Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsinin tarixi dəyişdirilib

Vergilər Nazirliyi bildirir ki, ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin tarixlərində müəyyən dəyişikliklər edilib. İşə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi 25.04.2020-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Bununla əlaqədar müsabiqəyə sənəd qəbulunun vaxtı da uzadılıb və Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə 03.04.2020-ci il saat 24:00-dək həyata keçiriləcək.

Müsabiqə və test imtahanlarının keçirilməsi ilə bağlı müəyyən edilmiş digər zəruri tələblərə və  tarixlərə edilmiş dəyişikliklər barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək mümkündür.