
Salam, mən keçən ay ƏDV çeki vurmuşam. Çek təsdiqlənib, lakin balansa oturmayıb.
14/01/2021 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Saleh Yusifli Gülağa wa***@mail.ru ID: 3895
Salam. Mən ətir dükani açmaq istəyirəm icarəyə götürüb. Mən və 1 satıcı olacaq. Vergi və aylıq sosiala filan nə qədər pul ödəyəcəm? Yeni sahibkarlar vergidən 1-2 il azaddır, bu doğrudur? Və ya yeni sahibkarlar üçün hansı güzəştlər olur? Satıcı işə götürsəm əgər onun üçün aylıq nə qədər dövlətə ödəməliyəm? Özüm üçün nə qədər ödəməliyəm? Bütün xərcləri yaza bilərsiniz? Zəhmət olmasa bütün sualları cavablandıra bilərsiniz? Təşəkkürlər.
14/01/2021 Oxunub: 103 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür. Sahibkarlıq fəaliyyəti çərçivəsində malların (işlərin, xidmətlərin), habelə əmlakın təqdim olunması ilə məşğul olan və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər (Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (sorğunuzda Sizin) tərəfindən ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Müraciətinizin muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi halda bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.  İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır 

Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

İşçinin əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faizi həcmində. 1 yanvar 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 124-cü, 220-ci və “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və  “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nərminə Nəbiyeva Gahangir ne***@gmail.com ID: 3894
Salam. VÖEN-i olan şəxs vəfat etdikdə nə etməli? Və vəfat etmiş şəxs notariat qaydada mənə bütün sənəd işlərilə məşğul olmağı mənə həvalə etmişdi, o vəfat edəndən sonra mən nə etməliyəm? Ölüm kağızıyla birgə vergi idarəsinə yaxınlaşmalıyam?
14/01/2021 Oxunub: 107 Orta qiymət: 0

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;

Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

Fiziki şəxs vəfat etdikdə.

Fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təqdim edilməlidir. Fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün fiziki şəxsin uçotu haqqında şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

Əsas: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Orta qiymət)
Qiymət ver: