№ 4. Bank hesabının açılması məqsədi ilə vergi ödəyicisinə şəhadətnamə-dublikat ərizə verildiyi vaxtdan hansı müddətdə verilir?
№ 5. Vergi orqanı uçota aldıqdan sonra neçə gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir?
№ 7. Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları bank idarəsində hesab açmaq üçün nə vaxt vergi orqanına ərizə verə bilər?
№ 8. Vergi orqanı bank idarəsində hesab açmaq üçün şəhadətnamə-dublikatı vergi ödəyicisinə verdikdən sonra neçə gün müddətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə məlumatı göndərir?
№ 9. Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?
№ 13. Vergi Məcəlləsində başqa hal müəyyən edilməmişdirsə, vergi ödəyicisinin hansı vergilər üzrə son 3 təqvim ilindən çox olmayan fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır?
№ 14. Vergi ödəyicisinin hansı vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla son 3 ildən çox olmayan fəaliyyəti üzrə səyyar vergi yoxlaması aparılır?
№ 15. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicilərinin tələbi əsasında keçirilən növbədənkənar vergi yoxlaması vergi orqanının əvvəlki yoxlamanı keçirən vəzifəli şəxsləri tərəfindən keçirilə bilərmi?
№ 16. Vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi hansı hallarda qadağan deyildir?
№ 17. Aşağıda göstərilən hansı normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilər?
№ 18. Vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilən yoxlamalar necə adlanır?
№ 19. Kameral vergi yoxlaması nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə neçə iş günü müddətində Vergilər Nazirliyinin müəyyən etdiyi formada vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir?
№ 20. Mənfəət və gəlir vergisi istisna olmaqla digər vergilər üzrə Kameral vergi yoxlaması hansı müddət ərzində həyata keçirilir?
№ 21. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzürlü əsas olmadan vergi qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə vergi orqanının hansı tədbirləri görmək hüququ vardır?
№ 22. Vergi Məcəlləsinin 37.6-cı maddəsində göstərilir ki, kameral vergi yoxlaması zamanı vergi orqanı kameral yoxlamanın keçirilməsi üçün müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır. Həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbirləri görülə bilər?
№ 23. Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?
№ 25. Aşağıda göstərilən hallardan hansı biri olduqda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər?
№ 26. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?
№ 27. Aşağıda göstərilən hansı halda vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər?
№ 30. Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?
№ 31. Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın aparılması qaydaları hansı orqan tərəfindən müəyyən edilmişdir?
№ 33. Vergi ödəyicisinin səyyar vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadığı təqdirdə hansı hüquqları vardır?
№ 34. Səyyar vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxslərinin vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazisinə və ya binasına (yaşayış binaları (sahələri) istisna olmaqla) bilavasitə daxil olması həmin şəxslər tərəfindən hansı sənədləri təqdim etdikdən sonra həyata keçirilir?
№ 35. Bilavasitə səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxslərinə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün istifadə etdiyi ərazilərə və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, yoxlamanı keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən hansı sənəd tərtib edilir?
№ 36. Aşağıdakılardan hansı vergi qanunvericiliyinin pozulması hesab olunur və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur?
№ 37. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsinin vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazilərinin, binalarının, habelə sənədlərin və əşyaların baxışını keçirmək hüququ hansı məqsəd daşıyır?
№ 38. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən foto və ya video çəkilişdən istifadə etməyə icazə verilirmi?
№ 39. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən baxışın keçirilməsi barəsində hansı sənəd tərtib edilir?
№ 40. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən müəyyən edilmiş qaydada tələb edərsə, sənədlərin, habelə elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri, habelə elektron faylları neçə iş günü müddətində vergi orqanına təqdim etməlidir?
№ 41. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən hansı sənəd tərtib edilir?
№ 42. Səyyar vergi yoxlaması üçün zəruri olan vergi orqanı tərəfindən tələb edilən sənədlərin və ya elektron faylların vergi ödəyicisi tərəfindən verilməsindən imtina edildikdə, vergi orqanının səyyar vergi yoxlamasını keçirən vəzifəli şəxsi hansı tədbiri həyata keçirə bilər?
№ 43. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən neçə gün müddətində təqdim edilməlidir?
№ 44. Səyyar vergi yoxlaması keçirildiyi zaman əşyaların nümunə kimi götürülməsinə görə yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsi həmin gün vergi orqanının rəhbərinə və ya onun müavininə nə verməlidir?
№ 45. Vergi orqanının vəzifəli şəxsi tərəfindən səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırıldıqdan sonra zəruri hallarda kim tərəfindən möhürlənir?
№ 47. Səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirmədiyi halda, həmin əşyalar kimə verilir?
№ 48. Səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?
3-cü test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%