№ 3. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq nağdsız ödənişlərin aparılması üçün POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aiddirmi?
№ 4. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq hansı sənəd təqdim edilir?
№ 5. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada hansı sənəd təqdim edilməlidir?
№ 6. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə nə tələb olunur?
№ 7. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, nə zaman vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir?
№ 8. Sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırması haqqında arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda əmlak və (və ya) torpaq vergisinin hesabatları hansı qaydada vergi orqanına təqdim edilir?
№ 10. Vergi agentinin birbaşa və ya dolayı yolla tabe olduğu şəxsin təqsiri üzündən ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada kim məsuliyyət daşıyır?
№ 11. Aşağıdakılardan hansı (kim) vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunur?
№ 12. Aşağıdakılardan hansı (kim) vergi məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır?
№ 13. Aşağıda göstərilən hansı fəaliyyət növləri daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılır?
№ 15. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hansı orqanların səlahiyyətlərini həyata keçirlər?
№ 16. Vergi orqanları öz fəaliyyətini yerli dövlət hakimiyyəti orqanlarına münasibətdə necə həyata keçirirlər?
№ 17. Vergi orqanları tərəfindən onların səlahiyyətləri daxilində qəbul edilən qərarlar bütün hüquqi və fiziki şəxslər üçün məcburidirmi?
№ 18. Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?
№ 19. Aşağıdakılardan hansı qanunvericilik aktları vergi orqanlarının fəaliyyətinin hüquqi əsaslarına daxil deyil?
№ 20. Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?
№ 21. Vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar Vergi Məcəlləsində necə adlandırılır?
№ 26. Vergi orqanları öz vəzifələrini mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquq-mühafizə, maliyyə və digər dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirə bilərlərmi?
№ 27. Vergi orqanlarının vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar digər dövlət hakimiyyəti orqanları vergi orqanlarına kömək etməyə və zəruri hallarda müəyyən edilmiş qaydada onlara lazımi məlumatları verməyə borcludurlarmı?
№ 30. Vergi orqanlarının vəzifəli şəxsləri elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti ilə məşğul ola bilərlərmi?
№ 31. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilərkən aşağıdakılardan hansı göstərici nəzərə alınmır?
№ 32. Vergi orqanlarının vəzifəli şəxslərinin hansı göstəricilərinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları vardır?
№ 33. Vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən öz xidməti vəzifələrini vergi ödəyicilərinə münasibətdə həyata keçirməsi aşağıdakı hansı halda yol verilməzdir?
№ 34. Aşağıdakılardan hansı vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən məlumat olmaqla vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur?
№ 37. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər hansı vergi orqanlarında uçota alınır?
№ 38. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər hansı vergi orqanlarında uçota alınır?
№ 39. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə xüsusi notariuslar hansı vergi orqanlarında uçota alınır?
№ 40. Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir?
№ 41. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən verilmiş ərizədə göstərilənlərin düzgünlüyünə kim cavabdehdir?
№ 42. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma Vergi Məcəlləsinin müvafiq maddəsində göstərilən müddətlər nəzərə alınmaqla kimin müraciətinə əsasən həyata keçirilir?
№ 43. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verməlidir?
№ 44. Bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verildikdə vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə neçə gündən gec olmayaraq şəhadətnamə-dublikat verir?
№ 45. Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?
№ 46. Vergi Məcəlləsində başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin hansı təqvim ilindən çox olmayan fəaliyyətini əhatə edə bilər?
№ 47. Vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən üçüncü şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədləri almaq üçün tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən neçə iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur?
№ 48. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi gündən neçə iş günü müddətində keçirilir?
15-ci test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%