Azərbaycan Respublikası rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda 🔒 işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz vebsaytlarda paylaşın.

Dili seçin
Axtar
İbrahim Məmmədov Araz el***@list.ru ID: 4050
Salam. İcbari tibbi siğorta üçün hesablanmış tutqular hansı bank hesabına köçürüləcək. Zəhmət olmasa, bank rekvizitlərini bilmək istəyirəm.
27/01/2021 Oxunub: 59 Orta qiymət: 0

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Həsənov Cabir Vaqif oğlu dj***@mail.ru ID: 4049
Salam. İşçi əmək qabiliyyətinin itirilməsi səbəbindən uzun müddət işə çıxmamışdır. Ona dəfn üçün müavinət verilməlidirmi və hansı qaydada hesablanılmalıdır?
27/01/2021 Oxunub: 79 Orta qiymət: 0

Bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 4048
Salam. Bilmək istərdim ki, yalnız vergi ödəyicilərinə ictimai iaşə xidməti göstərən müəssisə illik dövriyyəsi 200 000 (iki yüz min) manatı keçdikdə 8 % lə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ varmı?
27/01/2021 Oxunub: 67 Orta qiymət: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Ceyhun Əlizadə Ce***@gmail.com ID: 4046
Ədv geri al praqramında 3 ədəd çekimə ləvğ olunub cavabı gəlib. Bu barədə məlumat vermişəm yazılı şəkildə saytdan. Neçə günə cavab gələcək?
26/01/2021 Oxunub: 51 Orta qiymət: 0

Bildiririk ki, vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Salayev Ramil Ramiz ra***@gmail.com ID: 3769
Salam, mən 2020-ci ilin fevral ayından işləyirəm. Bilmək istəyirəm, mənə 250 manat düşür, yoxsa yox?
26/01/2021 Oxunub: 207 Orta qiymət: 5

Bildiririk ki, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər.

Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Zamir za***@gmail.com ID: 4045
Salam, mənim yoldaşıma torpaq VÖEN-i açmaq istəyirəm sosialla əlaqədar. Torpaq aktınn sırasında 3-cü nəfərdir, yəni ki, torpaq aktında 1-ci atası, 2-cisi anası, 3-cü sırada yoldaşımın adı var. Mən oradan tək yoldaşıma VÖEN açdıra bilərəm? Çox sağolun.
26/01/2021 Oxunub: 58 Orta qiymət: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Eyni zamanda, torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dır ( o cümlədən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri). Müraciətinizdə qeyd olunanlara əsasən müvafiq sənədlə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Rüstəm Mehdizadə İsmayıl me***@gmail.com ID: 3767
Salam mən taksi faəliyyəti ilə bağlı VÖEN açdırmışam. Amma istifadə etmirəm. Mənə borc yazıla bilərmi?
26/01/2021 Oxunub: 301 Orta qiymət: 5

Bildiririk ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Məlumat üçün bildiririk ki, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınma xidmətinə görə isə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən taksi fəaliyyətini həyata keçirən şəxslərin fəaliyyət göstəmədikləri halda vergi və sosial sığorta öhdəlikləri yaranmır və borc hesablanmır. 

Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58.2-ci, 218-ci, 221-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci, 14.6-cı madddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (3 Orta qiymət)
Qiymət ver:
Təranə Məmmədova ma***@gmail.com ID: 4043
Salam! Mənim dondurulmuş VÖEN-im var. Hazırda yanvar ayından başlayaraq fəaliyyətə başlayıram. Bu VÖEN-ni necə aktivləşdirmək olar?
26/01/2021 Oxunub: 44 Orta qiymət: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Təmraz İsmayılov te***@gmail.com ID: 4042
Salam. Mən vergi xidmətinə onlayn növbə götürmək istəyirəm. Mənə sms vasitəsilə dörd rəqəmli şifrə gəlməlidir, məndə şifrəni qeyd edib növbəni götürməliyəm. Ancaq mənə sms gəlmir, mən neynəməliyəm ki, mən növbə götürüm?
26/01/2021 Oxunub: 39 Orta qiymət: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

 

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fəxrəddin Cəfərov Soltan oğlu fe***@gmail.com ID: 4041
Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyi zamanı fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi zamanı vergi ödəyicisi fərdi (mikro) sahibkar Cəfərov Soltan Şəmsəddin oğluna (VÖEN-5700065902) yalnız 1-ci mərhələdə birdəfəlik ödəmə həyata keçirilmişdir. Yalnız sonrakı mərhələlərdə bu ödəmə həyata keçirilməmişdir, baxmayaraq ki şəxsin fəaliyyət göstərdiyi sahə (nəqliyyat sektoru) Azərbaycan Respublikasında pandemiyanın tətbiq olunduğu gündən bu günədək fəaliyyətinə məhdudiyyət (qadağa) qoyulmuşdur. Xahiş edirəm sualımı aidiyyəti olaraq cavablandırasınız.
26/01/2021 Oxunub: 48 Orta qiymət: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. Eyni zamanda, müraciətinizin araşdırılması üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Cabbar Hüseyn-zadə jo***@gmail.com ID: 4040
Xaricdə bir broker hesabı açmaq məqsədi ilə bir fərdi sahibkar kimi olaraq VÖEN açmağı düşünürəm. Zəhmət olmasa, ABŞ şirkət səhmlərinin alış-satış vergiləri və vergi bəyannamələri üzrə vergi faizləri barədə məlumat verərsiz.
26/01/2021 Oxunub: 188 Orta qiymət: 0

Bildiririk ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Buna əsasən xarici foreks brokerlərinin xarici ölkələrdə olan depozit hesablarına fiziki şəxslər tərəfindən vəsait qoyulduqda həmin vəsaitdən 18 faiz dərəcə ilə ƏDV tutulub dövlət büdcəsinə ödənilir.

Bundan əlavə foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.         

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 169-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Mehdiyev İlqar Mehman oğlu m_***@inbox.ru ID: 4039
Salam, hörmətli vergi əməkdaşı. Bildiyimiz kimi ciddi hesabat blankları təşkilatı-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Ciddi hesabat blankı ilə əlaqədar sualım aşağıda qeyd olunandan ibarətdir: Cəmiyyətin fəaliyyəti istehsal ilə əlaqədardır və sualım ondan ibarətdir ki, əgər Cəmiyyət öz alıcılarına hazır məhsul satarkən ciddi hesabat balnkı olan “Malların təhvil-qəbul aktı”nı tətbiq etmədən elektron qaimə-faktura göndərmək halında Vergi Məcəlləsinin pozulması kimi qiymətləndirilmə riski varmı, yəni biz yalnız elektron qaimə-faktura göndərməklə məhsulumuzun satışını həyata keçirə bilərikmi?
26/01/2021 Oxunub: 143 Orta qiymət: 0

Bildiririk ki, istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir.

Qaydanın 9-cu bəndinin müddəalarına əsasən “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”, “Alış sifarişi”, “Hazır məhsulların təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, “Zay məhsullara dair akt”, “Zay məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formada vergi ödəyicisi tərəfindən kağız və ya elektron daşıyıcıda hazırlanaraq tətbiq edilir.

Bildiririk ki, yuxarıda qeyd olunan sənədlər Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun olaraq kağız və ya elektron daşıyıcıda mətbəəyə sifariş olunmadan hazırlanaraq tərtib oluna bilər və həmin sənədlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi formaya uyğun olduğu halda vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.

Vergi ödəyicisi əvvəlcədən sifariş edilməyən malların satışını həyata keçirdikdə həmin mallar digər vergi ödəyicisinə “Malların təhvil-qəbul aktı” üzrə təqdim edilir və həmin mallar üzrə “Elektron qaimə-faktura” Vergi Məcəlləsinə uyğun olaraq malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində göndərilir. 

Əsas:"İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, Vergi Məcəlləsin 58-ci, 71-1-ci və 130-cu maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Heydər Əskərov Eldar oğlu he***@mail.ru ID: 4038
Salam, hər vaxtınız xeyir. Mən onlayn ticarət ilə məşğul olmağa başlamaq istəyirəm. Bunun üçün VÖEN açdıqdan sonra VÖEN hesablı bank kartının açmaq lazım olduğunu bilirəm. Əgər bu ticarət ilə məşğul olsam, hansı vergiləri ödəməliyəm və bu proses necə aparılmalıdır? Əvvəlcədən təşəkkürlər.
26/01/2021 Oxunub: 68 Orta qiymət: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 220-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Aynur Ağayeva Cəmşid Ag***@gmail.com ID: 4037
Salam, Ədv-nin geri qaytarılması ilə bağlıdır sualım. Fiscal İd: ChAgZt2o8qTH- bu nömrəli çek məndə ləğv edilib zəhmət olmasa deyə bilərsiz nəyə görə ləğv edilib?
26/01/2021 Oxunub: 55 Orta qiymət: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Vidadi Səfərov ze***@yandex.ru ID: 3782
Salam. Biz, AzərTürkbankda hesab açmaq üçün banka müraciət etdik. Bankda bizdən vergidən şəhadətnamə dublikat təqdim etməyimizi istədilər. Bu şəhadətnamə dublikat üçün biz hansı vergi idarəsinə müraciət etməliyik? Qeyd edim ki, qeydiyyatımız Yasamal rayonunadır. Təşəkkür.
26/01/2021 Oxunub: 135 Orta qiymət: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Sevər Əsgərova Faiq qızı as***@gmail.com ID: 3973
Salam. Vergilər Nazirliyinə işə qəbul üzrə imtahan sonuncu dəfə 2019 il oktyabr ayında olub. Növbəti imtahana qeydiyat ne vaxt başlanacaq? İmtahan ne vaxt olacaq? Artıq 1 ilden artiqdir ki imtahanlar haqda hec bir məlumat əldə edə bilmirik, çox xahiş edirəm hecolmasa təqribi bir vaxt yazın mene , məndə ona görə imtahana hazırlaşım.
26/01/2021 Oxunub: 46 Orta qiymət: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulu haqda elanı ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Xeyrulla Mirzəyev Bilal oğlu xe***@mail.ru ID: 4032
Salam. Bilmək istəyirəm ki, respublika büdcəsindən maliyyələşən təşkilatda podrat müqavilə ilə işləyən işçilər icbari tibbi sığorta ödənişinə cəlb olunurlar ya yox? Əyər cəlb olunursa neçə faiz tutulmalıdır? Bildiyimə görə icbari tibbi sığortanın 2% işəgötürən təşkilat tərəfindən ödənilməlidir. Həmin işçilər üçün işəgötürən təşkilat tərəfindən 2% ödəniş nəzərdə tutulmayıb.
26/01/2021 Oxunub: 53 Orta qiymət: 5

Bildiririk ki, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.

5/5 (1 Orta qiymət)
Qiymət ver:
Cəlal Tağıyev ca***@mail.ru ID: 4030
Salam, ƏDV ilə bağlı. Bu fiskad kod ilə ƏDV düzgün hesablanmayıb və düzgün qaytarılmayıb. 4zHrtr8x6rkJ zəhmət olmasa bunu aydınlaşdırın.
26/01/2021 Oxunub: 41 Orta qiymət: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
İlqar Təhməzzadə Cəbrayıl il***@gmail.com ID: 4029
Salam. Mən Ezgil Medical Technologies şirkətində dizayner vəzifəsində çalışıram. Məni töhmətlə işdən çıxmağa hədələyirlər. Mənə öz istəyimlə ərizə yazdırmaq istəyirlər. Halbuki məni çıxardırlar üstəlik töhmət verərək. Halbuki töhmət alacaq heç bir iş görməmişəm. Sadəcə müdirlə fikrimiz üst-üstə düşdürdü son yanvar ayı. Məni məcbur edirlər öz istəyimlə işdən çıxım, amma öz istəyimlə çıxmıram. Xahiş edirəm tez bir zamanda tədbir görəsiniz. Mümkündürsə bu gün. Çünki bu gün o sənədi portala vuracaqlar. Əvvəlcədən minnətdaram
26/01/2021 Oxunub: 57 Orta qiymət: 0

Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Orta qiymət)
Qiymət ver:
Fəxrəddin Cəfərov Soltan oğlu fe***@gmail.com ID: 3768
Salam. Karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlara (nəqliyyat sektoru) dəymiş ziyanla bağlı maliyyə dəstəyi bu yaxınlarda veriləcəkmi? Veriləcəksə, təxminən nə zaman veriləcək?
26/01/2021 Oxunub: 114 Orta qiymət: 5

Bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. 

Maliyyə Nazirliyi və agent banklar tərəfindən maliyyə dəstəyinin bank hesablarına köçürülməsi təmin edilir. 

5/5 (2 Orta qiymət)
Qiymət ver: