Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
İsayev Elşad Musa oğlu BE***@YAHOO.COM ID: 4284
Salam. Bildiyiniz kimi Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanır.Mağazamız həm umumi qaydada ƏDV-yə cəlb edilən malların satışı həmdə kənd təsərrüfatı mallarının parakəndə satışı ilə məşğul olur. Belə olan halda yeni nəsil nəzarət kassa aparatlarında bunu necə tənzimləmək olar? Yəni müştəri həm ƏDV-yə 18 faizlə cəlb edilən, mal həmdə ticarət əlavəsi ƏDV-yə cəlb edilən kənd təsərrüfatı malı alırsa bunu NKA necə vurmaq olur, yolunu izah etməyinizi xahiş edirəm.
27/02/2021 Oxunub: 113 Orta qiymət: 0

Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.

Yeni nəsil kassa aparatlarının (e-kassa) tənzimlənməsi ilə bağlı e-kassa operatorlarına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 174-cü maddələri. 

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov Adil oğlu il***@inbox.ru ID: 4283
Salam. Bilmək istərdim ki, xarici ölkələrdən dondurulmuş mal əti və toyuq əti idxal edən ƏDV ödəyicisi olan şirkət həmin əti topdansatış ticarət qaydasında yerli şirkətlərə satarkən satış ƏDV-yə cəlb olunmalıdırmı?
27/02/2021 Oxunub: 179 Orta qiymət: 0

Bildiririk ki, Vergi Məcəlləsində edilmiş və 2020-ci ilin 1 yanvar tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il 1 yanvar tarixindən 4 il müddətinə ƏDV-dən azad edilmişdir. Bu maddənin müddəaları kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətləri istisna olmaqla, emal əməliyyatlarına məruz qalan heyvan və quş ətinə münasibətdə tətbiq edilmir.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Mehman Aqil me***@gmail.com ID: 4282
Salam. Sualım ƏDV ilə bağlıdır. Marketlərdən aldığımız çeklərin üzərində göstərilən ƏDV hesaba tam yüklənmir. Bu nə ilə əlaqəlidir. Öncədən təşəkkürlər.
27/02/2021 Oxunub: 84 Orta qiymət: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Əliyev Ceyhun Oqtay oğlu Fa***@gmail.com ID: 4281
Salam. Pandemiyayla əlaqədər sahibkarlara ödənilən 1000 manat nə zaman ve necə ödənilib? Bəzi sahibkarlar niyə bundan yaralana bilməyib? Növbəti 250 manat nə zaman veriləcək?
26/02/2021 Oxunub: 68 Orta qiymət: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Telman Haxverdiyev Muxtar oqlu om***@mail.ru ID: 4278
Salam. Mən bu müraciətimlə sizə bildirirəm ki, pandemiya ilə əlaqədar bizim iş fəaliyyətimizə qadaga qoyulmuşdur. Bu fəaliyətsizliyim ayda mənə pul yardımi edilməyib. Sizdən xaiş edirəm ki, mənə də bu yardımın verilməsinə köməkliy edəsiniz.
26/02/2021 Oxunub: 66 Orta qiymət: 0

Bildiririk ki, sonuncu mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmamış və müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülmüşdür.

Ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Elşad Məmmədov Nazim el***@gmail.com ID: 4277
Salam Mənim Ədv çekim üzəeindəki nə Qr kod nədəki Fiscal İD kodları aydın oxunmur aparatdan çek çap olunanda aydın görsənməyib Mən bu kodları necə öyrənə bilərəm ?
26/02/2021 Oxunub: 72 Orta qiymət: 5

Bildiririk ki, ƏDV-nin müvafiq qaydada geri qaytarılması yalnız NKA çekinin üzrəindəki Fiskal İD və malın sürətli məlumat kodu (Quick Response Code) vasitəsilə mümkündür və bu səbəbdən istehlakçılar aldıqları mal və xidmətlərə görə kassa çekini əldə etmələridir.

Həmçinin, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir. 

QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ələkbərova Nisəbəyim Fərman qızı Ni***@gmail.com ID: 4276
Bizə niyə dövlət 2-ci ayın pulu verilmədi. Bilmək istəyirik, nə vaxt köçürüləcək və ya köçürülüb.
26/02/2021 Oxunub: 62 Orta qiymət: 0

Bildiririk ki, sonuncu mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmamış və müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülmüşdür.

Ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Niyazov Şahin Məzahir oğlu Sa***@gmail.com ID: 4274
Salam, vergi ödəyicisiyəm akkorda fəhlə işliyirəm, əmək haqqım 550 manat 2020 ci il üzrə bütün borclarımı ödədiyim halda mənə 2020 ci il üzrə borc gəlib 240.6 manat.
25/02/2021 Oxunub: 54 Orta qiymət: 0

Vergi borcunuzun yaranma səbbəi haqda məlumat almaq üçün onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rauf Ibrahimov ma***@list.ru ID: 4267
Salam ! Mənim 10.12.2020-ci il tarixli (İD 3535) sualıma cavabınız 3 (üç) abzasdan ibarətdir. Xahiş edirəm Sizdən, dəqiqləşdirəsiniz, cavabınızın 3-cü abzasındakı hal(lar) cavabınızın 1-ci abzasına aid oluna bilərmi?
24/02/2021 Oxunub: 69 Orta qiymət: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan sual (İD 3535) tərəfimizdən ətraflı cavablandırılmışdır. Həmin cavaba əlavə olaraq bildiririk ki, müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edildiyi halda onun iştirakçılarının kreditorlar ilə hesablaşmalardan sonra əmlakdan qalan hissəni və ya onun dəyərini almaq hüququ olduğundan müəssisə tərəfindən təsisçiyə nizamnamə kapitalında olan mayasına uyğun əmlak verilməsi hüquqi şəxs üçün vergi öhdəliyi yaratmır.
Xalis aktivlərin bazar dəyəri ilə payların nominal dəyəri arasındakı fərq təsisçilərin gəlirinə aid olduğundan alınmış əmlakın bazar dəyəri ilə iştirak payının nominal dəyəri arasındakı müsbət fərq təsisçi fiziki şəxslər üçün Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə, təsisçi hüquqi şəxslər üçün isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə vergiyə cəlb edilir.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Elvin Əzizov Elçin el***@gmail.com ID: 4263
Salam sizə 3 sualim olacaq öncədən təşəkkür edirəm. 1. Vergi ödəyicisi 2020 ci ildə kassa metodundan və yaxud da hesablama metodundan istifadə etdikdə 2021 ci ildə işlərin görulməsi və ya malların təqdim edilməsinə görə əldə etdiyi 2020-ci ildəki avans məbləğlərini gəlirinə və yaxud da mənfəətinə daxil edib vergisini ödəməlidirmi? 2. Rezident vergi ödəyicisi güzəştli vergi tutulan ölkədəki (Vircin adaları) qeydiyyatdan keçmiş şirkətdən mal almış və 1000 manat ödəniş etmiş o şirkətə bu zaman vergi necə tutulacaq? 3. ƏDV ödəyicisi olan şirkət balansındaki ilkin dəyəri 20 000, qalıq dəyəri isə 400 manat olan avadanlığını uçotdan silmişdir. Bu zaman ƏDV ödənilməlidirmi?
24/02/2021 Oxunub: 307 Orta qiymət: 5

Cavab 1. Bildiririk ki, vergi ödəyicisi tərəfindən gəlirlərin və xərclərin uçotunun hesablama və ya kassa metodu ilə aparılmasından asılı olmayaraq təqdim ediləcək mallara (işlərə, xidmətlərə) görə avans qaydasında alınmış pul vəsaiti mənfəət vergisinin məqsədləri üçün gəlir hesab edilmir. 
Əsas: Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri.   

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər - Azərbaycan mənbəyindən gəlirlərə aid edilmişdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz dərəcəsi ilə ödəmə mənbəyində vergiyə cəlb olunurlar.

Cavab 3. Bildiririk ki, ilin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır və malların tam amortizasiya olunduqdan sonra uçotdan silinməsi ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

Əsas: Vergi Məcəlləsinin 114-cü, 159-cu maddələri.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Vüqar Fərzəliyev Fikrət oğlu vu***@bwc.az ID: 4260
Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanununa əsasən 1 yanvar 2021-ci il tarixindən etibarən dövlət və neft sektorunda, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün icbari tibbi sığorta haqlarının ödənilməsinə başlanmalıdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə” Qərarına əsasən qeyd olunub ki : İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir: 1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən; 1.2. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən; 1.3. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən. Azərbaycan Respublikasının “Tibbi sığorta haqqında” Qanunla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə” Qərarı arasında uyğunsuzluq yaranır. Bununla bağlı xahiş edirik məlumat verəsiniz, Bakı şəhəri üzrə icbari tibbi sığorta haqlarının ödənilməsi hansı dövrdən başlanılır, və hansı qeydiyyat nömrəsi ilə tətbiq olunur.
23/02/2021 Oxunub: 106 Orta qiymət: 4

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icbari tibbi sığorta haqqı 1 yanvar 2021-ci il tarixdən bütün ölkə ərazisində ödənilir.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli 502 nömrəli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilmişdir.

4/5 (1 Orta qiymət)
Qiymət ver:
Kamran Hacıbabayev Alim oğlu ka***@mail.ru ID: 4259
Salam. 2006-cı ildə fermer təsərrüfatı yaradılıb 7 nəfər təsisçi var və onlardan 3 nəfər ölüb. Ölən şəxslərin adını çıxartmaq və yeni reyestrdən çıxarış almaq istəyirəm. Bunun üçün nə etməliyəm.
23/02/2021 Oxunub: 86 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.

Kommersiya hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 

Əsas: Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zamin Nağıyev Şamo aa***@mail.ru ID: 4257
Kriptovalyuta mayning etmək və ondan pul qazanmaq qanuna ziddirmi, qadağandırmı?
23/02/2021 Oxunub: 205 Orta qiymət: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. Eyni zamanda Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz.

Eyni zamanda bildiririk ki, fiziki şəxsin əldə etdiyi kriptovalyutanın pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirlər onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Ramil Ağayev r.***@gmail.com ID: 4256
Azərbaycanın rezidenti olan ölkə Gürcüstanda yerləşən şirkətə mal satır. Satış tranzit ticarətlə həyata keçiriləcək, yəni mal Çindən birbaşa Gürcüstana göndəriləcək. Bu zaman yerli şirkətin hansı vergi öhdəlikləri yaranacaqdır.
23/02/2021 Oxunub: 115 Orta qiymət: 0

Rezident hüquqi şəxs tərəfindən Çindən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü ölkəyə Gürcüstan Respublikasına satılmasından əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu, 167-ci və 168-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dərişov Zaxar Zakir oğlu ta***@mail.ru ID: 4255
Bununla yazıb sizdən xahiş edirəm, idxal olunmuş malların maya dəyəri necə hesablanır və VM-nin hansı maddəsi ilə tənzimlənir
23/02/2021 Oxunub: 150 Orta qiymət: 5

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü və 162.1-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İlqar Tanırverdiyev Sayyatovic il***@gmail.com ID: 4253
Salam. Mən Türkiyədən sifariş gətirmək ücün bəyamnamə doldurmaq üçün sizin saytınıza müraciət etdim. Saytda mənim adımda külli miqdarda pul göstərdi. Sizdən xahiş edirəm ki, məlumatları yenidən yoxlayıb sistemdə düzəliş edəsiniz. Adlarda səhv var.
22/02/2021 Oxunub: 91 Orta qiymət: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, eyni zamanda Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vüsal Mustafayev Sabir Vu***@rambler.ru ID: 4252
Salam. Zəngilan rayon qeydiyyatıyam. VÖEN açdırmalıyam, kiçik biznes (alğı-satqı) üçün. Hara müraciət eləməliyəm?
22/02/2021 Oxunub: 63 Orta qiymət: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar,  vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Məmmədova Aygün Nəsimi qızı an***@gmail.com ID: 4251
Onlayn növbə almaqa daxil oluram sonda nömrə öz adıma olmadığı bildirilir.Lakin 20.02.2021 ci ildə azerceldən almışam və *680# vasitisilədə yoxlayanda mesajda bildirilirki Məmmədova Aygün Nəsimi qızının adınadır. Xahiş edirik köməklik göstərəsiniz.
22/02/2021 Oxunub: 53 Orta qiymət: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Dağlar Məsimov Fərhad me***@gmail.com ID: 4249
Asan imza ilə taxes.gov.az saytından qeydiyyatdan keçərkən, səhvən faktiki ünvana yalniş məlumat doldurdum və qeydiyatdan elə keçdim. İndi isə şəxsi məlumatlarda dəyişiklik edə bilmirəm. Fiziki şəxislərin onlayn vergi ucotuna alınması üçün müraciət etmək istəyirəm. Bilmək istərdim ki, hüquqi ünvanı əsas götürərək ərizəni göndərdikdə faktiki ünvanda olan səhvlik problem yaradacaqmı? Və ya faktiki ünvanı şəxsi kabinetimdən necə çıxara bilərəm?
22/02/2021 Oxunub: 97 Orta qiymət: 0

Bildiririk ki, vergi ödəyicisi uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.  Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin "Fiziki şəxslər üçün” bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Asif Əliyev Murad xa***@mail.ru ID: 4248
Salam, mən vergi ödəyicisiyəm. Sosial yardıma görə vergi ödəyirəm, pandemiyadan əvvəl 64 manat DSMF-na ödə0yirdim. Pandemiya olduğu üçün 32 manat ödəyirdim. İndi nə qədər ödəməliyəm? Xahiş edirəm suala cavab verəsiniz.
22/02/2021 Oxunub: 61 Orta qiymət: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti üzrə 1 yanvar 2021-ci il tarixdən etibarən minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Əlavə olaraq bildirirk ki, 1 sentyabr 2019-cu il tarixdən ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının miqdarı 250 manat təşkil edir.

Əsas: Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver: