Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Satışda və təchizatda heç bir çətinlik yoxdur

İqtisadiyyat Nazirliyi ticarət obyektlərində və anbarlarda KİV nümayəndələrinin iştirakı ilə monitorinq keçirib.

Monitorinqlər zamanı əhalinin gündəlik tələbat malları, o cümlədən ərzaq məhsulları ilə təchizatında hər hansı çətinliyin olmadığı, mağazalarda bütün çeşidlər üzrə malların və anbarlarda kifayət qədər ehtiyatının olduğu müşahidə edilib.

Satışla məşğul olan sahibkarlar mağazalara yeni məhsulların sifarişinin davam etdirildiyini, ticarət obyektlərinin topdansatış müəssisələri tərəfindən təchizatla bağlı sifarişlərinin vaxtında yerinə yetirildiyini bildiriblər.

Bununla yanaşı, koronavirusdan qorunmağın yolları ilə bağlı ticarət obyektlərində mütəmadi olaraq səsləndirilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən maarifləndirici anons hazırlanıb.

Sahibkarlara bu maarifləndirici anonsun ticarət obyektlərində səsləndirilməsinin təmin edilməsi tövsiyə olunur. Keçid üçün:  

https://economy.gov.az//uploads/fm/audio/Ticaret%20Merkezi%20elan.mp3