Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Nayil Qənbərov Niyaz oğlu na***@gmail.com ID: 4123
Salam. Youtube kanalımdan mənim kart hesabıma daxil olan pul üçün mən sadələşdirilmiş verginin 2% ödəyicisi və ya gəlir vergisini mikro sahibkar 5% olaraq ödəyicisi ola bilərəmmi? Gəlirlərim 12 ay ərzində 200 min manatı ötdükdə ƏDV 18% ödəyicisi olmaya bilərəmmi? Xahiş edirəm mənə minimal qanunvericiliyə uyğun vergi ödənişi üçün istiqamət göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
03/02/2021 Oxunub: 116 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xudabaxış Zamanov Şükür at***@mail.ru ID: 4121
Salam. İcbari tibbi sığortanın həm işçi, həm də işğgötürən tərəfindən ödəniş üçün hesab nömrəsi və təsnifat kodunu necə öyrənə bilərəm?
03/02/2021 Oxunub: 57 Orta qiymət: 5

İcbari tibbi sığorta haqlarının büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mirhuseyn Tagizadə Rəsul ta***@gmail.com ID: 4119
Salam. Mən "edv geri al"-ın kodunu itirmişəm və kodumu bərpa etmək istədikdəisə bunun mümkün olmadigini deyir və məni "196"-a. yönəldir. Mən "196"-a zəng edirəm orada məni operatora bağlamır. Hal-hazırda mənim "edv geri al" portalinda 100 azn ə yaxin pulum yığılıb. Zəhmət olmasa bu məsələyə bir nəzər salın!
03/02/2021 Oxunub: 57 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı müvəkkil bank olan "Kapital Bank ASC"-yə (012 196) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərhad Tağıyev Bəxtiyar gu***@gmail.com ID: 4118
Pandemiyadan zərər çəkmiş muzdlu işçinin əmək haqqı köçürülməyib.
02/02/2021 Oxunub: 43 Orta qiymət: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aydın Məmmədli ma***@gmail.com ID: 4114
Salam, pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstək göstərib işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı siyahıda bizim də şirkətin adı olmasına baxmayaraq, şirkət tərəfindən bildirilir ki, dövlət pul ödəməyibdir.
02/02/2021 Oxunub: 47 Orta qiymət: 3

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Lalayev Elşən Şirvan oglu El***@gmail.com ID: 4111
Mən Elşən Lalayev VÖEN-imi baglatmaqçün müraciət etmişəm. 2 ay vaxt vermisiniz, 2 ay bitib. Bağlanıbmı VÖEN?
02/02/2021 Oxunub: 44 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qasımov Arif Məhəmməd oğlu mr***@mail.ru ID: 4110
Fiskal ID keçmir, çatdırılma edən şəxs öz adına vurub, çünki çek məndədir, portalda keçmir.
01/02/2021 Oxunub: 39 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmail İsmayılzadə Ramiz ii***@gmail.com ID: 4109
Salam. Zəhmət olmasa baxa bilərsiniz, belə VÖEN mövcuddur? Varsa kimin adınadır? 5500799442
01/02/2021 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan VÖEN müəyyən edilməmişdir.

Həmçinin bildiririk ki,  “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə uçotda olan vergi ödəyicisinin VÖEN-i və adı haqda məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Günel Talişinskaya Rafiq gu***@gmail.com ID: 4108
Salam. Sualım İcbari tibbi sığorta tutulmaları ilə bağlıdır. Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun 15-2ci Maddəsinin 15-2.1. bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Bu halda bilmək istərdik ki Azərbaycan Respublikasında yaşama və ya iş icazsəi olan əmək müqaviləsi əsasında çalışan əcnəbi vətəndaşların əmək haqqından İcbari Tibbi Sığorta haqqları tutulurmu? Öncədən təşəkkürlər.
01/02/2021 Oxunub: 88 Orta qiymət: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

   Qanunun 15-2.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir.

   Həmçinin, Qanunun 15-2.3-cü maddəsinə əsasən bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə ödənilən əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fidan Behbudova Bakir be***@mail.ru ID: 4107
Salam, mən kollec bitirmişəm. Hazırda universitetdə təhsil alıram, işə qəbul üçün ali təhsil önəmlidir? Kollec diplomum kifayət edir yoxsa?
01/02/2021 Oxunub: 48 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şahin Qasımzadə Sh***@gmail.com ID: 4106
Mən təsnifat kodumu bilmirəm. Zəhmət olmasa mənə o kodun neçə olduğunu deyərdiniz ki, mən ödənişimi edim. Birdə ki mən 14.12.2020 dan VÖEN-lə işə girmişdim bir firmaya, indi mənim ödənişim hansı rübə düşür və nə zaman ödəməliyəm? Xülasə mənə ödəniş edəcəyim kod və tarix lazımdır?
01/02/2021 Oxunub: 73 Orta qiymət: 0

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. 

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial sğorta, tibbi sığorta, işsizlikdən sığorta haqları və vergi ödənişləri üçün fəaliyyət növləri üzrə büdcə təsnifat kodları yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəzərov Azər Alqış az***@gmail.com ID: 4105
Salam. Bilmək istərdim ki, İşəgötürənin muzdlu işçiyə ödədiyi əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən hansı vergi yaxud icbari ödənişlər tutulmalıdır?
01/02/2021 Oxunub: 140 Orta qiymət: 0

Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Niyazov Cabir Akif ja***@yahoo.com ID: 4104
Salam, Dövlət büdcəsindən maliyyələşməyən müəssisə tərəfindən (yəni müəssisənin öz vəsaiti hesabına) vəfat edən işçinin ailəsinə AR Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Bu müavinətdən vergi tutulmalıdırmı? Əgər tutulmalıdırsa hansı maddə ilə tənzimlənir? Bu müavinət dəfn üçün müavinət hesab olunur? Təşəkkürlər.
01/02/2021 Oxunub: 76 Orta qiymət: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Məmmədov Həşim Kərim oğlu He***@mail.ru ID: 4086
Salam. Mən "edvgerial" üçün Taxmanatdan istifadə edirəm. Noyabr və dekabr ayları üçün geri qaytarılan məbləğ 01.01.2021 tarixdə silindi istifadə edilmədən. Bunun üçü hara müraciət edə bilərəm? Kapital bank Dövlət Vergi Xidmətinə müraciət etməli olduğumu bildirir.
30/01/2021 Oxunub: 59 Orta qiymət: 0

Bildiririk ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün yalnız edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidlərindən və mobil tətbiqlərdən istifadə edə bilərlər. 

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Gültəkin Ələkbərova,Sahib se***@gmail.com ID: 4084
Salam. Mən 2014-2019 cu il ərzində ADPU-nun Riyaziyyat və İnformatika müəllimliyi ixtisasında təhsil almışam. Hal Hazırda BDU-nun Rİyazi kibernetika ixtisasında son kursam. Vergi üzrə təyin olunmuş işə qəbul imtahanında iştirak edə bilərəmmi?
30/01/2021 Oxunub: 46 Orta qiymət: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nigar Hüseynova Şahin ni***@gmail.com ID: 4083
Salam. 31.12.2021 tarixində yüklənən ƏDV-lər geri qaytarılmadı, imtina olundu. 4 çek üzrə ƏDV haqları toplam 1.23 qəpik edir. Niyə geri qaytarılmadı, heç bir çekin ƏDV-si? Xahiş edirəm mənim sualım cavablansın, o çeklərə yenidən baxılsın
30/01/2021 Oxunub: 69 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nahid Məhərrəmov Mətləb na***@gmail.com ID: 3942
Salam. P2P lendinq platformalarında qazanılan faizə görə hansı vergi ödənilməlidir? Mən əgər ki, qazanılan faizi platformada saxlayıb investisiya etsəm yenə də vergi ödəməliyəm? Yəni qazanılan faizi "cash out" eleməsəm və platformada saxlayıb yatırıma davam etsəm yenə də vergi ödənilməlidir?
30/01/2021 Oxunub: 67 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.         

Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci və 101.2-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Gülşən Məmmədova Aydın gu***@gmail.com ID: 4082
Salam, mən VÖEN-imi açdırmışdım 2020-ci il sentyabrın sonlarında. Fəaliyyət göstərmirəm, rüblük hesabatı boş göstərmək üçün kömək edərsiz. Zəhmət olmasa.
30/01/2021 Oxunub: 41 Orta qiymət: 0

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Elektron xidmətlərdən istifadə ilə bağlı köməklik üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Afaq Ağayeva Balafər qızı al***@mail.ru ID: 4081
Salam, mən dublikat göndərməliyəm vergilərin saytında Access bankda hesab açdırmaq üçün. Amma bunu necə edəcəyimi bilmirəm. Youtube-dakı video çarxlar mənə kömək olmadı. Mənə şəxsi kabinet lazımdırmı ora daxil olmaq üçün? Lazımdırsa necə aça bilərəm? Xahiş edirəm mənə kömək olun.
30/01/2021 Oxunub: 38 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Zülfiyyə Novruzova Vilayət qızı hr***@gmail.com ID: 4080
Salam. Müəssisənin təsisçisi və dirktoru eyni adam olmusdur və rəhmətə getmişdir. Hal hazırda yoldaşı vərəsəsidir. Həyat yoldaşını təsisçi və direktor etmək üçün hansı sənədlər lazimdir və hara yaxınlaşmaq lazımdır. Əgər mümkünsə, ərizə yazılacaqsa ərizə formasını göndərə bilərsinizmi?
29/01/2021 Oxunub: 102 Orta qiymət: 0

Bildiririk ki, hüquqi şəxsin təsisçisi vəfat etdikdə Mülki Məcəllənin 10-cu bölməsinin tələblərinə uyğun olaraq vərəsəlik notarial qaydada və ya məhkəmə qaydasında müəyyən edilir. Bundan sonra ölmüş təsisçinin (iştirakçının) vərəsəsi kimi tanınmış şəxs müvafiq təsdiqedici sənəd (notarial qaydada təsdiq edilmiş vərəsəlik şəhadətnaməsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) əsasında qurumun təsisçisi qismində tanınır. Sonrakı proseslər isə qanunvericiliyə uyğun olaraq yerinə yetirilməlidir.

Kommersiya hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 

Əsas: Mülki Məcəllənin 10-cu bölməsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Orta qiymət)
Qiymət ver: