№ 2. Nağd pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməli olan fəaliyyət növünü göstərin.
№ 3. İstismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi ödəyicisi hansı tədbiri görməlidir?
№ 4. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına vergi hesabatının əvəzinə hansı müddətdə və nə təqdim etməlidir?
№ 5. Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda və ya sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda arayış təqdim edən vergi ödəyicilərinin əmlakı və (və ya) torpağı olduqda...
№ 7. Vergi ödəyicisindən verginin tutulması mümkün olmadığı hallarda neçə gün müddətində vergi agenti bu barədə vergi orqanına yazılı məlumat verməlidir?
№ 9. Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi həmin şəxslərin istənilən 12 ay ərzində Azərbaycan Respublikasında üst-üstə neçə gündən az olmayaraq sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdir?
№ 10. Hansı fəaliyyət növü qeyri-rezidentin daimi nümayəndəlik vasitəsi ilə həyata keçirilən fəaliyyət sayılmır?
№ 11. Vergitutma məqsədləri üçün qeyri-rezident müəssisəsinin və ya qeyri-rezident fiziki şəxsin istənilən 12 ay ərzində üst-üstə 90 gündən az müddətdə Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi hər hansı yer daimi nümayəndəlik sayılmır. Bu halda Azərbaycan mənbəyindən əldə olunan gəlirdən hansı qaydada vergi tutulur?
№ 12. Vergi orqanları məhkəmələrə iddia ərizələrinin verilməsi üçün dövlət rüsumunu hansı miqdarda ödəyirlər?
№ 13. İdxal-ixrac əməliyyatları sahəsində vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?
№ 14. Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?
№ 15. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatında işləyən dövlət qulluqçuları və vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsaitin neçə faizi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Vergilər Nazirliyinin hesablarına köçürülür?
№ 16. Yuxarı vergi orqanları tabeliyində olan vergi orqanlarının və onların vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv edə bilərlərmi?
№ 17. Aşağıda göstərilənlərdən hansılar vergi orqanlarının vəzifələrinə aiddir? 1. vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına təkliflər vermək; 2. vergi qanunvericiliyi və vergi qanunvericiliyində edilən dəyişikliklər barədə vergi ödəyicilərinə kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada əvəzsiz olaraq məlumat vermək; 3. yerli vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti həyata keçirmək; 4. kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə müvafiq icra hakimiyyəti orqanlarına göndərmək; 5.vergi risklərinin minimallaşdırılması məqsədi ilə vergi ödəyiciləri ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada "Vergi partnyorluğu sazişi" bağlamaq
№ 19. Dövlət gömrük orqanları mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirildikdə, vergilərin tutulması sahəsində hansı qanunlarla müəyyən edilmiş hüquq və vəzifələri yerinə yetirirlər?
№ 20. Hansı halda vergi orqanlarının vəzifəli şəxslərinin vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?
№ 21. Hansı halda vergi orqanlarının vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinə münasibətdə öz xidməti vəzifələrini həyata keçirmək yolverilməzdir?
№ 22. Kommersiya və (və ya) vergi sirri vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən hansı hallarda açıla bilər?
№ 23. Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri vergi orqanları tərəfindən onlara verilən, kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatları əks etdirən sənədləri istifadə etdikdən sonra hara təqdim etməlidirlər?
№ 25. Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər harada uçota alınırlar?
№ 26. Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?
№ 28. Kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları nə zaman vergi uçotuna alınmış hesab olunurlar?
№ 29. Kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına nə zaman vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir?
№ 30. Vergi Məcəlləsinin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda vergi ödəyicisi necə uçota alınır?
№ 31. Vergi nəzarətinin həyata keçirməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı orqanda uçota alına bilərlər?
№ 32. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər uçota alınmaq üçün ərizəni vergi orqanına nə vaxt verməlidir?
№ 33. Qeyri kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alındığı gündən sonra neçə gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizə verməlidirlər?
№ 36. Xüsusi vergi rejimində fəaliyyət göstərən müəssisələrin mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması, onların xüsusi vergi rejimində fəaliyyətə başlaması və ya həmin fəaliyyəti dayandırması barədə onların mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həyata keçirilməlidir?
№ 37. Vergi Məcəlləsinin 33.7.1.3-cü maddəsində göstərilən (işçilərin orta siyahı sayı 251 və ondan yuxarı olan; balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan) vergi ödəyicilərinə aid edilən müəssisələrin olduqları yer üzrə uçotdan çıxarılaraq mərkəzləşdirilmiş qaydada yenidən uçota alınması və ya mərkəzləşdirilmiş uçotdan çıxarılması barədə İqtisadiyyat Nazirliyi tərəfindən nə vaxtadək qərar qəbul edilir?
№ 38. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
№ 39. Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən və daimi nümayəndəlik yaratmayan bölmələrinin uçota alınması barədə verilən ərizəyə aşağıda göstərilən sənədlərdən hansıları əlavə edilməlidir: 1. xarici hüquqi şəxsin qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış; 2. xarici dövlətin rezidentinin səlahiyyətli orqanının Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölməsinin yaradılması haqqında qərarı və təsis sənədləri; 3. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdə əldə etdiyi gəlirlər barədə məlumatlar; 4. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin (təmsilçilərinin) şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 5. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər) və bölmənin rəhbərinin (təmsilçisinin) şəxsiyyətini təsdiq edən sənədin surəti
№ 40. İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyata alındığı dövlətdə qeydiyyat (inkorporasiya) sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri; 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd (icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər) və hüquqi şəxsin rəhbərinin (təmsilçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti; 3. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin (təmsilçilərinin) şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında Vergilər Nazirliyi tərəfindən müəyyən edilən forma üzrə məlumat; 5. xarici hüquqi şəxsin bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub
№ 42. Vergi ödəyiciləri olan hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) hansı halda vergi orqanında uçota alına bilməzlər?
№ 43. Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına nə təqdim edir?
№ 45. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində (fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması istisna olmaqla) həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnamə verməlidir?
№ 46. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?
№ 47. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?
№ 48. Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?
2-ci test
Cavablandırılıb: 0
Düzgün cavab: 0
Yanlış cavab: 0
Faiz: 0%