№ 1. Fiziki şəxsin təqvim ili ərzində ailə üzvlərindən aldığı hədiyyə, maddi yardım və miraslar hansı faiz dərəcəsi ilə gəlir vergisinə cəlb olunur?
№ 3. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətdən gəlir vergisi hansı qaydada tutulur?
№ 6. İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisinə cəlb edilirmi?
№ 7. Fiziki şəxsin muzdlu işlə əlaqədar aylıq gəliri 2500 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
№ 8. Fiziki şəxsin muzdlu işlə əlaqədar illik gəliri 30000 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
№ 10. Fiziki şəxsin azı neçə təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır?
№ 11. Fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından əldə etdikləri gəlirləri gəlir vergisinə hansı qaydada cəlb olunur?
№ 12. Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?
№ 13. Fiziki şəxslərin aşağıdakı hansı gəlirləri vergidən azaddır? 1. Torpaqların dövlət ehtiyacları üçün alınması zamanı ödənilən kompensasiya; 2. Azərbaycan Respublikasının keçmiş Prezidentinə və onun ailə üzvlərinə ödənilən pensiya, müavinət və digər ödənişlərin məbləği; 3. Kəşfiyyat və əks-kəşfiyyat orqanlarının əməkdaşlarına verilən əmək haqqı; 4. Dəymiş zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri; 5. Birinci və ikinci qrup müharibə əlillərinin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin tam məbləği
№ 14. Fiziki şəxslərin aşağıdakı hansı gəlirləri vergidən azad olunur? 1. Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin tam məbləğləri; 2. verdikləri qana görə donorlara ödənilən kompensasiya məbləğləri; 3. Azərbaycan Respublikasının Milli Qəhrəmanının aylıq gəlirinin tam məbləği; 4. Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlirin tam məbləği; 5. Müharibə əlillərinin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin tam məbləği
№ 15. Müharibə əlillərinin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
№ 16. Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları (ərləri). (Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar); 2. müharibə əlilləri; 3. I və II qrup əlillər (müharibə əlillərindən başqa); 4. məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər; 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
№ 17. Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır? 1. Azərbaycan Respublikasının Milli Qəhrəmanları; 2. müharibə əlilləri; 3. I və II qrup əlillər (müharibə əlillərindən başqa); 4. Sovet İttifaqı Qəhrəmanları; 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər
№ 18. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
№ 19. Aşağıdakı şəxslərdən kim vergitutma məqsədləri üçün vergi ödəyicisinin himayəsində olanlara aid edilmir?
№ 20. Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır?
№ 22. Aşağıdakılardan hansılar gəlirdən çıxılmayan xərclərə aiddir? 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər; 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər; 3. dövriyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər; 4. faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi; 5. sığorta təşkilatlarında norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər
№ 24. Amortizasiya olunmayan aktivlər qrupunu göstərin: 1. istismar vaxtı çatmayan çoxillik əkmələr; 2. iş heyvanları; 3. qeyri-maddi aktivlər; 4. konservasiya edilmiş əsas vəsaitlər; 5. məhsuldar heyvanlar
№ 27. Aşağıdakılardan hansılar amortizasiya olunmayan aktivlər hesab olunur? 1. binalar, tikintilər, qurğular; 2. incəsənət əsərləri; 3. maşınlar, avadanlıq və hesablama texnikası; 4. nadir tarixi və memarlıq abidələri olan binalar; 5. geoloji kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər; 6. tam amortizasiya olunmuş əsas vəsaitlər, onlar istismara yararlı olduğu hallarda
№ 28. Tam amortizasiya olunmuş əsas vəsaitlər istismara yararlı olduğu hallarda onların illik amortizasiya norması neçə faizdir?
№ 29. Aşağıda göstərilən aktivlərdən hansılar amortizasiya olunan aktivlər hesab olunur? 1. elmi-tədqiqat, tədris və təcrübə məqsədi üçün kabinetlərdə və laboratoriyalarda istifadə edilən avadanlıqlar, eksponatlar, nümunələr, fəaliyyətdə olan və olmayan modellər, maketlər və başqa əyani vəsaitlər; 2. heyvanxanalarda və digər analoji müəssisələrdə olan heyvanat aləminin eksponatları; 3. istifadə müddəti məlum olmayan qeyri-maddi aktivlər; 4. kinofondlar (video, audio, foto); 5. istifadə müddəti məlum olan qeyri-maddi aktivlər; 6. maşın, avadanlıq və hesablama texnikası
№ 30. Yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə illik amortizasiya norması neçə faizdir?
№ 35. Fiziki şəxsin əmlakın təqdim edilməsindən yaranan zərəri həmin ildə kompensasiya edilə bilmirsə, o, gələcəkdə neçə ilədək davam edən sonrakı dövrə keçirilir?
№ 36. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodu dəyişdirilərkən verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər nə vaxt aparılmalıdır?
№ 37. Hansı uçot metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır?
№ 39. Hesablama metodundan istifadə edilərkən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, hansı vaxt gəlirin əldə edildiyi vaxt sayılır?
№ 40. Xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin neçə faizdən artıq olmamaqla gəlirdən çıxılır?
12-ci test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%