№ 2. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?
№ 5. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti neçə günə qədər artırıla bilər?
№ 6. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?
№ 7. Vergi ödəyicisi tərəfindən vergi yoxlaması aktı üzrə yazılı izahatlar və ya etirazlar təqdim edildikdə yoxlamanın materiallarına baxılarkən vergi ödəyicisi ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb olmadan gəlməyibsə, yoxlamanın materiallarına vergi ödəyicisi tərəfindən təqdim edilən etirazlara, izahatlara, digər sənəd və materiallara hansı formada baxılır?
№ 8. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən neçə gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər?
№ 9. Vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanlarının vəzifəli şəxslərinin yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya onların iradəsinə zidd olaraq daxil olmasına yol verilirmi?
№ 10. Hansı hallarda səyyar vergi yoxlaması keçirilmədən ərazilərin, binaların, sənədlərin və əşyaların baxışının keçirilməsinə yol verilir?
№ 11. Səyyar vergi yoxlaması zamanı sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları neçə iş günü müddətində vergi orqanına təqdim etməlidir?
№ 12. Vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən neçə iş günü müddətində təqdim edilməlidir?
№ 14. Səyyar vergi yoxlaması zamanı nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə gündən artıq olmayan müddətə götürülə bilər?
№ 15. Səyyar vergi yoxlaması zamanı müqavilə əsasında ekspert cəlb edildikdə bu müqavilədə hansı məsələlər nəzərdə tutula bilməz?
№ 16. Aşağıdakılardan hansı səyyar vergi yoxlaması zamanı müqavilə əsasında cəlb edilmiş ekspertin hüquqlarına aid deyil?
№ 19. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda hansı tədbir həyata keçirilə bilər?
№ 20. Aşağıdakılardan hansı səyyar vergi yoxlaması zamanı ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin hüquqlarına daxil deyil?
№ 21. Eyni şəxs vergi orqanları tərəfindən vergi ili ərzində necə dəfədən artıq vergi yoxlamasına müşahidəçi kimi dəvət oluna bilməz?
№ 22. Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda səyyar vergi yoxlamasının keçirilməsi zamanı müşahidəçilər neçə nəfərdən az olmayaraq dəvət edilir?
№ 23. Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda vergi yoxlamasının keçirilməsi zamanı tərtib edilən protokolda aşağıdakılardan hansı göstərilmir?
№ 24. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) neçə gün müddətində qərar çıxarır?
№ 25. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi vergi orqanları tərəfindən hansı qanunvericilik aktına müvafiq olaraq həyata keçirilir?
№ 26. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada həyata keçirilir?
№ 29. Xronometraj metodu ilə müşahidə keçirilən zaman müxtəlif vergi ödəyicilərinin tətbiq etdikləri qiymətlərin nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlərdən neçə faizdən çox (aşağı və ya yuxarı) fərqlənməsi faktları aşkar edildikdə, istehsal həcmi və ya satış dövriyyəsi nəzarət qaydasında mal alqısı zamanı rəsmiləşdirilmiş qiymətlər nəzərə alınmaqla hesablanır?
№ 30. Xronometraj metodu ilə müşahidə zamanı müəyyən edilmiş göstəricilər nə zaman müvafiq aktla rəsmiləşdirilir?
№ 31. Xronometraj metodu ilə müşahidənin son nəticəsi müşahidə ilə müəyyən edilmiş günlük göstəricilər əsasında orta günlük göstərici kimi ümumiləşdirilir və sonra hansı tədbir həyata kecirilir?
№ 32. Vergi orqanlarının vəzifəli şəxslərinin qanuni hərəkətləri nəticəsində vergi ödəyicisinə vurulan ziyan ödənilirmi?
№ 33. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş maliyyə sanksiyalarını hansı qaydada alır?
№ 34. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hansı tədbirlər tətbiq edilir?
№ 35. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar necə şərh olunur?
№ 36. Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları hər pozuntuya münasibətdə necə tətbiq edilir?
№ 37. Şəxs aşağıda müəyyən olunmuş hallardan hansı olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilər?
№ 39. Vergi qanunvericiliyinin pozulması anından (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda və Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında aşkar edilən pozuntular istisna olmaqla) neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz?
№ 40. Vergi hesabatını və ya hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya vergi tutulan əməliyyatın olmaması haqqında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
№ 41. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğinin verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılması, habelə büdcəyə çatası vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılması vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar əsasında aşkar edildikdə həmin vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
№ 42. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” AR Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
№ 43. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə (vergi ödəyicilərinin vergi orqanına elektron formada təqdim etdikləri məlumatlar istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) neçə faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir?
№ 44. Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədi ilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə vergi ödəyicisinə hansı məbləğdə maliyyə sanksiyası tətbiq edilir?
№ 45. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə neçə manat məbləğində maliyyə sanksiyası tətbiq edilir?
№ 46. Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin neçə faizi məbləğində faiz tutulur?
№ 47. Vergi orqanı tərəfindən hüquqi şəxsə, fərdi sahibkara, filiala və nümayəndəliyə vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan hesablaşma hesabı və ya digər hesablar açdığına görə banklara və digər kredit təşkilatlarına hər açılmış hesab üçün neçə manat məbləğində maliyyə sanksiyaları tətbiq edilir?
№ 48. Vergi ödəyicisinin valyuta hesabından vəsait mübahisəsiz qaydada tutulduğu halda bank həmin gün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur. Bundan sonra hansı halda sərəncam icra olunur?
№ 49. Vergi ödəyicilərinə vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi nəticəsində dəymiş zərər necə ödənilir?
16-cı test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%