Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
Ələkbər-zadə Faiq Zakir oğlu fa***@gmail.com ID: 4141
Salam bilmək istəyirəm ki, bəzi ticarət obyektləri ƏDV çekini vermirlər. Çünki tələb etdikdə isə ya meyvə-tərəvəzə və çörəyə ƏDV çeki verilmir deyir, istədikdə isə başqa çek verir. Bu nə dərəcədə düzdür?
06/02/2021 Oxunub: 107 Orta qiymət: 3

Bildiririk ki, nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə aid edilir. 

Alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, ƏDV ödənilmədiyi üçün ƏDV-nin geri qaytarılması nəzərdə tuturlmur.

Məlumat üçün bildiririk ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il 1 yanvar tarixindən 7 il müddətinə ƏDV-dən azad edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı, habelə kəsilmiş və dondurulmuş formada satılan heyvan və quş ətinin satışı ƏDV-dən azaddır.

Buna əsasən yuxarıda qeyd olunan məhsullarının satışı ƏDV-dən azad olunduğundan istehlakçılar tərəfindən ödənilən belə məhsulların satış qiymətində ƏDV ödənilmir və belə pərakəndə ticarət zamanı ƏDV ödənilmədiyindən istehlakçının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranmır.

Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının onların istehsalçısı tərəfindən deyil, digər sahibkarlıq subyektləri tərəfindən istehsalçıdan alınaraq ticarət şəbəkələrində pərakəndə qaydada satışı zamanı isə ƏDV ticarət əlavəsindən hesablanır. Bu zaman, istehlakçı tərəfindən alınan məhsulun dəyərində ƏDV ödənildiyindən alıcının Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq ƏDV-ni geri almaq hüququ yaranır.

Eyni zamanda, istehlakçı tərəfindən ödənilmiş ƏDV-nin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 50.8-ci,164-cü və 165.5.-ci maddələri.

3/5 (1 Orta qiymət)
Qiymət ver:
Araz Mammadov ar***@gmail.com ID: 4140
Salam, sualım "edv geri al" ilə bağlıdır. KFC restoranlarının çeklərindən niyə ƏDV geri almaq olmur? Eyni xidməti göstərən "Mc Donalds"-dan isə olur? Misal olaraq, bu kfc ödəniş qəbzini - fiskal id 7BgPmWtXJzFd, yoxlaya bilərsiniz.
06/02/2021 Oxunub: 93 Orta qiymət: 5

Müraciətinizdə qeyd olunan çekdən göründüyü kimi, vergi ödəyicisi ƏDV ödəyicisi deyil və sadələşdirilmiş vergi ödəyicisidir. ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Гриник Марина Акимовна gm***@gmail.com ID: 4138
Здравствуйте. Я через виза-карту покупаю на сайте одноклассники ок-валюту. Раньше не было проблем и с карты снималась сумма указанная при покупке. Сейчас дважды с карты были сняты 18 процентов от суммы. Я обратилась в службу сайта и получила ответ что сумма была сняла банком. В банке Bank of Baku меня перенаправили к вам указав что 18 процентов были сняты налоговой службой.Прошу разьяснить ситуацию,потому что я пенсионер и для меня это существенная сумма.
05/02/2021 Oxunub: 76 Orta qiymət: 5

Bildiririk ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 168-ci və 169-cu maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İsmayılov Cavid Telman ma***@mail.ru ID: 4137
Salam, mən bərbər faəliyyəti ilə məşğul idim. Adıma VÖEN açılmışdı. Fəaliyyətimi dayandırdıqdan sonra həmin VÖEN deaktiv edilməsi üçün müraciət etmişdim. İndi bilmək istərdim ki, adıma aktiv VÖEN var?
05/02/2021 Oxunub: 59 Orta qiymət: 5

İsmayılov Cavid Telman oğlu adına VÖEN müəyyən edilməmişdir. Həmçinin bildiririk ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Sevil Fətullayeva İmanqulu qızı se***@finance-group.az ID: 4136
Hüquqi və ya fiziki şəxsə pandemiyaya görə dövlət büdcəsindən olunan yardım hansı vergilərə cəb olunur?
05/02/2021 Oxunub: 98 Orta qiymət: 5

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir.  

Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Hüseynzadə Hüseyn İlham oğlu hu***@gmail.com ID: 4135
Salam. Lizinq müqaviləsinə əsasən A hüquqi şəxs B hüquqi şəxsdən nəqliyyat vasitəsi alır. Sual ondan ibarətdir ki, aldığı nəqliyyat vasitəsinə görə e-qaimə öncədən yoxsa sonda təqdim olunacaq? Bu əməliyyat vergi uçotunda necə əks olunacaq? Nəqliyyat vasitəsini əsas vəsait kimi uçota ala bilərikmi?
05/02/2021 Oxunub: 247 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 140.6-cı maddəsində qeyd edilmişdir ki, icarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir. Buna əsasən lizinq verən lizinqə verilmiş əmlakın lizinq müqaviləsi ilə müəyyən edilən tam dəyərinə elektron qaimə-faktura təqdim edir. Təqdim edilmiş aktiv üzrə əldə edilən faiz gəlirlərinə görə isə hər dəfə faizlərin hesablanması dövrünə uyğun olaraq elektron qaimə-faktura təqdim edilir.

5/5 (2 Orta qiymət)
Qiymət ver:
Ağayeva Lalə Vidadi qızı la***@mail.ru ID: 4130
Salam. Mən onlayn olaraq mebellərin bank kartları vasitəsilə kreditlə satışını etmək istəyirəm. Bunun üçün məndən hansı sənədlər tələb olunur? Və elektron müraciət edə bilərəm?
04/02/2021 Oxunub: 90 Orta qiymət: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunanlara əsasən nağdsız satışı həyata keçirmək üçün ilk olaraq bank hesabı açmağınız tələb olunur. Fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Malların kredit yolu ilə satışına dair qanunvericiliyin tələbləri ilə bağlı, aidiyyəti üzrə səlahiyyətli qurum olan Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
İbrəhimli Murad Hakim oğlu mu***@gmail.com ID: 4126
Salam. Mən məktəbə qədərə tədris müəssisəsi açmaq istəyirəm. Vergi ödənişi necə həyata keçəcək? Hüquqi şəxs olacağı təqdirdə hansı xüsusi lisenziya və ya sənədlər lazım olacaq? Öncədən təşəkkür edirəm. Hörmətlə Murad İbrəhimli
03/02/2021 Oxunub: 101 Orta qiymət: 5

Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi hesab olunur.

Göründüyü kimi. qeyd olunan fəaliyyətin fiziki şəxslər tərəfindən həyata keçirilməsi qanunvericikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, Azərbaycan Respublikasında dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

Bu barədə ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinə və lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə (195 nömrəsini yığdıqdan sonra 2 düyməsini sıxmaqla) müraciət etməyinizi tövsiyə edirik.

Əsas: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 14 aprel 2017-ci il 585-VQ saylı və “Lisenziyalar və icazələr haqqında”Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunları.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Nayil Qənbərov Niyaz oğlu na***@gmail.com ID: 4123
Salam. Youtube kanalımdan mənim kart hesabıma daxil olan pul üçün mən sadələşdirilmiş verginin 2% ödəyicisi və ya gəlir vergisini mikro sahibkar 5% olaraq ödəyicisi ola bilərəmmi? Gəlirlərim 12 ay ərzində 200 min manatı ötdükdə ƏDV 18% ödəyicisi olmaya bilərəmmi? Xahiş edirəm mənə minimal qanunvericiliyə uyğun vergi ödənişi üçün istiqamət göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm.
03/02/2021 Oxunub: 124 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xudabaxış Zamanov Şükür at***@mail.ru ID: 4121
Salam. İcbari tibbi sığortanın həm işçi, həm də işğgötürən tərəfindən ödəniş üçün hesab nömrəsi və təsnifat kodunu necə öyrənə bilərəm?
03/02/2021 Oxunub: 58 Orta qiymət: 5

İcbari tibbi sığorta haqlarının büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Mirhuseyn Tagizadə Rəsul ta***@gmail.com ID: 4119
Salam. Mən "edv geri al"-ın kodunu itirmişəm və kodumu bərpa etmək istədikdəisə bunun mümkün olmadigini deyir və məni "196"-a. yönəldir. Mən "196"-a zəng edirəm orada məni operatora bağlamır. Hal-hazırda mənim "edv geri al" portalinda 100 azn ə yaxin pulum yığılıb. Zəhmət olmasa bu məsələyə bir nəzər salın!
03/02/2021 Oxunub: 57 Orta qiymət: 0

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı müvəkkil bank olan "Kapital Bank ASC"-yə (012 196) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fərhad Tağıyev Bəxtiyar gu***@gmail.com ID: 4118
Pandemiyadan zərər çəkmiş muzdlu işçinin əmək haqqı köçürülməyib.
02/02/2021 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aydın Məmmədli ma***@gmail.com ID: 4114
Salam, pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstək göstərib işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı siyahıda bizim də şirkətin adı olmasına baxmayaraq, şirkət tərəfindən bildirilir ki, dövlət pul ödəməyibdir.
02/02/2021 Oxunub: 47 Orta qiymət: 3

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

3/5 (2 Orta qiymət)
Qiymət ver:
Lalayev Elşən Şirvan oglu El***@gmail.com ID: 4111
Mən Elşən Lalayev VÖEN-imi baglatmaqçün müraciət etmişəm. 2 ay vaxt vermisiniz, 2 ay bitib. Bağlanıbmı VÖEN?
02/02/2021 Oxunub: 44 Orta qiymət: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Qasımov Arif Məhəmməd oğlu mr***@mail.ru ID: 4110
Fiskal ID keçmir, çatdırılma edən şəxs öz adına vurub, çünki çek məndədir, portalda keçmir.
01/02/2021 Oxunub: 39 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İsmail İsmayılzadə Ramiz ii***@gmail.com ID: 4109
Salam. Zəhmət olmasa baxa bilərsiniz, belə VÖEN mövcuddur? Varsa kimin adınadır? 5500799442
01/02/2021 Oxunub: 44 Orta qiymət: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan VÖEN müəyyən edilməmişdir.

Həmçinin bildiririk ki,  “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə uçotda olan vergi ödəyicisinin VÖEN-i və adı haqda məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Günel Talişinskaya Rafiq gu***@gmail.com ID: 4108
Salam. Sualım İcbari tibbi sığorta tutulmaları ilə bağlıdır. Tibbi sığorta haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun 15-2ci Maddəsinin 15-2.1. bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Bu halda bilmək istərdik ki Azərbaycan Respublikasında yaşama və ya iş icazsəi olan əmək müqaviləsi əsasında çalışan əcnəbi vətəndaşların əmək haqqından İcbari Tibbi Sığorta haqqları tutulurmu? Öncədən təşəkkürlər.
01/02/2021 Oxunub: 88 Orta qiymət: 5

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

   Qanunun 15-2.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir.

   Həmçinin, Qanunun 15-2.3-cü maddəsinə əsasən bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə ödənilən əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Fidan Behbudova Bakir be***@mail.ru ID: 4107
Salam, mən kollec bitirmişəm. Hazırda universitetdə təhsil alıram, işə qəbul üçün ali təhsil önəmlidir? Kollec diplomum kifayət edir yoxsa?
01/02/2021 Oxunub: 48 Orta qiymət: 5

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Şahin Qasımzadə Sh***@gmail.com ID: 4106
Mən təsnifat kodumu bilmirəm. Zəhmət olmasa mənə o kodun neçə olduğunu deyərdiniz ki, mən ödənişimi edim. Birdə ki mən 14.12.2020 dan VÖEN-lə işə girmişdim bir firmaya, indi mənim ödənişim hansı rübə düşür və nə zaman ödəməliyəm? Xülasə mənə ödəniş edəcəyim kod və tarix lazımdır?
01/02/2021 Oxunub: 76 Orta qiymət: 0

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir. 

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Hesablanmış verginin məbləği hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq "Sadələşdirilmiş vergi bəyannaməsi" ilə bəyan edilir və həmin tarixdən gec olmayaraq dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Aşağıdakı keçiddən "Büdcə gəlirlərinin təsnifatı" adlı faylı endirməklə təsnifat kodları ilə tanış ola bilərsiniz. Faylda sosial sğorta, tibbi sığorta, işsizlikdən sığorta haqları və vergi ödənişləri üçün fəaliyyət növləri üzrə büdcə təsnifat kodları yerləşdirilmişdir.

https://www.taxes.gov.az/az/page/budce-rekvizitleri-barede-melumatin-verilmesi

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Nəzərov Azər Alqış az***@gmail.com ID: 4105
Salam. Bilmək istərdim ki, İşəgötürənin muzdlu işçiyə ödədiyi əmək qabiliyyətinin itirilməsinə görə müavinətdən hansı vergi yaxud icbari ödənişlər tutulmalıdır?
01/02/2021 Oxunub: 149 Orta qiymət: 0

Bildiririk ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla işəgötürən tərəfindən gəlir vergisinə cəlb olunmalıdır.

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.

Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta və tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

0/5 (0 Orta qiymət)
Qiymət ver: