Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

 

- Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əmək müqaviləsi bağlamaqla əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək;

- Həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək;

- Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq;

- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək;

- Belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;

- Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;

- İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək;

- Ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək;

- Əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək;

- İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta olunmaq;

- Habelə hər hansı başqa növ sığorta növlərindən istifadə etmək və digər hüquqları yaranır.

 

 

Bəzi hallarda işçilərlə əmək müqaviləsi bağlanılmır və ya onlar faktiki olaraq əmək münasibətinə cəlb olunsalar da mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilir. Belə olduqda işçi qanunla müəyyən edilmiş bir sıra hüquq və imtiyazlardan məhrum olur, müəssisə isə müvafiq orqanlar tərəfindən müxtəlif inzibati və cinayət məsuliyyətinə cəlb olunur.

Qanunvericilikdə nəzərdə tutulan güzəşt və imtiyazlar əmək müqaviləsi əsasında çalışanlara şamil edilir. Yəni, kimsə qeyri-formal məşğul şəxsdirsə və mülki-hüquqi müqavilə əsasında xidmət göstərirsə, həmin güzəşt və imtiyazlardan məhrum olur.

 

 

Əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilir.

Əmək müqaviləsinə xitam verildiyi zaman işçiyə xitam olunduğu tarixə qədər işlədiyi iş günlərinə görə əməkhaqqı və istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyası ödənilməlidir.

 

 

İşəgötürən işçini yaşa görə əmək pensiyası tələbi ilə işdən çıxara bilməz. İşəgötürən ancaq dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçinin əmək müqaviləsinə çalışmanın yaş həddinə əsaslanaraq xitam verə bilər. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işləyən işçilərin minimum çalışmasının yaş həddi, Əmək Məcəlləsinin 10-cu maddəsinə görə, 65 ildir və xüsusi tələblərlə artırılır. Kommersiya qurumları, büdcədən maliyyələşən təşkilatlar, ümumiyyətlə, istənilən işəgötürən yaşa görə əmək pensiyasına çıxan işçini bu səbəblə işdən azad edə bilməz. Daha doğrusu, Əmək Məcəlləsində belə bir xitam maddəsi və ya bəndi yoxdur. Yaşa görə əmək pensiyasına əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi ancaq işçinin öz xahişi ilə həyata keçirilə bilər. Deməli, yaşa görə əmək pensiyasına çıxmaq üçün yaşı çatmış, amma əmək müqaviləsinin müddəti qurtarmamış işçi ancaq öz ərizəsi ilə işdən azad edilə bilər.

 

 

İşəgötürən tərəfindən tərtib olunaraq işçiyə ötürülən əmək müqaviləsi “Əmək və Məşğulluq” altsisteminə yerləşdirilir.

Vətəndaş müqaviləni imzalamaq üçün aşağıdakı addımları atmalıdır:

- ƏMAS platformasında şəxsi kabinetə daxil olur;

- “Onlayn əmək müqaviləsi” başlığına klik edib “Onlayn əmək müqaviləsi reyestri”, daha sonra “Təsdiq gözləyən əmək müqavilələri” bölməsinə keçid edir;

- Açılan bölmədə müqavilə ilə tanış olduqdan sonra onu imzalaya, imtina edə və ya geri göndərə bilər;

- İmzalamaq istədikdə növbəti bölməyə keçid edərək rəqəmsal imzalarla müqaviləni imzalamış olur.