№ 2. İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işlə əlaqədar alınan gəlirə aid edilə bilərmi?
№ 3. İşçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda həmin borcun və ya öhdəliyin məbləği hansı gəlirə aiddir?
№ 5. Faktiki ezamiyyə xərclərinin, habelə Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi hansı gəlirə daxildir?
№ 10. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?
№ 11. Fiziki şəxsin aldığı və Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş hansı məbləğlər gəlirdən çıxılır?
№ 12. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər istisna olmaqla aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
№ 13. Qeyri sahibkarlıq fəaliyyəti üzrə illik gəlirinin məbləği 30000 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
№ 14. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəliri 30000 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
№ 15. Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə gəlir vergisinə cəlb olunur?
№ 16. Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilən maddi yardımın dəyərinin hansı məbləğindən gəlir vergisi tutulur?
№ 18. Xaricdə müalicə haqlarını ödəmək üçün fiziki şəxsə verilmiş maddi yardımın dəyərinin hansı hissəsi gəlir vergisindən azaddır?
№ 19. Hədiyyə və maddi yardım vergi ödəyicisi olan fiziki şəxsin ailə üzvlərindən alındığı halda onun dəyərinin hansı məbləğindən vergi tutulur?
№ 20. Miras vergi ödəyicisinin ailə üzvündən alındığı halda mirasın hansı məbləğindən gəlir vergisi tutulur?
№ 24. Fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) illik gəliri 30000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
№ 25. Fiziki şəxsə dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri gəlir vergisinə hansı qaydada cəlb olunur?
№ 26. Fiziki şəxslərin xalq musiqi alətlərinin istehsalından əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?
№ 27. İstehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, aspirantlara (magistrlərə) müəssisə və təşkilatların hesabına ödənilən təqaüdün hansı hissəsi vergiyə cəlb edilir?
№ 28. Şəhər və rayon yarışlarında və müsabiqələrində pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
№ 29. Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?
№ 30. Beynəlxalq yarışlarda və müsabiqələrdə (idman yarışları istisna olmaqla) pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
№ 31. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərinəlillərinin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
№ 32. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?
№ 33. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
№ 34. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla)Birinci və ikinci qrup əlillərin [müharibə əlillərindən başqa] hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
№ 35. Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri nə qədər azaldılır?
№ 37. Təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa) vergi ödəyicisinin himayəsində olanlara aid edilirlərmi?
№ 40. Xeyriyyə təşkilatının sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hansı qaydada mənfəət vergisinə cəlb edilir?
№ 41. Xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirdən başqa digər gəlirləri hansı dərəcə ilə mənfəət vergisinə cəlb olunur?
№ 42. Qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr üzrə vergilər hansı qaydada tutulur?
№ 45. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına məxsus olan, işçilərinin ümumi sayının azı neçə faizi əlilliyi olan şəxslərdən ibarət olan istehsal müəssisələrinə mənfəət vergisindən 50 faiz güzəşt verilir?
№ 48. Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bü cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?
№ 49. Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?
7-ci test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%