№ 2. Sosial sığorta haqqında Qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və müvafiq fonda daxil olan maliyyə sanksiyalarının neçə faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maddi texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülür?
№ 3. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına vergi ödəyicisinin vergilərin ödənilməsinə dair tapşırıqlarının vaxtında icra edilməməsinə görə vaxtında icra edilməyən ödəmə tapşırıqlarında göstərilən məbləğlərin neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
№ 4. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı kimin sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər?
№ 5. Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən öz xidməti vəzifələrini vergi ödəyicilərinə münasibətdə həyata keçirməsi aşağıdakı hansı halda yol verilməzdir?
№ 7. Aşağıdakılardan hansı vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti formasına aid edilmir?
№ 8. Aşağıdakılardan hansı vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti forması deyil?
№ 9. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər hansı vergi orqanlarında uçota alınır?
№ 10. Vergi Məcəlləsinin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatları əsas olmadan müəyyən edilmiş müddətdə təqdim etməyən vergi ödəyicilərinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
№ 11. Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda sərəncamın icra edilməməsinə görə nə qədər maliyyə sanksiyaları tətbiq edilir?
№ 12. Mikro sahibkarlıq subyektləri vergi ili ərzində gəlir və xərclərin uçotu metodunu [kassa və ya hesablama metodu] neçə dəfə dəyişə bilər?
№ 13. Komitent qeyri-rezident olduqda, ƏDV məqsədləri üçün komisyonçunun vergi tutulan əməliyyatının vaxtı hansı vaxt sayılır?
№ 14. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə ƏDV məqsədləri üçün vergi dövrü hansı dövrü əhatə edir?
№ 16. Sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda aksizin ödəyicisi kimdir?
№ 19. Əgər gömrük rüsumu tutulması məqsədləri üçün idxal, rüsumun geri qaytarılması rejiminin təsiri altına düşürsə və ya azadolmanın şərtləri pozulduğu üçün gömrük rüsumunun ödənilməsi tələb edilirsə, həmin rejim aksizin tutulmasına da tətbiq olunurmu?
№ 22. Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər həmin fəaliyyət üzrə sadələşdirilmiş vergini hansı dərəcə ilə ödəyirlər?
№ 23. Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən hansı şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir?
№ 24. Sumqayıt şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?
№ 25. Gəncə şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirilən yük və sərnişin daşınmasına görə sadələşdirilmiş verginin məbləğinə hansı əmsal tətbiq edilir?
№ 26. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (AR ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış, torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər, Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər istisna olmaqla) vergi dərəcəsini hansı göstəriciyə tətbiq etməklə hesablanır?
№ 28. «Fərqlənmə nişanı»nın və «Xüsusi fərqlənmə nişanı»nın formaları hansı mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir?
№ 29. «Fərqlənmə nişanı»nın və «Xüsusi fərqlənmə nişanı»nın formalarında hansı məlumatlar əks etdirilir? 1) vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı; 2) vergi ödəyicisinin bank hesabları; 3) nişanın qüvvədə olma müddəti; 4) avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı; 5) təsisçi haqqında məlumat; 6) vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanı haqqında məlumat
№ 30. Elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlərin göstərilməsi ƏDV-yə necə cəlb edilir?
№ 31. Fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulduğu halda vergiyə cəlb olunan gəlir vergitutma obyekti hesab edilə bilərmi?
№ 32. Qeyri-rezident fiziki şəxsin ödəmə mənbəyində vergiyə cəlb edilməsi nəzərdə tutulan ümumi gəliri hansı qaydada vergitutma obyektidir?
№ 33. Vergitutma məqsədləri üçün qeyri-rezident fiziki şəxsin gəliri dedikdə hansı gəlir başa düşülür?
№ 34. Qeyri-rezident vergi ödəyicisinin gəlirinə aşağıdakılardan hansılar aiddir? 1) muzdlu işlə əlaqədar əldə edilən gəlir 2) faktiki ezamiyyə xərcləri 3) muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir 4) vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidənqiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər 5) vergilərdən azad edilən və edilməyən digər gəlirlər
№ 35. İşəgötürən tərəfindən fiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda hansı məbləğ muzdlu işlə əlaqədar alınan gəlirdir?
№ 36. İşə götürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işlə əlaqədar alınan gəlirə aid edilə bilərmi?
№ 37. Muzdlu işlə əlaqədar alınan gəlirlərə aşağıdakılardan hansılar aiddir? 1) işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənən vəsaitin məbləği 2) işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlanıldığı halda, həmin borcun və ya öhdəliyin məbləği 3) əsas vəsaitlərin təqdim edilməsindən alınan gəlir 4) işəgötürən tərəfindən ödənilən sığorta haqları 5) dividend
№ 38. İşə götürən tərəfindən əyləncə və yemək xərclərinin [norma daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla], habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlir vergi tutulan gəlirə aiddirmi?
№ 40. Hansı gəlirlər qeyri–sahibkarlıq fəaliyyətindən gəlirə aiddir? 1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir 2. gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir 3. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq 4. dividend 5. işçinin xərclərinin əvəzi ödənildiyi halda, ödənən vəsaitin məbləği
№ 41. Dövlət sektorunda aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?
№ 42. Dövlət sektorunda aylıq gəliri 2500 manatadək olan fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?
№ 43. İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən hansı qaydada gəlir vergisi hesablanır və hansı büdcəyə ödənilir?
19-cu test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%